Məhkəmə qərarları › İş №2(075)-1157/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1157/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1157/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, Cavabdeh ilə 02.02.2005-ci il tarixdə el adəti ilə toy edib faktiki ailə qurmuşlar və o, cavabdehin yaşadığı Şəki şəhəri, Baltalı kəndinə gəlin köçmüşdür. 29.05.2007-ci il tarixdə Baltalı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçirməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü X9 və 17.08.2008-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. 2014-cü ilin mart ayına kimi cavabdehlə birlikdə yaşayıb birgə təsərrüfat idarə etmişlər. Lakin, xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Şəki rayon məhkəməsinin 2(075)-398/2014 saylı, 06.03.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması və uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxt nikahın pozulması barədə məhkəmə araşdırması aparılan zaman cavabdehlə birgə nikahlarından doğulmuş azyaşlı uşaqların onun himayəsinə verilməsi qət edilsə də, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulması müəyyən edilməmişdir. Belə ki, o, CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkmişdir. Buna görə də birgə nikahdan olan uşaqları 2015-ci ilin may ayınadək faktiki olaraq Eyvazın himayəsində olmuşlar. Lakin cəzasını çəkib qurtardıqdan sonra 4 ildir ki, uşaqlar onun yanındadırlar. Cavabdehin İİ dəfə nikaha girməsindən xəbəri vardır. Hazırda, öz uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, özü gözəllik salonunda işləyir və maddi vəziyyəti ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması və digər səbəblərdən uşaqların gündəlik maddi tələbatını lazımınca ödəyə bilmir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə 02.02.2005-ci il tarixdə el adəti ilə toy edib faktiki ailə qurmuşlar və 29.05.2007-ci il tarixdə Baltalı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü X9 və 17.08.2008-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Bildirdi ki, o, ikinci dəfə nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan da 2018 və 2019-cu illərdə anadan olmuş 2 azyaşlı uşaqları vardır. Göstərmişdir ki, daimi yaşayış yeri Şəki rayonunun Baltalı kəndidir. Qeyd etmişdir ki, kənddə iş olmadığından Bakı şəhərinə gedərək orada avtoyuma məntəqəsində işləyir. Aylıq gəliri 250-300 manat təşkil edir. Bəzən Bakı şəhərində, bəzən də Şəki rayonu, Baltalı kəndində qalır. Uşaqları ilə arada-bir görüşür. Birinci nikahdan olan uşaqlar 4 ildir ki, anasının yanındadırlar. Uşaqların saxlanılması üçün hər uşağa 50 manat məbləğində aliment ödəməyə imkanı çatar. Maddi vəziyyəti elə də yaxşı deyil, uşaqlarına gücü çatan qədər maddi dəstək vermiş, indi də verir. Həmçinin uşaqlar yay aylarında 1-2 ay gəlib Baltalı kəndində onun yanında qalıb istirahət edirlər. İkinci nikahdan olan uşaqları hələ körpədirlər. Onlara baxmaqda belə çətinlik çəkir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan AZ-İ 895085 və AZ-İİ-160413 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X4r. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 2(075)-398/2014 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə cavabdeh Hüseynova (Həbibullayevə) Esrmira Akif qızı arasında bağlanmış 29 may 2007-ci il tarixli, 01 nömrəli nikahın pozulması, tərəfiərin uşaqları olan-07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X8 anaları Hüseynova (Həbibullayevə) Esmira Akif qızının himayəsində saxlanılmaları qət edilmişdir. İşdə olan AZ-İİ 373255 seriya nömrəli nikah haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 30 mart 2020-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 133 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan AZ-İV 450191 və AZ-İV 450189 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 12 avqust 2018-ci il təvəllüdlü X10 və 07 dekabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X6r. İşdə olan 07 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh avtomobillərə xidmət stansiyasında köməkçi fəhlə işləyir və aylıq əmək haqqısı 250 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 29.05.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə cavabdeh Hüseynova (Həbibullayevə) Esrnira Akif qızı arasında bağlanmış 29 may 2007-ci il tarixli, 01 nömrəli nikahın pozulması, tərəfiərin uşaqları olan-07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X8 anaları Hüseynova (Həbibullayevə) Esmira Akif qızının himayəsində saxlanılmaları qət edilmişdir. Nikah pozularkən uşaqların saxlanılması üçün aliment müəyyən edilməmişdir. Cavabdeh ikinci dəfə nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan da 12 avqust 2018-ci il təvəllüdlü X10 və 07 dekabr 2019-cu il təvəllüdlü X7 adlı 2 azyaşlı uşaqları vardır. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan da iki uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 25 may 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 07 may 2007-ci il təvəllüdlü X12 və 17 avqust 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 25 may 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar