Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1031/2021 12.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TFC” Bank Olmayan Kredit Təşkilatı ilə yoldaşı arasında 22 dekabr 2014-cü il tarixli, TK 000419 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə bir deyil, dörd – 22.12.2014-cü il tarixli, TK000419T01 saylı, 22.12.2014-cü il tarixli, TK000419T02 saylı, 22.12.2014-cü il tarixli, TK000419T03 saylı və 07.08.2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan Hunday markalı, **-BP-***, **-BP-***, **-BP-*** və **-JR-*** dövlət qeydiyyat nişanlı avtobusların ipoteka yüklülüyündən və həbsdən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusların ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh1 ilə 27 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə birgə əziyyət çəkərək özlərinə layiqli həyat şəraiti qurmağa çalışmışlar. Həyat yoldaşı biznes fəaliyyəti ilə məşğul olmuşdur. O, əsasən nəqliyyat sahəsində fəaliyyətini inkişaf etdirmişdir. Onlar 04 oktyabr 2014-cü il tarixdə Hyundai markalı **-BP-***, 12 oktyabr 2014-cü il tarixdə Hyundai markalı **-BP-*** və **- BP-*** dövlət qeydiyyat nişanlı, 08 avqust 2015-ci il tarixdə Hyundai markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar almışlar. Bir müddət əvvəl ailədə həyat yoldaşının şəriki X5 ilə avtobuslar barədə nəysə danışdıqlarını eşitmişlər. Əslində o, yoldaşı ilə Şaiqin pul götürüb iş gördüklərini bilmişdir. Lakin avtobusları girov qoyduqlarından xəbəri olmamışdır. Məhkəmədən qətnamə gəldikdə yoldaşı həmin qətnamənin mətni ilə onu tanış etmiş, onun Şaiqlə banka borcları olduğunu, qətnamənin borcun tutulması ilə bağlı yarandığını bildirmişdir. Lakin o, bir neçə gün qabaq avtobusların bankın borcu qarşılığında ipotekaya qoyulduğunu və borcun qarşılığında hərracda satılacağını eşitmişdir. O, bundan tamamilə narazıdır. Hesab edir ki, həmin əmlaklar onunla cavabdehin birgə nikahları dövründə əldə edildiyindən və həmin əmlaklarda onun da payı olduğundan bu iddianı qaldırmaqda haqlıdır. Belə ki, bank borcun qarşılığında onların müştərək əmlaklarını onun razılığı olmadan satacaq və pulunu götürəcək. Onun həmin əmlaklarda qanunvericiliklə payı vardır. Cavabdeh2nə gələrkən aydın olmuşdur ki, əmlaklar "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə yoldaşı arasında bağlanmış TK 000419 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Hesab edir ki, əmlaklar ondan xəbərsiz ipotekaya qoyulduğundan ipoteka yüklülüyündən və həbsdən azad olunmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı əmlaklar ipotekaya qoyularkən xəstə olduğundan müalicədə olmuşdur. Ona görə də həyat yoldaşı olan Cavabdeh1 ona bu barədə məlumat verməmiş, əmlakların ipotekaya qoyulması üçün iddiaçının notarial razılığı alınmamışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının əmlakların ipotekaya qoyulmasından icra mərhələsində xəbəri olmuşdur. Cavabdehlər Cavabdeh2nə və Cavabdeh1, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər şəxs "xxxx" BOKT ASC və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və X5 məhkəmə iclaslarına gəlməmiş, Cavabdeh2 və "xxxx" BOKT ASC isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 22 dekabr 2014-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında TK000419 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 23.06% olmaqla 310000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmış, həmin ipoteka müqavilələri üzrə Hyundai Universe markalı, **-BP-***, **-BP-***, **-BP-*** və **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü etmişdir. Cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayındığından kredit təşkilatı tərəfindən məhkəməyə müraciət edilmiş, 2017-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsi və 2019-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları çıxarılmışdır. İddiaçı və Cavabdeh1 eyni ünvanda yaşadıqlarından iddiaçının həmin qətnamələrdən xəbərsiz olması və əmlakların ipotekaya qoyulmasından xəbərsiz olması ağlabatan deyildir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki proses tərəflərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: əslinə baxmaqla tədqiq edilmiş 27 avqust 2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında 27 avqust 2004cü il tarixdə Şəki şəhər İHB-nin Oxud kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikah 18 nömrə ilə qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin uçot kartoçkalarından görünür ki, 2014-cü il buraxılışlı “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtobuslar 12 oktyabr 2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" BOKT ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 23.06% olmaqla 310000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ona verilmiş 310000 manat məbləğində krediti 36 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobusu "xxxx" BOKT ASC-yə ipotekaya qoymuşdur. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, TCF BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobusu "xxxx" BOKT ASC-yə ipotekaya qoymuşdur. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobusu "xxxx" BOKT ASC-yə ipotekaya qoymuşdur. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusu "xxxx" BOKT ASC-yə ipotekaya qoymuşdur. 24 dekabr 2014-cü il tarixli, AA seriyalı, 118436 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınaz əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 24 dekabr 2014-cü il tarixli, AA seriyalı, 118435 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınaz əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 24 dekabr 2014-cü il tarixli, AA seriyalı, 118434 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınaz əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 08 avqust 2015-ci il tarixli, AA seriyalı, 118447 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınaz əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" BOKT ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 16 mart 2016-cı il tarixli, 32007 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən və bildirişin alınmasına dair xəbərnamənin surətindən görünür ki, "xxxx" BOKT ASC qarşısında öhdəliklərini icra etmədiyi təqdirdə “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslara tutmanın yönəldiləcəyi Cavabdeh1 izah edilmişdir. Həmin bildiriş 29 mart 2016-cı il tarixdə Cavabdeh1 tərəfindən şəxsən qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(004)- 8752/2016 saylı qərardadından və qərardadın göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı iddiası üzrə iddia təmin tədbiri barədə ərizə təmin edilərək, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar üzərinə həbs qoyulmuş, qərardadın surəti 30 may 2016-cı il tarixdə Cavabdeh1 qeydiyyatda olduğu Şəki rayonu Oxud kəndinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(004)- 8752/2016 saylı qərardadından və qərardadın göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı iddiası üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, qərardadın surəti 11 noyabr 2016-cı il tarixdə Cavabdeh1 qeydiyyatda olduğu Şəki rayonu Oxud kəndinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)- 280/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 250703 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus” markalı, **-BR-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus" markalı, **-BP-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus" markalı, **- BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən borcun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh1 və X1 müştərək şəkildə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)- 280/2017 saylı qətnaməsinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetləri olan “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobusun açıq hərracda ilkin satış qiymətinin 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtobusun qiymətinin 80.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobusun qiymətinin 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qiymətinin 130.000 manat müəyyən edilməsi, qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılması və işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(102)- 2217/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)- 413/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(009)-853/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 Məhkəmə Ekspertiza Mərkəzinə qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair iddiasının icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(103)-1462/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və X3 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinin 12 aprel 2021-ci il tarixli, 3561/13 nömrəli sifariş məktubundan görünür ki, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobus ilkin qiymət 130000 manat göstərilməklə hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən Cavabdeh1 və X4 ünvanlanmış 13 aprel 2021-ci il tarixli, 01/1164 nömrəku açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobus ilkin qiymət 130000 manat göstərilməklə 06 may 2021-ci il tarixdə, saat 11:00-a hərraca çıxarılacaqdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 may 2021-ci il tarixli, 016-755 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİnin X7 İmtahan və X8 yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki rayonu Oxud kəndində qeydiyyatda olan Cavabdeh1 adına 12.10.2014-cü il tarixdə qeydiyyata alınmış 55BP758 dövlət qeydiyyat nişanlı, Hyundai Universe markalı və 55BP759 dövlət qeydiyyat nişanlı, Hyundai Universe markalı avtobus avtomobilləri "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin mərkəzi filialı tərəfindən 22.12.2014-cü il tarixində ipotekaya qoyulmuşdur. Qeyd olunan avtomobillərin qeydiyyata alınmasına və ipotekaya qoyulmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyindən yandırılma yolu ilə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ilə 27 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdeh1 22 dekabr 2014-cü il tarixdə "xxxx" BOKT ASC-dən 36 ay müddətinə illik 23.06% olmaqla 310000 manat məbləğində kredit götürmüşdür. Qeyd olunan müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmış, həmin ipoteka müqavilələri üzrə “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən kredit təşkilatı tərəfindən borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(102)-2217/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, könüllü icra müddəti ərzində Cavabdeh1 tərəfindən borcun ödənilməsi təmin edilməmiş, məcburi icra tədbirləri başlanılmış, ipoteka predmetlərinin açıq hərracdan satışı üçün ixtisaslaşdırılmış təşkilata, yəni – "xxxx" MMC-yə sifariş verilmişdir. Hazırda İddiaçı ipoteka predmetlərinin birgə nikah dövründə əldə edildiyini və əmlaklar ipotekaya qoyularkən onun notarial razılığının alınmadığını əsas gətirərək sözügedən ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdehlər məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü "xxxx" BOKT ASC-nin nümayəndəsi isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun. İpoteka müqaviləsinin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda ipoteka müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, ipoteka müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya ipoteka müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə imzalanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin həmin müqavilələrin bağlanmasından 6 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 həyat yoldaşı olmaqla, Şəki rayonu Oxud kəndində qeydiyyatda olmaqla yaşayır. "xxxx" BOKT ASC Cavabdeh1 və X4 qarşı “kredit, faiz və digər borcların tutulması, ipoteka ilə yüklü edilmiş əmlakların hərrac yolu ilə satılaraq satışdan əldə edilmiş məbləğin tutmaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 2016-cı ildən etibarən bütün məhkəmə bildirişləri və qərarları onların birgə yaşadıqları (qeydiyyatda olduqları) Şəki rayonu Oxud kəndinə göndərilmiş, xəbərnamələrə imza etməklə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində ipoteka predmetlərinin yüklü edildiyindən icra mərhələsində xəbəri olduğunu desə də, İddiaçı Cavabdeh1 ilə eyni ünvanda yaşadığından, kredit ailənin ümumi ehtiyacları üçün götürüldüyündən İddiaçı məhkəmə qərarlarından xəbərsizliyi ağlabatan deyildir. Belə ki, “kredit, faiz və digər borcların tutulması, ipoteka ilə yüklü edilmiş əmlakların hərrac yolu ilə satılaraq satışdan əldə edilmiş məbləğin tutmaya yönəldilməsi” tələbinə dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonrakı müddətdə də Cavabdeh1 ipoteka müqaviləsinin və ekspert rəyinin etibarsızlığı tələbləri ilə ayrı-ayrı vaxtlarda məhkəməyə müraciət etmiş, həmin qərarlar da qeyd edilən ünvana – Şəki rayonu Oxud kəndinə göndərilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) iddiaçının keçən müddət ərzində xəstə olmaqla, müalicədə olduğunu, buna görə də məhkəmə qərarlarından məlumatı olmadığını bildirsə də, bununla bağlı hər hansı sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında da təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka müqavilələrinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. Belə ki, sözügedən müqavilənin etibarsız olması ehtimalında, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Göründüyü kimi, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.2-ci maddədəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Mübahisə predmeti olan əmlaklar 2014-2015-ci illər ərzində ipotekaya qoyulmasına, öhdəlik icra edilmədiyindən kredit təşkilatı tərəfindən məhkəməyə müraciət olunmasına, bütün məhkəmə instansiyaları tərəfindən işə baxılaraq qətnamə icraya yönəldilməsinə və icra şöbəsi tərəfindən əmlakların açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış təşkilata sifariş verilməsinə baxmayaraq iddiaçı qanunla müəyyən olunmuş 1 il ərzində əqdi mübahisələndirməmiş, əqdin bağlanmasında 6 ildən çox müddət keçəndən sonra 04 may 2021-ci il tarixdə əmlakın ipotekaya qoyulması ilə bağlı əqdin etibarsızlığını mübahisələndirməyə başlamışdır. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlaklar barəsində bağlanmış əqdin etibarsızlığının mübahisələndirilməsini və bununla bağlı irəli sürdüyü tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız sayılması üçün heç bir qanuni əsas yoxdur. Digər tərəfdən isə iddia tələbi əsaslı olsa belə, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə sözügedən ipoteka müqavilələrinin etibarsızlığını mübahisələndirmək (bu barədə tələb irəli sürmək) hüquqlarını itirmişdir. Odur ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklara dair ipoteka müqavilələrinin etibarsızlığı barədə iddia qaldırmaq hüququnu itirməsi onun hazırkı iş üzrə iddiasının mahiyyətcə araşdırılmadan rədd edilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən ipoteka müqavilələri etibarsız hesab edilmədiyindən ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbi də özü-özlüyündə əsassızdır. Şərh olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «"xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1031/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1031/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver