Məhkəmə qərarları › İş №2(075)-1325/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1325/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1325/2020 01.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X6 hər ay onların yetkinlik yaşına çatanadək saxlanmasına görə Cavabdeh aylıq əmək haqqından və digər gəlirlərindən (qazancından) 70 (yetmiş) faizi miqdarda aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, X7 Cavabdeh ilə xx xxxxxx 2016cı il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. xx xxxxxx 2018-ci il təvəllüdlü X9 və xx xxxxxx 2020-ci il təvəllüdlü X10. Birlikdə yaşadıqları dövr ərzində qarşılıqlı ailə münasibətləri tam normal olmuşdur. Lakin bir müddət qabaq Gəncə şəhər Kəpəz rayonunda Zeynəb adlı övladları olduqdan sonra iddiaçını gətirib kəndə Şəki rayonu Əlyar kəndinə qoymuş və Cavabdeh isə xidmət etdiyi Göygöl rayonu Toğanalı kəndinə qayıtmışdır. Cavabdeh hərbi hissəyə qayıtdıqdan sonra İddiaçı ilə münasibətləri korlanmış, Aymina və Zeynəbin saxlanma xərclərində iştirak etməkdən imtina etmişdir. Belə ki, cavabdeh hərbiçidir və onun kifayət qədər əmək haqqı və digər gəlirləri vardır. Lakin cavabdeh isə ailənin saxalanmasında iştirak etmək istəmir. İddiaçının heç bir gəliri yoxdur. 2020-ci il tarixdə doğulmuş uşağın isə kifayət qədər gündəlik xərcləri vardır. Belə olan halda iddiaçı uşaqların saxlanması, onların gündəlik tələbatının və gündəlik xərcləri ilə bağlı Cavabdeh alimentin tutulmasına dair məhkəmədə məsələ qaldırmaq məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasınagəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək bildirmişdir ki, arvadı X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları X5 və X6 hər ay onların yetkinlik yaşına çatanadək saxlanılmasına görə onun aylıq əmək haqqından və digər aylıq qazancımın 70 (yetmiş) faizi miqdarının aliment şəklində tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, özü hərbiçidir və arvadı İddiaçı pul göndərə bilmir. Hesab edir ki, aylıq qazancının 70 (yetmiş) faiz miqdarının tutulması ona qarşı ədalətsiz olardı. Odur ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X6 hər ay onların yetkinlik yaşına çatanadək saxlanmasına gorə onun (Cavabdeh) aylıq əmək haqqından və digər gəlirlərinin 60 (altmiş) faizi miqdarda aliment tutularaq arvadı İddiaçı verilməsinə etiraz etmir və 60 (altmiş) faizi miqdarına uyğun qətnamə çıxarılmasını xahiş edir. İşdə olan AZ-İİ 116002 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X11 arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İV 085823 və AZ-İV 405842 seriya nömrəli doğum haqqında şəhadətnamələrinnin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X6 atasıCavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçınınnümayəndəsinin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X12 və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı tərəf iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: -76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; -76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; -76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. -76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, İddiaçı uşaqların saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X12 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Qanunvericiliyin yuxarıda şərh edilən normasına əsasən aliment tutulmalı olan valideyindən iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. İddiaçının izahatı, həmçinin Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədən aydın olur ki, o, “N” saylı h/h-də hərbiçi işləyir. Buna gödə də məhkəmə alimentin cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsinə yönləndirilməsini məqsədəmüvafiq hesab edir. İşin araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin aylıq əmək haqqından və digər gəlirlərindən (qazancından) 70 (yetmiş) faizi miqdarda aliment tutularaq ona verilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizədə hərbiçi işlədiyini və aylıq əmək haqqından və digər gəlirlərindən (qazancından) 60 (altmış) faizi miqdarda aliment tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh iddianı tam olaraq qəbul etmir. Həmçinin Ailə Məcəlləsinə görə aliment məbləğinin aliment ödəməli olan valideyinin aylıq əmək haqqından və digər gəlirlərindən (qazancından) hər hansı faiz miqdarında aliment müəyyən edilməsi nəzərdə tutulmamış, belə bir hal isə mövcud qanunvericiliyə ziddir. Belə ki, qanunvericiliyə əsasən aliment qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin bir hissəsi və ya sabit məbləğdə müəyyən edilə bilər. Bundan başqa müəyyən olunur ki, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində 60 (altmış) faizi miqdarda aliment tutularaq iddiaçıya ödənilməsinə razılıq bildirməklə iddianı qismən qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia etiraf edildikdə həm iddiaçı həm də cavabdeh məhkəmə iclas protokolu ilə tanış olaraq onu imzalamalıdırlar. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun məhkəmə iclas protokolu ilə tanış olaraq onunla razılaşmasını müəyyən etmək də mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X12 və xx xxxxxx 2020-ci il təvəllüdlü X6yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment alınaraq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından və qanuna zidd olduğundan təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2018-ci il təvəllüdlü X12və xx xxxxxx 2020-ci il təvəllüdlü X6yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar