Məhkəmə qərarları › İş №2(075)-1578/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1578/2020

12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1578/2020 12.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruzoğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “aliment borcunun ailinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr ayının 15-dən X1 üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(075)- 2927/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 100 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(075)-2927/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində alimentin silinməsini xahiş etsə də, iddia tələbində həmin qətnamə üzrə yığılmış məbləğ barədə hər hansı bir fikir bildirməyərək qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Həmçinin iddia tələbi 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda iddiaçı qanunvericiliklə nəzərə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslini iddia ərizəsinə əlavə etməmişdir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “aliment borcunun ailinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar