Məhkəmə qərarları › İş №2(075)-1383/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1383/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1383/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçıCavabdeh Abdurahman qızına qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdurahman qızının gəlin gələrək özü gətirdiyi əlavə etdiyi siyahıda göstərilən cehiz əşyalarının gəlin düşdüyü evdən çıxarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdehin adı qeyd edilsə də, onun qeydiyyat ünvanı kimi isə Şəki rayonu göstərilmişdir. Göründüyü kimi iddiaçı MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adlarını və onların poçt ünvanlarını dəqiq göstərməli olduğu halda cavabdehin ünvanını qeyri-müəyyən olaraq Şəki şəhəri kimi göstərmişdir. Belə ki, Cavabdeh Abdurahman qızının Şəki şəhərində hansı ünvanda qeydiyatda və yaşaması ilə bağlı hər hansı poçt ünvanı göstərməmiş və cavabdehin həmin ünvanda qeydiyyatda olmasına dair hər hansı arayışını (maps) işə əlavə etməmişdir. Belə olan halda məhkəmə iddianı icraata qəbul edə bilməz. Çunki hazırki vəziyyətdə işin icraata qəbul edilməsi aidiyyat qaydalarının pozulmasına və cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmamasına səbəb ola bilər. Bundan başqa iddiaçı MPM-nin 149.2.3-cü maddəsinin də tələblərinə əməl etəmişdir. Belə ki, iddiaçı evdən çıxarılmasını tələb etdiyi əmlakları əlavə siyahıda göstərsə də, sözügedən əşyaları dəqiq olaraq iddia tələbində göstərməmişdir. Məhkəmə hesab edir ki, evdən çıxarılmalı olan əmlaklar iddia tələbində dəqiq göstərilməlidir. Çünki məhkəmə iddiaçı tərəfindən irəli sürülən iddia tələbi üzrə işə baxır. Halbuki MPM-nin 149.2.3-cü maddəsinə əsasəniddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb dəqiq və aydın olmalıdır. Bütün yuxarıda şərh edilənlərə əsasən iddia ərizəsi MPM-nin 35.2 və 149-cu maddələrinin tələbləri pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh Abdurahman qızına qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar