Məhkəmə qərarları › İş №2(074)-932/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-932/2020

26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-932/2020 26.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı və cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızının iştirakı ilə, İddiaçı cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızına qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızına qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2008-ci il təvəllüdlü X5 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, cavabdehlə xx.xx.1994cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx xxx 2008-ci il tarixdə X5 dünyaya gəlmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(074)-94/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx xxx 2008-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 352/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 xx xxxxxx 2019-cu il tarixindən başlayaraq xx xxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulmuş, lakin sonradan cavabdeh alimenti ödəməkdən qəsdən yayınmış və onun barəsində Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra tədbirləri görülməyə başlanmış və bir neçə dəfə braəsində inzibati protokol tərtib olunmuşdur. Keçmiş həyat yoldaşı kimi bu hal ona xoş olmamış, cavabdehlə aralarında şifahi razılığa əsasən onun barəsində məcburi icra tədbirləri görülməməsi üçün aliment tələbindən imtina etmiş, cavabdeh isə hər ay alimenti ödəməyə söz vermiş, lakin imtina etdiyi gündən bu günə kimi cavabdeh hər hansı bir məbləğdə aliment ödənişi etməmişdir. Odur ki, iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızı izahat verib bildirdi ki, o, hal-hazırda işləmir. Həmçinin yaşadığı evdən çıxmışdır. Odur ki, 30 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli 2(074)-94/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında xx xxxxx 1994-cü il tarixdə Qobustan rayonu, Sündü kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxx 2008-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(074)- 352/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X1 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(074)- 40/2020 saylı qərardadının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 352/2019 saylı xx xxxx 2019-cu il tarixli icra sənədi üzrə tələbkar X3 aliment tələbindən imtinasının qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ № 068794 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi əsasında rəsmi qaydada poulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmışdır. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 70 manat sabit pul məbləğində aliment tutulmuş, iddiaçı daha sonra alimentdən imtina etmişdir. Hazırda isə İddiaçı məhkəməyə aliment tələbi ilə müraciət edərək birgə nikahdan doğulmuş uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirmiş və uşağın saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızından tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə hər ay 30 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin məbləği uşağın mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay 85 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızından xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 85 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Rəşidova (Əfəndiyeva) Xalidə Rəşid qızından xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 85 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar