Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-960/2023 10.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2014-cü ildə qeyri-rəsmi olaraq ailə qurmuşdurlar. Birgə münasibətlərindən xx.xx.2015-ci il tarixdə doğulmuş Nuray, xx.xx.2016-cı il tarixdə doğulmuş Elnur, xx.xx.2020-ci il tarixdə doğulmuş Aysu və xx.xx.2022ci il tarixdə doğulmuş Eşqin adlı övladları vardır. Əvvəllər normal münasibətləri olmuş, lakin son bir ildə, cavabdeh başqa bir qadınla yaşayır və dörd aydır ki, onları atıb həmin qadının yanında yaşayır. Uşaqlarına, ailəsinə baxmır. Cavabdeh mühafizə polisində işləyir, boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur, sputnik antennası yığır, santexnika işləri görür. Lakin ailəsinə, uşaqlarına bu qazandığından heç bir məbləğ xərcləmir. O, aliment üçün ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin mediasiyada cavabdehlə razılaşması baş tutmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Hər ay hər uşağın saxlanması üçün cavabdehdən 220 manat sabit pul məbləğində alimentin alınaraq, ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun aylıq qazancı 400 manat təşkil edir, hazırda kirayədə yaşayır və götürdüyü kreditə görə hər ay kredit borcunu ödəyir. Odur ki, İddiaçı olan dörd övladının saxlanması üçün yalnız 50 manat məbləğində aliment ödənilməsinə imkanı çatar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə Nuray, xx.xx.2016-cı il tarixdə Elnur, xx.xx.2020-ci il tarixdə Aysu və xx.xx.2022-ci il tarixdə Eşqin adlı uşaqları doğulmuşdur. İddia ərizəsindən və tərəflərin məhkəmə iclasındakı izahatından müəyyən olunur ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən dörd uşaqları var, tərəflər uzun müddətdir ki, ayrılmışlar, uşaqlar iddiaçının yanında qalır və hazırda iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınıb, İddiaçı verilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-960/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-960/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver