Məhkəmə qərarları › İş №2(074)-976/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-976/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-976/2020 10.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X10 katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu ildə doğulmuş Ayşənur və xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş Nuriyyə adlı qızılarının saxlanılmaları üçün ataları Cavabdeh hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, o, cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. evləndikləri ilk günlərdən cavabdehlə münasibətləri yaxşı olmamış, döyülüb və söyülmüşdür. Lakin uşaqlarına görə dözmüş, 2019-cu ildə şəxsiyyət vəsiqəsini dəyişərkən cavabdehlə aralarında olan nikahın pozulduğunu öyrənmiş, məhkəməyə müraciət edən zaman hələ 2014-cü ildə onun xəbəri və iştirakı olmadan nikahlarının Şamaxı rayon məhkəməsində pozulduğunu bilmişdir. Bundan sonra cavabdehlə münasibətləri daha da pisləşmiş, onun nikahın pozulmasından sonra Şəki şəhərindən olan bir qadınla evləndiyini, daha sonra ondan ayrılaraq Qobu qəsəbəsindən olan Gülnar adlı bir qadınla evləndiyini, hal hazırda da onunla yaşadığını bilmişdir. Bütün bunlar ona məlum olduqdan sonra o, cavabdehlə fakltiki olaraq ayrılmış, həmin vaxtdan sonra cavabdeh ayda bir dəfə uşaqlarını görməyə gəlmiş, uşaqlarına aylıq təxminən 50 manat məbləğində pul xərcləməyə başlamışdır. Lakin cavabdeh etibarnamə ilə idarə etdiyi əslində özünə məxsus olan **-KV-*** nömrəli avtomaşınla ilə səyyar ticarətlə məşğul olur. Hər uşağa ən azı hər ay 200 manat pul xərclənir. Odur ki, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək izahat verib bildirdi ki, iddia tələbi tamamilə əsaslıdır. Belə ki, cavabdeh uşaqlarının maddi problemləri ilə lazımi qaydada maraqlanmamış, onları üçün layiqli həyat şəraiti yaratmamışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, onun hər ay hər uşağa görə 70 manat məbləğində aliment ödəməyə maddi imkanı vardır. Belə ki, o, həmdə xəstədir və aylıq 200 manat pul qazanır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(074)- 1072/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 Yaqut Rahib qızının yanında saxlanılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(074)-1072/2014 saylı qətnaməsindən çıxarış əsasında pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 519808 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildəŞamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 978775 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildəŞamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi əsasında rəsmi qaydada pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 İddiaçı yanında saxlanılmışdır. Hazırda isə İddiaçı məhkəməyə aliment tələbi ilə müraciət edərək birgə nikahdan doğulmuş uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirmiş və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə hər ay hər uşağa görə 70 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimentin məbləği uşaqların mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, Qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinəəsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinəəsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinəəsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar