Məhkəmə qərarları › İş №2(074)-876/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-876/2025

17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-876/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavadeh Cavabdeh qarşı alimentin ödənilməsindən azad edilməsinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsindən azad edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-576/2024 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsindən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı alimentin ödənilməsindən azad edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Halbuki, qanunvericilikdə yalnız aliment alınması barədə iddialar üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsindən azad edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar