Məhkəmə qərarları › İş №2(074)-773/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-773/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-773/2022 08.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Nağaraxan kəndində Cavabdeh JN-185F KOD 41011018 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində 25 iyun 2004-cü il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququmun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək Şamaxı rayonu Nağaraxan kəndində Cavabdeh JN-185F KOD 41011018 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində 25 iyun 2004-cü il tarixdə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 iyun 2004-cü il tarixdə Şamaxı rayonu, Nağaraxana kənd sakini Cavabdeh ona məxsus 676 kv metr torpaq sahəsini 500.000 (beş yüz min) manat məbləğində pul müqabilində satın almış, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd İcra Nümayəndəsi tərəfindən kənd icra nümayəndəliyinin peçatı ilə təsdiq edilməklə təsdiq edilmişdir. Həmin vaxt qeyd edilən torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və alqı-satqı müqaviləsi ona təqdim edilmiş, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd icra nümayəndəsinin 05 nömrəli 25 iyun 2004-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Cavabdeh məxsus 676 kv metr torpaq sahəsi onun hesabından silinərək İddiaçı hesabına keçirilmişdir. Qeyd edilən sənədləşmənin hər hansı qanun pozğunluğu ilə həyata keçirilməsindən xəbəri olmamışdır. Bu yaxınlarda qeyd edilən torpaq sahəsinə çıxarış almaq istədikdə ona bildiriblər ki, alqısatqı müqaviləsi kənd icra nümayəndəliyində deyil, notariusda bağlanmalı idi. Onun hüquqi savadı olmadığına görə və kənd icra nümayəndəsi də bunu ona başa salmadığına görə həmin alqı-satqı müqaviləsini bağlanmasında onun hər hansı təqsiri olmamış, qarşı tərəf də bununla bağlı ötən müddət ərzində hər hansı mübahisə yaratmamışdır. Torpaq 18 ildir ki, onun istifadəsində və sərəncamında olmaqla onun tərəfindən idarə olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsini cavabdehdən almış və daha sonra isə onun istifadəsində olmuşdur. Alqı-satqı edərkən cavabdeh torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini də ona vermişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahtında bildirdi ki, o, Nağaraxana kəndinin icra nümayəndəsi olmuş və müqavilə onun tərəfindən təsdiq edilmişdir. İddiaçı və cavabdeh həqiqətən də torpağın alqı-satqısı ilə bağlı aralarında razılığa gəldikdən sonra ona müraciət etmişlər, o, isə həmin müqaviləni təsdiq etmişdir. Həmin vaxt cavabdeh torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini də Elşada vermişdir. Həmin vaxtdan isə Elşad orada ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. İcra nümayəndələrinin bəzi notariat hərəkətlərinin aparılmasına səlahiyyətləri olduğundan hesab etmişdir ki, alqı-satqı müqaviləsini də təsdiq edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Baçısının Nağaraxana kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. X7 öz şəxsi mülkiyyətində olan 676 m2 torpaq sahəsini İddiaçı satmış. 676 m2 torpaq sahəsinin müqabilində X1 Elşad Ərşad oğlundan 500000 manat pul almışdır. Satılmış torpaq sahəsi Nağaraxana kəndinin mərkəzində 3-cü küçədə yerləşir uzunu 26 m, eni 26 m ölçüdədir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd icra nümayəndəsi A.M.Həsənovun 05 nömrəli 25 iyun 2004-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Cavabdeh məxsus 676 kv metr torpaq sahəsi onun hesabından silinərək İddiaçı oğlunun hesabına keçirilmişdir. İş materiallarında olan JN-185F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə X4 0.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 136 saylı arayışından görünür ki, 04 saylı təsərrüfatbaşına kitabın 315 saylı hesab nömrəsində onun adınaa 0.10 ha torpaq sahəsi və 2004-cü ildə tikilmiş fərdi yşayış evi vardır. Hazırda evin ümumi sahəsi 24 kv.metr təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X3 25 iyun 2004-cü il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. İddiaçı həmin torpaq sahəsinə görə müəyyənləşdirilmiş pulu cavabdehlərə ödəmiş, cavabdeh torpaq sahəsini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq sahəsindən iddiaçı və onun ailə üzvləri istifadə və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlasalar da müqavilə sadə yazılı formada bağlanmış və müqavilə qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üzrə balağnılmalı olan qaydada bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək - mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, X2 rayonu, Nağaraxana kəndində 0.05 ha torpaq sahəsini 25 iyun 2004-cü iİ tarixdə İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqısatqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, Şamaxı rayonu, Nağaraxana kənd 0.05 hektar torpaq sahəsinə dair İddiaçı ilə X7 arasında 25 iyun 2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, Nağaraxana kəndində 0.05 hektar torpaq sahəsinə dair İddiaçı ilə X7 arasında 25 iyun 2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar