Məhkəmə qərarları › İş №2(075)-1132/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1132/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1132/2020 27.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh XXX etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) XXX ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «aliment» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) XXXna qarşı «nikahın pozulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, İddiaçı ilə arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli nikahın barışıq üçün vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı XXX iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan xx xxxxxx 2015-ci il tarixdə X5 və xx xxxxxx 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onların arasında olan səmimi ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Lakin nikahları pozulmamışdır. Hazırda əri Bakı şəhərində qaynaqçı işləyir və aylıq gəliri 1000 manat təşkil edir. Həmçinin, taksi fəaliyyəti ilə məşğul olur. Ayrıldıqları vaxtdan uşaqlar onun himayəsindədir. Cavabdeh ailəsi və uşaqları ilə maraqlanmır. Himayəsində olan uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı XXX etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 ilk iddianı müdafiə etdiyini bildirdi. Qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasına etirazının olmadığını bildirərək məhkəmədən ilk və qarşılıqlı iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəonların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı XXX ilə xx xxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X5 və xx xxxxxx 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ilk iddianı qismən qəbul edərək göstərmişdir ki, uşaqların analarının yanında qalmalarına etiraz etmir. Onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 100-110 manat aliment ödəyə bilər. Belə ki, daimi iş yeri yoxdur. İş olduqda günəmuzd 10-15 manat qazanır. İşdə olan Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsi tərəfindən xx xxxxx 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, XXX ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 89 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə XXXdır. İşdə olan 4 saylı Bakı “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx xxx 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə XXXdır. Mülki proses tərəflərinin izahatlarını dinləyib, işdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddia ərizələri əsaslıdır. Belə ki, iddiaçı XXX Cavabdeh ilə xx xxxxx 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxx 2015-ci il tarixdə X5 və xx xxxxxx 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqları vaxtdan birgə nikahdan olan xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 isə iddiaçının himayəsindədir. Tərəflər arasında heç bir barışıq təşəbbüsü olmamışdır. Bundan sonra da onların barışmaları və bir yerdə yaşamaları mümkün deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələblərinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə nikahdan olan uşaqlarının valideynlərindən hansının himayəsində qalması məsələsini müzakirə edərkən uşaqların azyaşlı olmaqla ana nəvazişinə ehtiyaclarının olmasını, iddiaçının uşaqların onun yanında saxlanılmalarını xahiş etməsini, cavabdehin isə buna etirazının olmamasını nəzərə alır. Buna görə də məhkəmə xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 analarının yanında qalmalarını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə iddiaçının cavabdehin qazancı barədə heç bir sənədin təqdim etməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı və aliment sabit pul məbləğində müəyyən edilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq iddiaçı XXXna verilməli, alimentin tutulmasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilərək, iddiaçı XXX ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsində bağlanmış 89 nömrəli nikah pozulmalı, tərəflərin birgə nikahdan olan uşaqları – xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 anaları XXX yanında qalmalıdır. Cavabdeh dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq XXXna verilsin. Aliment tutulmasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. XXX ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsində bağlanmış 89 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşaqları – xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 anaları XXX yanında qalsınlar. Cavabdeh dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar