Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-826/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4868 manat sığorta ödənişi məbləğinin və 500 manat işlərin görülməsi xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 5398 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında 04.01.2018ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Kia Sportage” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X5 06.02.2018-ci il tarixdə “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri,Yasamal rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4868 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 16.07.2018-ci il tarixli, 091-22710-1218 saylı Arayışa əsasən cavabdeh X5 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan X1 yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, eyni zamanda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, X4 tərəfindən “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC-də 04.01.2018ci il tarixdə PAA********** saylı sığorta şəhadətnaməsi əsasında 04.01.2018-ci il tarixdən 04.01.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan 02.08.2018-ci il tarixli 3802/18/AA-921/18 saylı sığorta aktının surətindən görünür ki, PAA********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı X4 olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 04.01.2018-ci il tarixdən 04.01.2019-cu il tarixədək sığortalanmış “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 06.02.2018-ci il tarixdə Bakı şəhəri,Yasamal rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4868 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 6167 manat, işçilik xidmətləri üzrə 1215 manat olmaqla, cəmi 7382 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 16.07.2018-ci il tarixli № 091-22710-1218 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 06.02.2018-ci il tarixdə Bakı şəhəri,Yasamal rayonunda baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı X3 idarə etdiyi “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan AC № 933752 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan ƏN-Vİ № 099654 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X10 “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili 06.02.2019-cu il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətləri etməyi X7 etibar etmişdir. İş materiallarında olan 08 fevral 2018-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, X2 və X7 məxsus əmlakının ehtiyatsızlıqdan məhv olunması faktına görə Azərbaycan Respublikası CM 187.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılması qərara alınmışdır. İş materiallarında olan 06.02.2018-ci il tarixli № 2/483 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cavabdeh 06.02.2018-ci il tarixə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olmuşdur. İş materiallarında olan 22.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərxoş halda olarkən Bakı şəhəri,Yasamal rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən "xxxx" ASC-də 04.01.2018-ci il tarixdən 04.01.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 06.02.2018-ci il tarixdə Cavabdeh “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 məxsus “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4868 manat məbləğində maddi zərər dəymişdir. “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini Cavabdeh sərxoş vəziyyətdə idarə edib və X3 mülkiyyətində “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdehin idarə etdiyi avtomobil X4 tərəfindən "xxxx" ASC-də 04.01.2018-ci il tarixdən 04.01.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 06.02.2018-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 məxsus “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı “Kia Picanto” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X8 4868 manat məbləğində sığorta ödənişi ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi Cavabdeh sərxoş vəziyyətdə “Kia Sportage” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın xərclərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 4868 manat məbləğində sığorta ödənişi məbləği və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-826/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-826/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver