Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-982/2024 22.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində 8 aylıq uşağın olmasını diqqətəlayiq olan başqa hal kimi məhkəmə tərəfindən nəzərə alınması, Azərbaycan Respublikasə Ailə Məcələsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə alimentin və uşaqin 3 yaşınadək saxlanlmasi ücün Cavabdeh Əliyusif oğlundan əlavə olaraq 80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əhmədli (Həmidova) Tünzalə Vaqif qızı 12 may 2022-ci il tarixində Cavabdeh Əliyusif oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Toylarından sonra Cavabdeh Əliyusif oğlu ilə birlikdə Ağsu rayonunun Padar kəndinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2023-cü il tarixində X4 dünyaya gəlib. Təxminən 1 il müddətinə Cavabdehlə birlikdə Ağsu rayonu, Padar kəndində yaşayıblar. Qayınatasının evində yaşadığı dövrdə münasibətləri məişət zəminində gərginləşməyə başlayıb, ailədə fasiləsiz söz söhbətlər yaranmış, vəziyyət dözülməz həddə catmişdir. Mübahisələr zamanı qayınatası, qayınanası və cavabdeh onu həmişə təhqir edərək fiziki zorakılığa məruz qoymuş, onu döyərək xəsarətlər yetirmişlər. 8 aydır ki, cavabdeh və o, birgə yaşamırlar. Birgə yaşamaq perspektivləri yoxdur. Hər kəs öz valideynlərinin yaninda yaşayır. Bu müddət ərzində cavabdeh hec vaxt ailəni dolandırmağa cəhd göstərməmiş, uşaq üçün hər hansı məsrəfi qarşılamamışdır. O, heç yerdə işləmir. Azyaşlı uşağı saxlamaq üçün maddi ehtiyacı vardır. Alimentin alınması ilə əlaqədar cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, himayəsində 8 aylıq uşağın olmasını diqqətəlayiq olan başqa hal kimi məhkəmə tərəfindən nəzərə alınması, X3 görə Azərbaycan Respublikasə Ailə Məcələsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə alimentin və uşaqin 3 yaşınadək saxlanlmasi ücün Cavabdeh Əliyusif oğlundan 80 manat əlavə olaraq tutularaq ona ödənilməsi barədə barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, Ağsu rayon polis şöbəsində işləyir. Daimi gəliri var. Lakin uşaq 3 yaşına çatanadək ödəniləcək əlavə 80 manat ödəməyə maddi imkan yoxdur. Çünki valideynləri də onun himayəsindədirlər. Buna görə də həmin pulu 50 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 486065 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ağsu rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əhmədli”, arvada “Əhmədli” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 849403 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Ağsu şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq hazırda iddiaçının yanında qaldığından iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.1). Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hal-hazırda iddiaçının (anasının) himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə, iddianın “uşağın üç yaşı tamam olanadək hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və X2 üç yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi barədə ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 02 sentyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 23 may 2024-cü il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və 02 sentyabr 2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-982/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-982/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver