Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1554/2020 04.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2010cu il tarixdə qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan Muradov Məhəmməd adında uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və hazırda faktiki olaraq ayrılmışlar. Hesab edir ki, o bir ana kimi, cavabdeh də bir ata kimi uşağın saxlanılmasında iştirak etməlidir. Bu səbəblə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Lakin İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, səhhəri ilə bağlı məhkəmədə iştirak edə bilmir. Onun iştirakı olmadan məhkəmənin onsuz aparılarılmasını xahiş edir. İfadəsini təsdiq edir. Boşanmağa razıdır. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddiasını qəbul edir. Nikahın pozulmasına razıdır. Aliment ödəmək istəmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ 548091 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Əliyeva Zöhrə Etibar qızı arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 716952 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı cavabdehlə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından bir uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuş, faktiki olaraq ayrı yaşayırlar. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etmiş və nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 22.2, 22.2.1, 22.2.2, 75.1, 75.4, 78.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə tərəflərin birgə nikahdan olan uşağın valideynlərindən hansının himayəsində qalması məsələsini müzakirə edərkən uşağın yetkinlik yaşına çatmamasını, ana nəvazişinə ehtiyacının olmasını, uşağın faktiki olaraq ananın yanında olmasını, cavabdehin buna etirazının olmamasını nəzərə alaraq onun iddiaçı anasının yanında qalmasını məqsədə müvafiq hesab edir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə cavabehin qazancı barədə heç bir sənədin təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı və aliment sabit pul məbləğində müəyyən edilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmalı, onların birgə nikahdan olan uşaqları iddiaçı olan anasının yanında saxlanılmalı və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq iddiaçıya verilməli, aliment tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat rüsumu onun özünə aid edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdehnın arasında xx xxxxxx 2010-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 05 №-li nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşağı - xx xxxxxx 2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılsın. xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat rüsumu onun özünə aid edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1554/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1554/2020
04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver