Məhkəmə qərarları › İş №2(075)-1328/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1328/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1328/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh bütün növ qazancından sabit pul məbləğində 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən az olmamaq şərti ilə bir uşağa görə 170 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, iddiaçı ilə cavbdeh Cavabdeh ailə quraraq Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kəndindəki nümayəndəliyində xx xxxxxx 2010-cu il tarixdə nikahları bağlanmışdır. Birgə nikahlarından tərəflərin xx xxxx 2015-ci il təvəllüdlü X11 oglu anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan cavabbdeh Cavabdeh ailəsinə olan biganəliyi və qaynanasının ailəyə olan müdaxiləsi səbəbi ilə münasibətləri pisləşmişdir. İddiaçı dəfələrlə cavabdehə ailəsinə diqqət və qayğı göstərməyi xahiş etsə də bir faydası olmamışdır. Bu səbəbdən ailə münasibətlər pisləşmiş və aralarında olan nikah əlaqələri faktiki olaraq pozulmuşdur. Münasibətləri pozulsa da, nikahlarının pozulmasını istəmir. O cümlədən uşaqların yaşayış yeri, saxlanması, tərbiyyə olunması və təhsil alınası barədə cavabdehlə aralarında razılaşma olmasa da, uşağın iddiaçıya olan bağlılığı və nəhayət ana nəvazişinə və qayğısına ehtiyacı olduğu üçün uşaq iddiaçı ilə birlikdə cavabdehdən ayrı yaşayır. İddiaçı işləmədiyi üçün azyaşlı kimi uşağın qidalanmasını, geyimini və təmizlənməsini təmin etməkdə maddi yardıma ehtiyacı var. Lakin ailə münasibətlərində yaşadıqları müddətdə bir dəfə də olsun oğlunun qidası, inkişafı və tərbiyəsi üçün şərait yaratmayan və ya maraqlanmayan cavabdeh könüllü olaraq oğluna maddi yardım göstərmir. Həmçinin cavabdeh X7 fərdi əməklə məşğul olur, onun aylıq gəliri 1700 manatdan yüksək olsa da, dəqiq gəliri barədə hal-hazırda məhkəməyə sübut təqdim edə bilmir. Tərəflərin birgə yaşadıqları müddətdə cavabdehin maddi vəziyyəti daima yaxşı olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasınagəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ 570167 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydiyyat alınmışdır. Nikahdan sonra arvada Orucova soyadı verilmişdir. İşdə olan AZ-İİİ 516555 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2015-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X3r. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkili) izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh Nəsir oğlu ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2015-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək iddiaya qarşı heç bir münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxx 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 140 (bir yüz qırx) manat manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh Nəsir oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar