Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1109/2021 24.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Şamradova (Əhmədova) Könül İlyas qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Şamradova (Əhmədova) Könül İlyas qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 10 sentyabr 2014-cü il təvəllüdlü X2 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 manat, cəmi 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şamradova (Əhmədova) Könül İlyas qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməlsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı 23 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Şamradova (Əhmədova) Könül İlyas qızı iddia ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(075)-97/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 231 nömrəli nikah pozulması, birgə nikahdan olan uşaqları – 10 aprel 2019-cü il təvəllüdlü X6 onun himayəsində və yanında saxlanılması, həmçinin 10 sentyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh himayəsindən alınaraq, anası Şamradova (Əhmədova) Könül İlyas qızının himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh uşaqları 10 sentyabr 2014-cü il təvəllüdlü X2 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 manat, cəmi 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(075)-97/2021 saylı qətnaməsi ilə onunla İddiaçı arasında 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 231 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 10 aprel 2019cü il təvəllüdlü X6 anası İddiaçı himayəsində və yanında saxlanılması, həmçinin 10 sentyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh himayəsindən alınaraq, anası Şamradova (Əhmədova) Könül İlyas qızının himayəsinə verilməsi qət edilmişdir. Oğlu Əkbər 4 aydır ki, iddiaçının himayəsinə verilmişdir. Hazırda hər iki uşaq analarının himayəsindədirlər. Bir ata kimi övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödəməli olduğunu bilir və buna etira etmir. Hazırda işləmir və maddi vəziyyəti aşağıdır. Hər ay hər uşaq üçün 90-100 manat aliment ödəyə bilər. Gələcəkdə maddi vəziyyəti yaxşılacağı təqdirdə daha yuxarı məbləğdə aliment ödəyəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(075)-97/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 231 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 10 aprel 2019-cü il təvəllüdlü X6 anası İddiaçı himayəsində və yanında saxlanılması, həmçinin 10 sentyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh himayəsindən alınaraq, anası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 11.03.2021-ci il tarixli aktın surətindən görünür ki, 10 aprel 2019cu il təvəliüdlu X6 anası İddiaçı nimayəsində və yanında saxlanılmış, anasının himayəsindədir, 10 sentyabr 2014-cü ıl təvəllüdlü X5 atası Cavabdeh himayəsindən alınaraq, anası İddiaçı himayəsinə verilmişdir Bununla da icra sənədi tam icra olundu icra prosesi zamanı tərəflərin heç bir etirazı, şikayəti olmamışdır. Məhkəmə iclasında iddiaçının iddia ərizəsi, cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(075)-97/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 231 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 10 aprel 2019-cü il təvəllüdlü X6 anası İddiaçı himayəsində və yanında saxlanılması, həmçinin 10 sentyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh himayəsindən alınaraq, anası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Nikah pozularkən uşaqların saxlanılması üçün aliment müəyyən edilməmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 sentyabr 2014-cü il təvəllüdlü X2 və 10 aprel 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı Şamradova (Əhmədova) Könül İlyas qızının xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 10 sentyabr 2014-cü il təvəllüdlü X5 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 18 may 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 10 sentyabr 2014-cü il təvəllüdlü X5 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub Şamradova (Əhmədova) Könül İlyas qızına verilsin. Alimentin tutulmasının əvvəli 18 may 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1109/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1109/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver