Məhkəmə qərarları › İş №2(074)-853/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-853/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-853/2022 29.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017-cü il tarixli qətnaməsi ilə qət edilmiş hər ay 100 manat cəmi 200 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 10 fevral 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 286 manat məbləğində sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017-cü saylı qətnaməsi ilə qət olunmuş alimentin miqdarının artırılmasını və xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Zeynəb və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı uşaqlarının anadan olduğunu, nikahları Şamaxı rayon məhkəməsinin 2(074)-475/2016 saylı 12 aprel 2016 saylı qətnaməsinə əsasən pozulmuş və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Zeynəb və xx.xx.2013cü il təvəllüdlü Zəhra adlı uşaqların onun yanımda qalmalarının və onların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat olmaqla cəmi 200 manat məbləğin Cavabdeh alınaraq ona verilməsinin qət edildiyini qeyd etmişdir. Həmçinin cavabdehin maşın ustası olduğunu və aylıq gəlirinin 1000 manatdan çox olduğunu qeyd etmişdir. Odur ki, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017-cü il tarixli qətnaməsi ilə qət edilmiş hər ay 100 manat cəmi 200 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, Cavabdeh qətnamə qəbul olunan tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Zeynəb və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat məbləğində sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, iddiçının iddiasını qəbul edir və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Zeynəb və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqda cəmi 220 manat ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 475/2016 saylı 12 aprel 2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı Şamaxı rayon Mirikənd kənd icra nümayəndəliyində 16 dekabr 2009-ci il tarixdə bağlanmış 29 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarında doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Zeynəb və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı uşaqlarının anası İddiaçı yanında qalması, Cavabdeh 10 fevral 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Şamaxı rayon məhkəməsinin 2(074)-475/2016 saylı 12 aprel 2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon Məhkəməsinin 12 aprel 2016-ci il tarixli, 2(074)-475/2016 saylı qətnamə mübahisələndirilən hissədə - 10 fevral 2016-cı il tarixdən başlayaraq cäväbdeh Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb 16 mart 2011-ci il təvəllüdlü X4 və 02 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, 16 mart 2011-ci il təvəllüdlü X4 və 02 dekabr 2013-eti təvəllüdlü X6mm yetkinlik yaşma çatanadək saxlanılması üçi İddiaçı xeyrinə 10 fevral 2016-cı ildən başlayaraq cavabdeh X2 hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) man sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 242699 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08 noyabr 2016-ci il tarixdə 85 № saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra qadın Səməndərova soyadında qalmışdır. İş materiallarında olan AZ-İ № 639317 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 mart 2011-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 190177 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 dekabr 2013-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında olan nikah Şamaxı rayon məhkəməsinin 2(074)-475/2016 saylı 12 aprel 2016 saylı qətnaməsinə əsasən pozulmuş, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsinə əsasən Cavabdeh 10 fevral 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, uşağın saxlanılmasında hər iki valideynin borcu olduğunu, uşağın saxlanılması üçün hər ay lazım olan maddi tələbatın ödənilməsində tərəflər bərabər iştirak etməlidirlər. Məhkəmə uşaqların layiqli həyat şəraitini təmin etmək, yaşını, tələbatını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin qətnamə qəbul olunan tarixdən başlayaraq alimentin tutulması hissəsinə münasibətdə belə hesab edir ki, hazırda tərəflərin nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment olduğundan və cavabdeh tərəfindən bu aliment müvafiq qaydada ödənildiyindən hazırki aliment məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səiyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-445/2017 saylı xx.xx.2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat cəmi 220 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar