Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1471/2020 13.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsi inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2020- ci il təvəllüdlü Ayxan İsmayılovun saxlanılması üçün 18 yaşına kimi hər ay 170 manat olmaqla alimentin və uşaq 3 yaşına çalanadək ona maddi köməklik göstərilməsi üçün hər ay 100 manat olmaqla alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, iddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında olan nikah Şəki ŞİHBnın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyində rəsimləşmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü uşaqları Ayxan İsmayılov dünyaya gəlmişdir. Tərəflər əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də taktiki ayrılmışlar. Hal-hazırda nikahları formal xarakter daşıyır. İddiaçı 2020ci ilin fevral ayından öz valideyinlərinin yanında yaşayır. Cavabdeh isə uzun müddətdir ki, işi ilə bağlı olaraq Türkiyə Cümhuriyyətində yaşayır. Cavabdeh birgə nikahdan dünyaya gəlmiş uşağı ilə nə doğum vaxtı, nə də ki, onun saxlanması xərcləri ilə maraqlanmır. Məhz, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Birgə nikahdan dünyaya gəlmiş uşaq hal-hazırda iddiaçının himayəsindədir və körpə uşaqdır. Körpə bir uşağın 1 yaşına kimi xərcləri daha çox olur. Onun vaxtı-vaxtında peyvəndlərinin vurulması, müayinələri və s. kimi xərcləri mövcuddur. Cavabdeh Türkiyə Cümhuriyyətində işləyir. Cavabdehin aylıq qazancı qeyri-müntəzəm, dəyişkən olduğundan iddiaçı alimenti sabit pul məbləğində tələb edir. İddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi X6 izahat verərək göstərdi ki, cavabdeh, iddiaçı ilə xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında olan nikah Şəki ŞİHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyində rəsimləşmişdir. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Ayxan İsmayılov dünyaya gəlmişdir. Əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də taktiki ayrılmışlar. Qeyd etmişdir ki, cavabdeh ailə qurduqdan sonra iddiaçını da özü ilə Türkiyəyə aparmış və bir müddət orada yaşamışlar. Bildirmişdir ki, cavabdeh Türkiyə Respublikasında oxuyur və hazırda həkim kimi uzmanlığa daxil olmuş və işləmir. Cavabdehin özünə də o pul göndərir. Həmçinin təyin ediləcək aliment məbləğini də o ödəyəcəkdir. Odur ki, tərəflərin birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat aliment təyin edilməsinə razıdır. Lakin iddianı qalan hissədə qəbul etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan 05/Q-1246/70 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Cavabdeh və X7 arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydiyyat alınmışdır. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşdə olan AZ-İV 472987 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2020-ci il təvəllüdlü X5 atasıCavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehinizahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, İddiaçı uşaqlarıın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxx 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindəniddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il təvəllüdlü X5yetkinlik yaşına çatanadək saxlanılması üçün hər aysabit pul məbləğində150manat və İddiaçı uşağın 3 (üç) yaşınadək saxlanılması üçün maddi cəhətdən kömək edilməsi ilə bağlı hər ay 30 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat və İddiaçı uşağın 3 (üç) yaşınadək saxlanılması üçün maddi cəhətdən kömək edilməsi ilə bağlı hər aysabit pul məbləğində 30 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1471/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1471/2020
13.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver