Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1099/2021 16.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “nikahın pozulması və uşaqlarla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 27.01.2015-ci il təvəllüdlü X3 və 25.02.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh İddiaçı qarşı 01 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində Cavabdeh ilə İddiaçı arasında 20 fevral 2014-cü il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, 27 yanvar 2015-ci il təvəllüdlü X6 və 25 fevral 2016-cı il təvəllüdlü X7 adlı övladları ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 19:00-dək, həmçinin bayram və ad günlərində saat 11:00dan 16:00-dək onun uşaqları ilə valideylik hüquqlarınının həyata keçirilməsinin qeyd olunan qaydasının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 01 iyun 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası 16 iyun 2021-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 16 sentyabr 2021-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkili) X2 08 iyul 2021-ci il tarixdə məhkəməyə brgə ərizə göndərərək bildirmişlər ki, 15 iyun 2021-ci il tarixli məhkəmə iclasında tərəflərə barışıq üçün üç ay vaxt verilmişdir. Məhkəmənin barışıq uçün verdiyi müddət ərzində tərəflər Cavabdeh və İddiaçı barışmışlar. Qeyd edilənlərə əsasən tərəflər (ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia uzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh) barışdıqlarından iddia tələblərinə dair ərizələr və onlara əlazə edilmiş sənədlərin məhkəmədən götürülməsinə zərurət yaranmışıdr. Odur ki, tərəflər arasında barışmasını məhkəməyə bəyan edərək, həm ilkin iddia tələbi üzrə, həm də qarşılıqlı iddia tələbi üzrə məhkəmədən iddia ərizələrinin, habelə onlara əlavə edilmiş sənədlərin geri qaytarılmasına və iddialar (ilkin iddia və qarşlılıqlı iddia) üzrə icraata xitam verilməsi dair qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkili) X2 iddiadan və qarşılıqlı iddiaadn imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkili) X1 əizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqlarla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqlarla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1099/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1099/2021
16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver