Məhkəmə qərarları › İş №2(074)-981/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-981/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-981/2020 25.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1430,40 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi Mercedes Benz S320 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1400 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1400 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı, Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1430,40 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2020-ci tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan zərfdən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi ona çatdırılması mümkün olmadığı üçün məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair portaldan çıxarışdan görünür ki, Mercedes Benz S320 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 071929 saylı sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış Mercedes Benz S320 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X7 markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat məbləğində maddi ziyan dəymişdir. Sığorta ödənişinin məbləği 1400 manat müəyyən edilməklə X2 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 9037 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən PAT ********** saylı sığorta müqaviləsi və 071929 saylı sığorta aktına əsasən X2 1400 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1400 manat maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli № 046- 44087 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində Babək prospektində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi Mercedes Benz S320 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, hadisə zamanı Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 olmuşdur. İş materiallarında olan İXP № ******* saylı inzibati xəta haqqında potokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Yol hərəkəti Haqqında qanunun tələblərini pozduğu üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6cı maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Yol hərəkəti Haqqında qanunun tələblərini pozduğu üçün Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № P3468/19 saylı pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ƏN-Vİ № 754834 saylı etibarnamənin surətindən görünür ki, X1 Benz S320 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək və s. üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan AC № 018704 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən olunur ki, Mercedes Benz S320 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2019-cu il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz S320 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və Abbas Mehdiyevə məxsus Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X7 markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı sahibinə 1400 manat maddi ziyan dəymişdir. Cavabdeh hadisə yerindən yayınmış və törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat sığorta ödənişi, hazırkı iddia üzrə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər 5000 manat məbləğində müəyyən edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, sığorta ödənişi vermiş iddiaçının, yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınan Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, Cavabdeh qaydada Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1400 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASCnin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh qaydada Ford Mondeo markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1400 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar