Məhkəmə qərarları › İş №2(075)-1020/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1020/2020

21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1020/2020 21.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: XXX, Cavabdeh vəkili X2 iştirakları ilə, İddiaçı XXX Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatları üçün hər ay Cavabdeh bütün növ qazancından sabit pul məbləğində 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 200 manat olmaqla, cəmi 2 uşağa görə 400 manat məbləğində alimentin tutularaq ona verilməsi, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək baxmağına görə hər ay 60 (atmış) manatın Cavabdeh tutularaq ona verilməsi və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 xəstəliyi ilə əlaqədar mütəmadi müayinə və müalicə xərcləri, nəqliyyat xərcləri, xəstəliklə əlaqədar istifadə edilən əşyalar və sair zəruri ləvazimatlar üçün hər iki aydan bir 180 (yüz səksən) manat məbləğində sabit pul məbləğinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı XXX iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan onların xx xxxxxx 2015-ci il tarixdə X6 və xx xxxxxx 2019-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Cavabdeh uzun müddətdir ki, onları tərk edib etmişdir. Ailəsi və uşaqları ilə maraqlanmır. Himayəsində olan Nihat və Uğurun ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bundan başqa xx xxxxxx 2019-cu il təvəllüdlü X7 ürək qüsurludur. Daimi müayinə və müalicəyə ehtiyacı var. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı XXX iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X8 izahatında göstərdi ki, həqiqətən Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə iddiaçı XXX ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X6 və xx xxxxxx 2019cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. Cavabdeh ofisiant kimi vaxtamuzd işləməklə 250 manat maaş alır. Başqa gəlir yeri yoxdur. İddia tələbində göstərilən miqdarda alimenti ödəmək onun imkanı xaricindədir. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və XXX arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış nikah 507 nömrə ilə qeydə alınmışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il və xx xxxxxx 2019-cu il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 ataları Cavabdeh, anaları isə XXXdır. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı XXX xx xxxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2015ci il tarixdə X6 və xx xxxxxx 2019-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdehin vəkili isə qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, XXX uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı XXX xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı XXX xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək baxmağına görə hər ay 60 (atmış) manatın Cavabdeh tutularaq ona verilməsi və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 xəstəliyi ilə əlaqədar mütəmadi müayinə və müalicə xərcləri, nəqliyyat xərcləri, xəstəliklə əlaqədar istifadə edilən əşyalar və sair zəruri ləvazimatlar üçün hər iki aydan bir 180 (yüz səksən) manat məbləğində sabit pul məbləğinin Cavabdeh alınaraq ona verilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyindən iddianın əlavə xərclərin tələbinə dair hissəsini məhkəmə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutularaq iddiaçı XXXna verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutularaq XXXna verilsin. Alimentin tutulmasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar