Məhkəmə qərarları › İş №2(074)-851/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-851/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-851/2025 24.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi) qarşı “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən Şamaxı Rayon Aqrar İslahat Komisiyasının 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN 163 kod 41009028 saylı Dövlət Aktı ilə verilmiş 0,94 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinə dair alqı satqı müqaviləsinin 1998-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 8096, Əməliyyat İD 870774781, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi) qarşı “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 8096, Əməliyyat İD 870774781, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar