Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-792/2025 02.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay bir uşaq üçün 100 (yüz) manat məbləğində xərclik pulunun - uşağın atası Cavabdeh alınıb ona verilməsi və mediasiya prosesində ödədiyi 60 (altmış) manat rüsumun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Cavabdehlə nikahları xx.xx.2023-cü ildə rəsmiləşdirilmişdir. Nikahdan sonra onun “Dəmirova” soyadı dəyişdirilərək “İmamverdiyeva” soyadı ona verilmişdir. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X3 adında bir övladları doğulmuşdur. O, azyaşlı övladlarını saxlaya və onun maddi təminatlarını ödəyə bilmir. Çünki uşağı çox körpədir və bütün günü onu məşğul etdiyindən heç yerdə işləyə bilmir. Həyat yoldaşı olan Cavabdeh isə uşaqlarını saxlamağa maddi köməklik etmir. Uşaqlarının atası Cavabdeh birgə nikahlarından olan övladı ilə qətiyyən maraqlanmamış, ona heç bir maddi köməklik etməmişdir. Uşaq ac-susuz qalıb-qalmayıb cavabdehi qətiyyən düşündürmür. Əlavə məlumat üçün məhkəməyə bildirir ki, Cavabdeh maddi imkanı və həyat şəraiti çox yaxşıdır. Bunun üçün əvvəlcə Mediasiya Təşkilatına müraciət edib. Lakin xx.xx.2025-ci il tarixli mediasiya arayışında yazılanlardan görünür ki, həyat yoldaşı olan Cavabdeh mediasiya prosesində iştirak etməyib. Ona görə də Cavabdeh qarşı “aliment” tələbi ilə uşağı onun yanında qalmaqla onun yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment alınıb ona verilməsi və uşağının 3 (üç) yaşı tamam olanadək saxlanması üçün hər ay əlavə xərclik pulunun da cavabdehdən alınıb ona verilməsi ilə bağlı tələbinin təmin olunması üçün məhkəməyə müraciət edir. 2025-ci ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Digər tərəfdən uşağı çox körpə olduğundan onun 3 (üç) yaşı tamam olanadək saxlanması üçün əlavə hər ay bir uşaq üçün 100 (yüz) manat xərclik pulu da lazımdır. Hesab edir ki, cavabdehlə birgə nikahlarından doğulmuş hələ 1 (bir) yaşı tamam olmayan uşağı çox azyaşlı olduğundan o, onun yanında qalmalıdır. Beləliklə, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay bir uşaq üçün 100 (yüz) manat məbləğində xərclik pulunun uşağın atası Cavabdeh alınıb ona verilməsi tam ədalətlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşağın saxlanılması üçün hər hansı maddi köməklik göstərmir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə izahat verərək bildirdi ki, o, 400 manat maaş alır. 200 manat aliment ödəyə bilər və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay bir uşaq üçün 100 manat məbləği ödəməyə imkanı yoxdur. Buna görə də əmək haqqının məbləği və öz dolanışığıda nəzərə alınaraq az miqdarda aliment tutulmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 564761 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah 28 oktyabr 2023-cü il tarixdə Şamaxı Regional “ASAN Xidmət” X2 bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 oktyabr 2023-cü il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İmamverdiyev”, arvada “İmamverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-V № 063001 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşaqın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, 05 avqust 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Məhkəmə, iddianın “uşaq üç yaşına çatana kimi onlara qulluq etməklə əlaqədar hər ay 100 manat xərclik pulunun cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün AM-nin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmiş, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 05 avqust 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 aprel 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci (ödənilmiş 10 manat kargüzarlıq xərcləri ilə bağlı tutulmuş puldur) də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 46,4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 03 aprel 2025-ci il tarixdən başlayaraq 05 avqust 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 46,4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə və mediasiya xərci kimi ödənilmiş 50 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-792/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-792/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver