Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1847/2021 27.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icrası” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı oğlu X1 üçün aylıq 150 manat alimentin ödənilməsi üçün çıxarılmış qərarın məcburi qaydada tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Belə ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. İddiaçı, Cavabdeh azyaşlı oğlu X1 üçün aylıq 150 manat alimentin ödənilməsi üçün çıxarılmış qərarın məcburi qaydada tutulmasının təmin edilməsini xahiş etməklə qeyridəqiq iddia tələbi irəli sürmüşdür. Belə ki, iş materialından görünür ki, sözügedən, yəni Şəki Rayon Məhkəməsinin 2(075)-1352/2020 saylı qətnaməsi 01.10.2020-ci il tarixdə qəbul edilmiş və icra edilməsi üçün Şəki rayonu üzrə İcra Probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 2(075)-1352/2020 saylı qətnaməsilə Cavabdeh azyaşlı X1 üçün aylıq 150 manat alimentin cavabdehdən alınaraq İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsi isə qanunu qüvvəsini aldıqdan sonra məcburi olaraq icraya yönəldilir. İş materiallarına nəzər saldıqda həmçinin müəyyən olunmuşdur ki, qətnamə icraya yönləndirilib, hətta Cavabdeh barəsində axtarış işi də açılmışdır. Göründüyü kimi icra şöbəsinin bütün hərəkətləri 150 manat alimentin məcburi olaraq borcludan alınaraq tələbkara verilməsi istiqamətindədir. Hazırda iddiaçının iddia ərizəsində göstərdiyi tələb icra məmurunun məcburi icra hərəkətləri ilə eyniyyət təşkil edir. Belə olan halda iddiaçıya tövsiyyə edilir ki, o hazırki iddia tələbi ilə məhkəməyə yox, məhkəmə qətnaməsinin icra edilməsi üçün Şəki rayonu üzrə İcra Probasiya şöbəsinə müracət etməlidir. Bundan başqa iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməyərək iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, onun yenidən eyni tələb üzrə məhkəməyə müraciət etməsi “işin məhkəmədə baxılmaması əsası ilə xitamına” əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1847/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1847/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver