Məhkəmə qərarları › İş №2(075)-1478/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1478/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1478/2020 23.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Ələfsər oğlunun, Cavabdeh X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1429/2020 nömrə ilə qeydiyyata alınmış X1nın cavabdehlər X6, X8 və İddiaçı Ələfsər oğluna qarşı “əmlak” tələbinə dair iddiası və Şəki Rayon Məhkəməsində 2(075)-1478/2020 nömrə ilə qeydiyyata alınmış iddiаçı İddiaçı Ələfsər oğlunun cavabdeh X3 qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dаir mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 cavabdehlər X6, X8 və İddiaçı Ələfsər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13227.30 (on üç min iki yüz iyirmi yeddi manat otuz qəpik) manat dəyərində əmlakın naturada, olmadıqda dəyəri 13227.50 (on üç min iki yüz iyirmi yeddi manat otuz qəpik) inanalı, 50 manat dövlət rüsumu, qiymətləndirməyə ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 300 manatın cavabdeh X4 alınaraq ona verilməsi barədə qətnamə çıxarilmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxxxx 2020-ci il tarixdə, 2(075)- 1429/2020 nömrə ilə qeydiyyata alınmış, işin hazırliq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş və məhkəmə baxış iclası bu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Eyni zamanda iddiаçı İddiaçı Ələfsər oğlu cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 gəlin gələrkən özü gətirdiyi cehiz əşyalarının gəlin düşdüyü evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxxxx 2020-ci il tarixdə, 2(075)- 1478/2020 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclası zamanı 2(075)-1429/2020 nömrə ilə qeydiyyata alınmış mülki işin hakim Pərviz Hacıyevin icraatında olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İddiaçı Ələfsər oğlu məhkəmə iclasında bildirdi ki, hər iki iddia bir-biri ilə bağlıdır və onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Buna görə də hər iki iddianın bir icraatda birləşdirilərək baxılmasına etirazının olmadığını bildirdi. Cavabdeh X5 məhkəmə iclasında iki iddianın bir icraatda birləşdirilərək baxılmasına etirazının olmadığını bildirdi. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, mülki proses tərəflərinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1429/2020 nömrə ilə qeydiyyata alınmış X1nın cavabdehlər X6, X8 və İddiaçı Ələfsər oğluna qarşı “əmlak” tələbinə dair iddiası və Şəki Rayon Məhkəməsində 2(075)-1478/2020 nömrə ilə qeydiyyata alınmış iddiаçı İddiaçı Ələfsər oğlunun cavabdeh X3 qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dаir mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-1429/2020 nömrə ilə qeydiyyata alınsın. İşə tərəflərin iştirakı ilə baxılsın və proses Azərbaycan dilində aparılsın. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar