Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1285/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: xxx qızının iştirakları ilə, İddiaçı cavabdeh xxx qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan aliment məbləğində dəyişiklik edilərək onun əmək haqqının 1/3 hissəsində, yəni hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh xxx qızı ilə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2007-ci il tarixdə X2 və xx xxxx 2013-cü il tarixdə Kərimli Ömər Qafqaz oğlu adlı uşaqları anadan olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(075)- 2156/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq xxx qızına verilməsi qərara alınmışdır. Qərardan uzun müddət keçmişdir. Bu günə kimi aliment məbləği vaxtı-vaxtında ödəmişdir. Halhazırda Şəki Rayon Mərkəzi xəstəxanasında bağban işləməklə 360 manat əmək haqqı alır. Özü ağır əməliyyat keçirmişdir. Sağlamlıq qabiliyyətini tamamilə itirmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh xxx qızı məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2007-ci il tarixdə X2 və xx xxxx 2013-cü il tarixdə Kərimli Ömər Qafqaz oğlu adlı uşaqları anadan olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(075)- 2156/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qət edilmiş alimentlə uşaqların tələbatlarının yalnız cüzi bir hissəsi ödənilməsi mümkündür. Bundan başqa uşaqların tələbatları da artmışdır. İddiaçı isə bir ata kimi uşaqlarına əlavə heç bir köməklik göstərmir. İddiaçı ona qarşı qaldırdığı hazırkı iddia tələbi tam əsassızdır. Bu səbəbdən də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(075)-2156/2018 saylı qətnaməsinin surətindən görünür ki, Kərimova (Hümmətova) Suqra Yadigar qızı ilə İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış 07 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlu anaları Kərimova (Hümmətova) Suqra Yadigar qızının himayəsində saxlanılmaları, onların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq Kərimova (Hümmətova) Suqra Yadigar qızına verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı cavabdeh X1 ilə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuşdur. Onların birgə nikahdan xx xxxxxx 2007-ci il tarixdə X2 və xx xxxx 2013-cü il tarixdə Kərimli Ömər Qafqaz oğlu adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(075)-2156/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq Kərimova (Hümmətova) Suqra Yadigar qızına verilməsi qət edilmişdir. İddiaçı aylıq qazancının 360 manat olduğunu, qazancının 1/3 hissəsinin iki uşağın saxlanması üçün kifayət etdiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 360 manat maaş aldığını, cəmi 200 manat aliment tutulduğunu göstərmişdir. Göründüyü kimi məhkəmə tərəfindən İddiaçı tutulmalı alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində mənfi dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikasında 2020-ci ilin yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2020-ci il uşaqlar üçün 170 manat yaşayış minimumu müəyyən olunmuşdur. İddiaçı Cavabdeh xeyrinə qət edilən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumuna münasibətdə azdır. Ona görə də İddiaçı təyin edilmiş alimentin azaldılması barədə dedikləri məhkəmə tərəfindən qət edilmiş alimentin azaldılması üçün əsas ola bilməz. Məhkəmə uşaqların böyüdükcə artan tələbatlarını İddiaçı uşaqların saxlanılmaları üçün artan tələbatın ödənilməsində iştirakının məcburiliyini nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdeh xxx qızına qarşı «aliment tələbinin azaldılması» tələbinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü Kərimli Ömər Qafqaz oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan aliment məbləğində dəyişiklik edilərək onun əmək haqqının 1/3 hissəsində, yəni hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat həcmində müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1285/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1285/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver