Məhkəmə qərarları › İş №2(074)-84/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-84/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-84/2023 16.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsindən alınaraq, ona verilməsi və aliment öhdəliyindən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsindən alınaraq, ona verilməsi və aliment öhdəliyindən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş oğlu Fərhadın anasının himayəsindən alınaraq, onun himayəsinə verilməsi və xx.xx.2013-cü il təvəllüdlü Fərhadın saxlanması üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliklərin icrasından 2020-ci ilin sentyabr ayından hazırki dövrə qədər olan müddət də daxil olmaqla, azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşdur. Faktiki olaraq ayrılsalar da, nikahları hələ pozulmamışdır. Mahirə Şamaxı rayonu, Quşçu kəndində, o isə Ağsu şəhərində yaşayır. Əvvəl onlar ayrılan zaman, uşaqların hər ikisi Mahirənin yanında olduğuna görə, Mahirə məhkəmədə iddia qaldıraraq, iki uşağın saxlanması üçün, ondan aliment tələb etmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların hər ikisi Mahirənin yanında saxlanılmış və o, iki uşağın saxlanılmasına görə, hər ay hər uşağa görə 90 manat sabit pul məbləğində aliment verməlidir. 2020-ci ilin sentyabr ayında onlar barışdılar və bu ilin sentyabr ayına kimi onlar biryerdə yaşamışlar. Qızı nənəsinin yanında olub, oğlu isə onlarla yaşayıb. Bir ay əvvəl isə Mahirə atası evinə getmişdir. Oğlu onun yanında qalıb, hazırda orta məktəbdə təhsilini davam etdirir və faktiki olaraq onun himayəsindədir. Oğlu anasının yanına getmək istəmir, deyir ki, onu oxumağa qoymurlar, dayısının mal-qarasını otartdırırlar, onun-bunun köhnə paltarlarını geyindirirlər. O isə istəyir ki, Fərhad rəsmi olaraq onun yanında saxlanılsın. Bu səbəbdən, oğlu Fərhada görə aliment öhdəliklərindən azad olunmalıdır. O, bu məsələnin öz aralarında məhkəmədən kənar həlli üçün mediasiyaya müraciət etmiş, lakin aralarında razılıq olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra, qızı Cavabdeh ilə İddiaçı birgə nikahından olan övladları Fərhad 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayının sonunadək atası Samirin yanında qalıb, lakin sonradan azyaşlı Fərhad könüllü olaraq anasının yanında qalmaq istədiyini bildirmiş və həmin vaxtdan Fərhad anası ilə birlikdə yaşadıqları kənddə qalıblar. O, hazırda azyaşlı Fərhadın anasının himayəsindən alınaraq, atası Samirin himayəsinə verilməsinə razı deyildir. Odur ki, iddianın qismən təmin olunmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 265/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikahdan olan uşağın onun yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Ağsu şəhər 3 saylı tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X6 həqiqətən 2021-2022-ci tədris ilində Ağsu şəhər 3 saylı tam orta məktəbin İİİ sinfini bitirərək, İV sinfə keçib, 2022-2023-cü tədris ilinin dekabr ayının 26 kimi mütəmadi olaraq dərsə davam edibdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 ilə müvafiq söhbət aparılmış və söhbət zamanı o, anası Cavabdeh himayəsində qalmaq istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, komissiya xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması və cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək xx.xx.2013-cü il təvəllüdlü X6 atası İddiaçı himayəsində olmuşdur. Hazırda azyaşlı Fərhad anası Cavabdeh yanında qalır və Şamaxı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən aparılmış söhbət zamanı, bundan sonra da, anasının himayəsində qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş faktlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X4 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək atası İddiaçı himayəsində olması müəyyən edildiyindən, həmin hissədə “aliment öhdəliyindən azad olunması” barədə iddia əsaslıdır və təmin olunmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-265/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin icrasından azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar