Məhkəmə qərarları › İş №2(074)-896/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-896/2024

11.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-896/2024 11.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh X14 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X12rşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X20 tərəfindən ona xx.xx.2020-ci il tarixdən, xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində aylıq əmək haqqının və son haqq hesabın ödənilməmiş aylıq əmək haqqının və son haqq hesabın cəmi 10800 (on min səkkiz yüz) manat məbləğində pulun ödənilməsi və cavabdeh tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 oktyabr 2020-ci il tarixdə X14 təlim-təsərrüfat müdiri vəzəfəsinə işə qəbul olunmuşdur. Ona aylıq əmək haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən heç bir qanunu əsas və səbəb olmadan xx.xx.2023-ci il tarixli 48 saylı əmrlə barəsində əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə əmr çıxarılmışdır ki, “Liseyin təlim-təsərrüfat müdirinə Pedaqoji Şuranın 24 noyabr 2023-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, ona 01 dekabr 2023-cü il tarixədək verilmiş vaxtın bitməsinə baxmayaraq sahəyə məxsus dövlət əmlakı olan qoyunlar liseyə təhvil-təslim edilmədiyi, əvvəlki aylarda olduğu kimi mühasibatlığa hesabat təqdim etmədiyi üçün sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. X14 20 dekabr 2023-cü il tarixli 53 nömrəli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə uyğun olaraq işdən azad edilmişdir. O, işdən çıxarılarkən onun xx.xx.2020-ci il - xx.xx.2023-ci il ərzində əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir. O, cavabdeh X20 ilə aralarında olan mübahisəni mediasiyada həll etməyə müraciət etmiş lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. O, xx.xx.2023-ci il tarixdən hal-hazıra kimi işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da o hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. İddiaçı, cavabdeh tərəfindən işdən azad olunarkən “İşdən azad olunması” barədə əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirik ki, cavabdeh X20 tərəfindən onun xx.xx.2020-ci il - xx.xx.2023-ci il ərzində olan ödənilməmiş aylıq əmək haqqını və son haqq hesabını ödəməli, həmçinin X20 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən X14 nümayəndəsi X4 izahat verərək bildirdi ki, İddiaçı ilə 28 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq o, X15 təlim-təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar (eyni ilə təlimtəsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesaba saxlanılır. Yəni təlim-təsərrüfat müdiri vəzifəsini tutan şəxsin əmək haqqı büdcədən yox, onun rəhbərlik etdiyi təsərrüfatdan gələn gəlirlə (büdcədənkənar) maliyələşdirilir. 28 oktyabr 2020-ci il tarixdə həmin vaxt Peşə liseyin direktoru vəzifəsini icra edən X6 ilə təlim-təsərrüfat müdiri vəzifəsinə təyin olunan İddiaçı arasında X18 haqqında Müqavilə bağlanmış və Eynalov tutduğu vəzifəyə uyğun olaraq əmək müqaviləsi prosesində ona işəgötürən tərəfindən etibar edilmiş qoyunların və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə və sair hallara görə X18 daşıyır. Həmin müqaviləyə əsasən işçi vəzifəsini tam qanuni yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində İşəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə X18 daşıyır. 28 oktyabr 2020-ci il tarixdə tərəflər arasında X21 komissiya üzvülərinin iştirakı ilə bağlanaraq Liseyin təsərrüfatında olan 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş dişi quzu cəmi 223 baş, çəkiləri 5766 kq olmaqla İddiaçı təhvil verilmişdir. Eynalov tutduğu vəzifədə olan zaman 2023-cü il ərzində heç bir hesabat verməmiş, 2022-ci il üzrə verdiyi hesabatda isə təhvil aldığı heyvanların sayı və çəkiləri azalaraq cəmi 211 baş xırda buynuzlu heyvan və çəkiləri 4276 kq olmuşdur. Yəni rəhbərlik etdiyi təsərrüfat Liseyə heç bir gəlir gətirmədiyi üçün Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən ona əmək haqqı hesablanmamışdır. 2022-ci ilin hesabatından göründüyü kimi o, işinə məsuliyyətsiz yanaşması nəticəsində Liseyə ziyan dəymişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 28 dekabr 2022ci il tarixli 75 nömrəli əmri ilə 05 yanvar 2023-ci tarixdən X1 Peşə Liseyinə direktor təyin edilmişdir. 19 yanvar 2023-ci il tarixdə müəssisənin 05 nömrəli Əmri ilə İnventarizasiya Komissiyası yaradılmış və onlar Liseyin balansında olmaqla ayrı-ayrı vəzifəli maddi-məsul şəxslərin hesabında olan və öhdəsində olan maddi qiymətlərin yoxlanılmasını apararaq müvafiq Aktlar bağlanmışdır. Maddi-məsul şəxs olan iş üzrə İddiaçı isə komissiya üzvülərinin çağırışlarına tabe olmayaraq son günə kimi öhdəsində olan xırda buynuzlu heyvanların inventarizasiyasının aparılmasına şərait yaratmamış, onun qanunsuz hərəkəti nəticəsində Liseyin balansında olan və saxlanması üçün təsərrüfat müdirinə iş üzrə İddiaçı təhvil vermiş liseyin əmlakının olub-olmamasını, harada olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar edilsə də, ona rəsmi xəbərdarlıq məktubları (15 fevral 2023-ci il tarixli, 12 iyul 2023-ci il tarixli, 19 oktyabr 2023-ci il tarixli) göndərilsə də heç bir nəticə verməmişdir. X19 baş mühasibi X9 direktoruna ünlanladığı İddiaçı işə çıxmaması, öhdəsində olan əmlakla (qoyunlar) əlaqədar hesabat verməməsi, inventarizasiya aparılmasına imkan yaratmaması, nəticədə Liseyə ziyan vurması haqqında təqdimatlarla müraciət edərək tədbir görülməsini xahiş etmişdir. Əmək intizamını pozduğu üçün, vəzifə öhdəliklərini icra etmədiyi üçün İddiaçı 01 noyabr 2023-ci il tarixdə 43/5 nömrəli əmrlə töhmət elan olunmuşdur. Bundan əlavə 24 noyabr 2023-ci il tarixdə 46 nömrəli əmrlə ona pedaqoji şuranın iclasında iştirak etmədiyi və vəzifə borcunu icra etmədiyi üçün ikinci töhmət elan olunmuşdur. Bundan əlavə 01 dekabr 2023-ci il tarixdə 48 nömrəli əmirlə ona əmək intizamına əməl etmədiyi üçün şiddətli töhmət elan edilmişdir. 01 dekabr 2023-ci il tarixdə X20 həmkarlar təşkilatına məktub ünvanlanaraq liseyin təlim-təsərrüfat sahəsinin müdiri İddiaçı qanuna zidd əməllərini həmkarlar təşkilatın yığıncağında müzakirə edilməsi və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. X20 Həmkarlar təşkilatının 12 dekabr 2023-ci il tarixli komitə iclasında məktub müzakirə olunaraq 28 nömrəli protokol tərtib edilmiş və liseyin təlim-təsərrüfat müdiri işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına razılıq verilmişdir. Bütün bu qanuni tədbirlər heç bir nəticə vermədiyi üçün İddiaçı X20 Direktorunun 20 dekabr 2023-ci il tarixli 53 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin” ç” bəndi ilə işdən azad edilmişdir. X14 Pedaqoji Şurasının 24 noyabr 2023-ci il tarixli iclasında liseyin təlim-təsərrüfat müdiri İddiaçı qanunsuz əməlləri, liseyin əmlakını mənimsəməsi məsələsi müzakirəyə çıxarılmış və onun tabeçiliyində, maddi-məsul şəxs kimi öhdəsində olan 211 baş xırda buynuzlu heyvanın 01 dekabr 2023-ci il tarixə kimi təhvil verməsi tələb edilmişdir. Qeyd olunanlar heç bir nəticə vermədiyi üçün İddiaçı liseyin əmlakını mənimsəməsi faktının araşdırılması üçün 26 dekabr 2023-ci il tarixdə 120 nömrəli məktubla Şamaxı rayon Prokurorluğuna müraciət edilərək bütün materiallar Şamaxı rayon Prokurorluğuna göndərilmişdir və hal-hazırda materiallar araşdırılma mərhələsindədir. Göründüyü kimi İddiaçı X17 təlim-təsərrüfat müdiri təyin olunduğu vaxtdan əmək müqaviləsinin şərtlərinə əməl etməyib, müqavilə ilə müəyyən olunmuş vaxt ərzində iş yerində olmayıb, ümumiyyətlə işə gəlməyib, maddiməsul şəxs kimi öhdəsinə verilmiş əmlakla əlaqədar müəssisənin mühasibatlığma hesatlar təqdim etməyib, çağırışlara cavab verməyib, (əmək intizamını kobud surətdə dəfələrlə pozub) işlədiyi müddətdə rəhbərlik etdiyi sahədən müəssisəyə heç bir gəlir gətirməyib, sonda öhdəsində olan əmlakın mənimsəməsi hallarına yol vermişdir. İddianın əmək haqqı və digər tələbləri ilə əlaqədar da bildirir ki, yuxarıda göstərdikləri kimi iddiaçının tutduğu vəzifə “təlim-təsərrüfat müdiri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədrisistehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar (eyni ilə təlim-təsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesaba saxlanılır. Yəni, Eynalov işlədiyi zaman ərzində rəhbərlik etdiyi sahədən müəssisəyə gəlir gətirmədiyi üçün ona əmək haqqı hesablanmamışdır. Göstərilən bütün hallar etiraza əlavə elədikləri rəsmi sənədlərlə sübut olunur. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçının işdən azad edilməsinə dair əmr 21 dekabr 2023-cü il tarixdə ona poçt vasitəsilə göndərilmiş və onun tərəfindən rəsmi qəbul edilmişdir. İddiaçı isə qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, X20 işə götürən Rəşid Mirzəliyev işçi İddiaçı təlim təsərrüfat müdiri vəzifəsinə işə götürmüşdür. İş materiallarında olan X14 əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə 01 dekabr 2023-cü il tarixli 48 saylı əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı Pedaqoji Şuranın 24 noyabr 2023-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, ona 01 dekabr 2023-cü il tarixədək verilmiş vaxtın bitməsinə baxmayaraq sahəyə məxsus dövlət əmlakı olan qoyunlar liseyə təhvil-təslim edilmədiyi, əvvəlki aylarda olduğu kimi mühasibatlığa hesabat təqdim etmədiyi üçün sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İş materiallarında olan X14 20 dekabr 2023-cü il tarixli 53 nömrəli “əmək funksiyasını yerinə yetirməyən işçinin əmək müqaviləsinə xitam verilməsi” barədə əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı əmək funksiyasını kobudcasına pozduğuna, müqavilə öhdəliklərinə əməl etmədiyinə, barəsində görülən intizam tənbehlərindən (01 noyabr 2023-cü il tarixli və 24 noyabr 2023-cü il tarixli töhmətlər, 01 dekabr 2023-cü il tarixli sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət) nəticə çıxarmadığına görə onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli “Tam məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, X14 direktoru vəzifəsini icra edən X5 (işəgötürən) və təlim-təsərrüfat müdiri İddiaçı (işçi) arasında “X18 haqqında” Müqavilə bağlanmış və Müqaviləyə əsasən Eynalov tutduğu vəzifəyə uyğun olaraq əmək müqaviləsi prosesində ona işəgötürən tərəfindən etibar edilmiş qoyunların və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə və sair hallara görə X18 daşıyır. Həmin müqaviləyə əsasən işçi vəzifəsini tam qanuni yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə X18 daşıyır. İş materaillarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş dişi quzu - cəmi 223 baş, çəkiləri 5766 kq olmaqla İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi və öhdəsində olan maddi qiymətliləri (xırdabuynuzlu heyvanları) təcili olaraq liseyə təhvil verməklə əmək kitabçasını götürməsi bildirilmişdir. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, iddiaçı 28 oktyabr 2020-ci il tarixdə X14 təlim-təsərrüfat müdiri vəzəfəsinə işə qəbul olunmuş və 20 dekabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş və ona əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdən bilməli olması nəzərə alındıqda belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X12rşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar