Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1522/2021 05.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması hissəsində dəyişdirilməsi və qazanc hissəsi ilə tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)-2313/2018 saylı qətnaməsinə əsasən, alimentin sabit pul məbləğində tutulmasında üsulu dəyişdirərək, ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı gəlməmişdir. Lakin İddiaçı iddia ərizəsinə vəsatət əlavə edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)-2313/2018 saylı qətnaməsinə əsasən, ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat miqdarında alimentin sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Qətnamə qüvvəsini almışdır. İcra məmuru onun əmək haqqının 70% faiz miqdarında pul tutur. Məhkəmə tərəfindən ondan alimentin sabit pul məbləğində tutulmasının əsası daimi iş yerinin olmaması olmuşdur. Özü yeni nikaha daxil olmuşdur. Yeni nikahdan bir övladı var. O, bir ata kimi onun da qarşısında öhdəlik daşıyır. Hal-hazırda işləyir və stabil əmək haqqı alır. Birinci və ikinci nikahdan olan övladlarına alimentin göstərilən məbləğdə ödənilməsi hazırkı kiçik övladının ağır maddi vəziyyətə düşməsi deməkdir. Hal-hazırda "xxxx" ASC-də işləyir və əmək haqqı 250 manat təşkil edir. Ondan sabit pul məbləğində alimentin tutulması, yeni uşağının, yoldaşının və onun da yaşamaq üçün vəsaitsiz olmağına gətirib çıxarır. Hazırda stabil əmək haqqı aldığı üçün aliment artıq qazanc hissəsi ilə tutulmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə 03 oktyabr 2015-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 11 avqust 2016-cı il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)-2313/2018 saylı qətnaməsi ilə 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qət edilmiş alimentlə uşağın tələbatlarının yalnız cüzi bir hissəsinin ödənilməsi mümkündür. Bundan başqa uşağın tələbatları da artmışdır. İddiaçı isə bir ata kimi uşağına əlavə heç bir köməklik göstərmir. Hətta təyin edilmiş alimenti belə vaxtı-vaxtında ödəmir. Hazırda iddiaçının 4000 manatadək yığılmış aliment borcu var. Həmçinin, alimentin artırılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Övladını saxlamaq bir ata kimi iddiaçının vəzifəsidir. Odur ki, İddiaçı ona qarşı qaldırdığı hazırkı iddia tələbi tam əsassızdır. Bu səbəbdən də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)- 2313/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 oktyabr 2015-ci il tarixdə bağlanmış 2437 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 11 avqust 2016-cı il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından 11 avqust 2016-cı il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)-2313/2018 saylı qətnaməsi tərəflər arasındakı nikah pozularaq ilə 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı aylıq qazancının 250 manat olduğunu, qazancının 1/3 hissəsinin bir uşağın saxlanması üçün kifayət etdiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində yenidən nikaha daxil olduğunu, 250 manat maaş aldığını, maaşının 70%-dən aliment tutulduğunu göstərmişdir. Göründüyü kimi məhkəmə tərəfindən İddiaçı tutulmalı alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində mənfi dəyişiklik baş verməmişdir. Bundan başqa iddiaçının aylıq qazancının 1/3 hissəsi təxminən 83 manat təşkil edir. Azərbaycan Respublikasında 2021-ci ilin yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il uşaqlar üçün 175 manat yaşayış minimumu müəyyən olunmuşdur. İddiaçı Cavabdeh xeyrinə qət edilən hər ay 154 manat sabit pul məbləğində aliment Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumuna münasibətdə azdır. Ona görə də İddiaçı təyin edilmiş alimentin azaldılması barədə qeyd etdikləri məhkəmə tərəfindən qət edilmiş alimentin azaldılması üçün əsas ola bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, yenidən nikaha daxil olmaqla sabit maaş alması və başqa gəlir yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşaqların böyüdükcə artan tələbatlarını, İddiaçı uşaqların saxlanılmaları üçün artan tələbatın ödənilməsində iştirakının məcburiliyini nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması hissəsində dəyişdirilməsi və qazanc hissəsi ilə tutulması» tələbinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(006)- 2313/2018 saylı qətnaməsinə əsasən, alimentin sabit pul məbləğində tutulmasında üsulu dəyişdirərək, ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1522/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1522/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver