Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1652/2020 27.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh X6 ilə xx xxxxxxx 2011-ci il tarixdə qeyri-rəsmi ailə həyatı quraraq birlikdə X5 vilayətinin Velikiy Novqorod şəhərinə getmiş və x xxxx 2015-ci il tarixədək orada yaşamışlar. xx.xx.2012-ci il tarixdə X7 adlı uşaqları olmuşdur. x xxxx 2015-ci il tarixdə cavabdehlə Azərbaycana gəlmiş, həmin vaxt cavabdeh onu və uşağı ünvan 1 ünvanında yerləşən atası evinə qoyaraq yenidən özü Rusiya Federasiyasına getmişdir. Həmin gündən cavabdeh nə onunla, nə də ki, bir ata kimi uşağı ilə maraqlanmamışdır. Özü heç yerdə işləmir. Günü- gündən də övladının təlabatları artır. Belə ki, uşaq normal qaydada qidalanmalı, geyinməli, gəzməli və s. Uşağa təkbaşına baxır, cavabdeh maddi cəhətdən ona köməklik etmir. Belə bir vəziyyətdə uşağa baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasınagəlməmişlər. Lakin İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İ-ДЛ633172 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq və tərcümə edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı cavabdeh X6 ilə xx xxxxxxx 2011-ci il tarixdə qeyri-rəsmi ailə həyatı quraraq birlikdə X5 vilayətinin Velikiy Novqorod şəhərinə getmiş və x xxxx 2015-ci il tarixədək orada yaşamışlar. xx.xx.2012-ci il tarixdə X7 adlı uşaqları olmuşdur. x xxxx 2015-ci il tarixdə cavabdehlə Azərbaycana gəlmiş, həmin vaxt cavabdeh onu və uşağı ünvan 1 ünvanında yerləşən atası evinə qoyaraq yenidən özü Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan tərəflər ayrı yaşayırlar. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək iddiaya qarşı heç bir münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalsı üçün hər ay 150 manat manat sabit pul məbləğində aliment cavabdeh X2 tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment X2 tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1652/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1652/2020
27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver