Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1286/2021 11.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Yunis oğlunun cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Yunis oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun arasında Şəki rayonu Çolaxlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilməlidir. İşdə olan 11 iyun 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Yunis oğlunun cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı Şəki Rayon Məhkəməsinə ünvanladığı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsinin qoşma hissəsində iddia ərizəsinin surəti, dövlət rüsumunun ödənilməsinə dair qəbz, şəxsiyyət vəsiqəsinin surəti, alqı-satqı ilə bağlı qəbz, torpağa və evə dair sənəd, cavabdehlerin iddia ərizəsinin surəti qeyd edilsə də heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi İddiaçı Yunis oğlu cavabdehlərlə onun arasında Şəki rayonu Çolaxlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etsə də, iddia ərizəsinə 10 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı Yunis oğluna göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 265- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Yunis oğlunun cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1286/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1286/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver