Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1302/2020 26.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə və üçüncü şəxs “X2 Mərkəzi” MMC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mübahisə predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməklə onlara qaytarılması”tələbinə dair iddiaərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməklə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə, onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddia ərizəsinə nəzər saldıqda müəyyən olunur ki, MPM-nin 35.2 və 149-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı iddia ərizəsindən görünür ki, ərizədə cavabdehlərin və üçüncü şəxsin adları qeyd edilsə də, onların hüquqi ünvanları göstərilməmişdir. Halbuki, MPM-nin 149.2.2-ci maddəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarının qeyd edilməsi göstərilmişdir. Hansı ki iddiaçı buna əməl etməmişdir. Bundan başqa iddia tələbindən göründüyü kimi iddiaçı Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməklə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ünvanını, ipoteka müqaviləsinin nömrəsi və tarixini dəqiq olaraq göstərməyərək qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Bununla da MPM-nin tələblərinə riayət etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin icraata qəbul edilməsi qeyd edilən tələblə bağlı sübutların əldə edilməsi üçün sorğuların verilməsinə imkan vermir. Bu isə vaxt itkisinə və sonda tərəflərin narazılığa səbəb ola bilər. Buna görə də məhkəmə iddiaçıya gələcəkdə təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələblərini dəqiqləşdirməsini və iddia ərizəsini də həmin tələbə uyğun tərtib etməsini tövsiyyə edir. Həmçinin iddia ərizəsinin tələb hissəsinə nəzər yetirdikdə aydın olur ki, iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsinə və mübahisə predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsinə yönəlmişdir. Bu isə Cavabdeh2nə və üçüncü şəxs “X2 Mərkəzi” MMC-nə deyil, birbaşa Cavabdeh1 ASC-nə yönəldiləcək bir tələbdir ki, Cavabdeh1 ASC ləğv prosesində olduğundan, iddia tələbi hüquqi şəxs olan Cavabdeh1 ASC-nə yox, onun ləğv edicisi olan “X1”na qarşı ünvanlanmalıdır. “X1”nun hüquqi ünvanı isə Bakı şəhəri, Bül-bül prospekti, 40-dır. Məhkəmə həmçinin iddia tələbində Cavabdeh2 cavabdeh və “X2 Mərkəzi” MMC üçüncü şəxs qismində göstərilsə də, həmin prosessual şəxslərin iddia tələbi ilə hər hansı bir əlaqəsi yoxdur. Yəni iddiaçı Cavabdeh2 formal olaraq cavabdeh qismində qeyd etməklə iddiaya Şəki rayon məhkəməsində baxılmasına nail olmağa çalışmışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının tələbi “ipoteka müqaviləsinə xitam verilməsi və mübahisə predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi” olduğundan məhkəmə hesab edir ki, Cavabdeh2 formal olaraq cavabdeh qismində işə cəlb edilmişdir. Bundan başqa maraqlı şəxs “X2 Mərkəzi” MMC-nin də hüquqi ünvanı Bakı şəhərindədir. Bütün yuxarıda şərh edilənlərə əsasən iddia ərizəsi Cavabdeh1 ASC-nin ləğv edicisi olan “Azərbaycan X1”nun hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci madəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə və üçüncü şəxs “X2 Mərkəzi” MMC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mübahisə predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməklə onlara qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1302/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1302/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver