Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1147/2020 28.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdehna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarına dair məlumatlar iddia ərizəsində dəqiq göstərilməlidir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının MM-nin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir, hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, iddia ərizəsində göstərdiyi Cavabdeh hüquqi şəxs deyildir. Hüquqi şəxs Cavabdeh SKT olduğundan iddia tələbi Cavabdehna deyil, Cavabdeh SKTyə qarşı irəli sürülə bilər. Cavabdeh hüquqi şəxs olmaması, hüquqi şəxs olmayan təşkilatın məhkəmədə iddiaçı, yaxud da cavabdeh qismində iştirak etməsinin mümkünsüzlüyü nəzərə alınaraq İddiaçı hazırkı iddiasına Şəki Rayon Məhkəməsində baxılması mümkün deyildir. Cavabdeh SKT-nin hüquqi ünvanının ünvan 2 olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı olaraq müvafiq rayon məhkəməsinə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) müraciət etməsi tövsiyə olunur. Buna görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1147/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1147/2020
28.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver