Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1327/2020 09.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və və ipoteka qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi və əmlakın yüklülükdən azad edilməklə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan, Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, X3 əsas borc öhdəliklərinin təminatı kimi onunla Cavabdeh1 ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borc ödənilmədiyindən əmlak hərraca çıxarılmış, lakin əmlak hərracda satılmamış və tələbkar tərəfindən də alınmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X5 Cavabdeh1 ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Eyni zamanda həmin müqavilənin təminatı kimi onun mülkiyyətində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. X1 borc öhdəliklərini icra etməmiş, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən X2 165143 manat məbləğində əsas, 34169,16 manat məbləğində faiz, həmçinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ona məxsus əmlaka yönəldilməsi qət edilmişdir. İpoteka predmeti “X4 Mərkəzi” tərəfindən iki dəfə hərraca çıxarılmış, daha sonra tələbkara təklif olunmuşdur. Lakin tələbkar LPO Cavabdeh1 ASC ipoteka predmetini almamış, əmlak satılmamış hesab edilərək icra şöbəsinə qaytarılmışdır. Bundan sonra icra sənədi icrası mümkün olmayan hesab edilərək məhkəməyə qaytarılmışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyətində olan əmlak üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti yüklülükdən azad edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X12 bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi xx xxxx 2019-cu il tarixdə icraatına daxil olmuşdur. İcra sənədinə əsasən X2 xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq “X14” MMC-nin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X6 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X18 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və “X14” MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X7 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X18 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apelyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilən əmlakların açıq hərracda satışının təşkil edilməsi məqsədi ilə tərəfindən xx xxx 2019-cu il tarixdə “X4 Mərkəzi” MMC-yə hərrac sifarişi göndərilmiş, “X4 Mərkəzi” MMC xx xxxx 2020-ci il tarixli məktubla Cavabdeh2nə müraciət edərək hərrac zamanı alıcı olmadığı üçün əmlakların satılmadığını bildirmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinin icrası mümkün olmamış, xx xxxxxx 2020-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh LPO Cavabdeh1 ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 Mərkəzi” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, icra sənədinə əsasən X2 xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq “X14” MMC-nin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X6 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X18 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və “X14” MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X7 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X18 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apelyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan Cavabdeh2 xx xxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin xx xxx 2019-cu il tarixli, 573 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satışının xx xxxx 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin xx xxxx 2019-cu il tarixli, 656 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 23800 manat məbləğində müəyyən edilməklə açıq hərracdan təkrar satışının xx xxxx 2019-cu il tarixdə, saat 11:00da keçirilməsi ilə bağlı elan verilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” MMC tərəfindən Cavabdeh2nə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 226 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin hərrac zamanı alıcısı olmadığı üçün əmlak satılmamış, qanunvericiliyə müvafiq qərar qəbul edilməsi üçün qaytarılmışdır. İş materiallarında olan Cavabdeh2 icra məmuru X8 “icrası mümlün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi icrası mümkün olmadığından geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci ilə İddiaçı xüsusi mülkiyyətində olan, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan götürülmüş vəsait hesabına X3 LPO “xxxxxxxx” ASC-yə olan kredit borclarının, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumlarının ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi qət edilmiş, xx xxxxxx 2019-cu il tarixdə qətnamə icra edilməsi üçün Cavabdeh2nə göndərilmiş, “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclar zamanı Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi satılmamış və iş qanunvericiliyə uyğun olaraq Cavabdeh2nə qaytarılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il qərarında əksini tapmışdır. Qeyd edilən qərarda deyilir: bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Göründüyü kimi “X4 Mərkəzi” MMC tərəfindən təkrar hərrac keçirildikdən 30 gün müddətində ipoteka saxlayan LPO Cavabdeh1 ASC ipoteka predmetini əldə etməmiş, ipoteka qoyan hazırkı iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 227.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilsin və həmin ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1327/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1327/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver