Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-211/2021 10.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdehlər X16 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmasının etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət X17 tərəfindən xx xxxxx 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, KOD 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,50 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər X16 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2002-ci tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) X13 göstərdi ki, Dövlət X17 tərəfindən xx xxxxx 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, KOD 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlər X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 5,50 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdehlər X16 və Cavabdeh2 xx xxxxxx 2002-ci il tarixdə həmin torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 2750 ABŞ dollarına iddiaçıya satmışlar. Bununla bağlı iddiaçının və kəndin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin, cavabdehlər X16 və Cavabdeh2 xx xxxxxx 2002-ci il tarixdə yazdıqları qəbzdə özləri də özlərinə məxsus 5.50 hektar torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 2750 ABŞ dollarına iddiaçıya satdıqlarını, həmin 2750 ABŞ dollarını iddiaçıdan qəbul etdiklərini və bununla bağlı gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Lakin, həmin vaxt tərəflər arasında notarial şəkildə müqavilə bağlanmamışdır. Həmçinin cavabdehlər hələ onlar arasında əqdin bağlanması ilə əlaqədar razılaşma olmadan öncə 2001-ci ildə həmin torpaq sahəsini etibarnamə əsasında istifadə etmək üçün iddiaçıya vermişlər. Hazırda isə həmin torpaq sahəsini iddiaçı öz adına sənədləşdirə bilmir. Hesab edir ki, Dövlət X17 tərəfindən xx xxxxx 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, KOD 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,50 hektar torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı tərəflər arasında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər X16 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı Qaffarov X1 Taxılçılıq şirkətinin direktoru olmuş, o da həmin şirkətdə 1999-cu ildən 2006-cı ilədək mühasib işləmişdir. Bildirmişdir ki, cavabdehləri tanımış, onlar ana-qız olmaqla Turan qəsəbəsində yaşayan ruslar olmuşlar. X16 60-65, Cavabdeh2 isə 35-40 yaşlarında olmuşdur. X10 getmək istədikləri üçün özlərinə məxsus torpaq sahəsini İddiaçı satmaq istəmişlər. İddiaçı cavabdehlərə məxsus torpaq sahəsini hər hektarına 500 ABŞ dolları ödəməklə almış və bu barədə akt tərtib olunmuşdur. Həmçinin 2001-ci ildə Jeludenko Liliya həmin torpaq üzərində iddiaçıya 3 il müddətinə etibarnamə vermişdir. Həmin zaman cavabdeh Jeludenko Liliyanı o, öz avtomobili ilə notariusa aparıb-gətirmiş və sözügedən etibarnaməni almışlar. Daha sonra isə cavabdehlər artıq Rusiya Federasiyasına gedərkən torpaq sahəsini Cəfərə satdıqlarına dair qəbz yazmışlar və özləri imzalamışlar. Bundan başqa cavabdehlər Turan qəsəbəsində olan özlərinə məxsus evlərini də Turan qəsəbə sakini Qabil Abdullayevə satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X8 da şahid X14 ilə eyni məzmunda olan oxşar ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, hər iki tərəfi də yaxşı tanımışdır. X16 və Cavabdeh2 ana-qız olmaqla onların qonşuları olmuşlar. Liliya pensiyaçı olmuşdur. Onun əri və Lenadan başqa övladı olmamışdır. Onlarala yaxşı qonşuluq münasibətləri olmuşdur. X2 getmək istədiklərindən ona evlərini almasını təklif etmişlər. Münasibətləri yaxşı olduğundan evlərinin ona qismət olmasını istəmişlər. Evin rəsmi sənədi olduğundan o, bu təkliflə razılaşmış və həmin evi 2001-ci ildə almışdır. Bildiyinə görə cavabdehlər özlərinə məxsus torpaq sahəsini də Cəfərə satmışlar. Cavabdehlər 2002-ci ilin sonlarında Rusiya Federasiyasına getmişlər. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-282, kod 40401027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,50 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan xx xxxxxx 2002-ci il tarixli əqddən (qəbz) görünür ki, X16 və Cavabdeh2 özlərinə məxsus 5,5 ha torpaq sahəsini hektarı 500 ABŞ dolları olmaqla ümumilikdə 2750 ABŞ dollarına İddiaçı satmışlar. İşdə olan xx xxxxxx 2001-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 bütün əmlakını idarə etməyi, sərəncam verməyi və sair hərəkətləri etməyi 3 il müddətinə İddiaçı etibar etmişdir. İşdə olan İddiaçı, X4, X8, X15 və X12 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, M.Əsədov adına qəsəbə sakini X16 və Cavabdeh2 özlərinə məxsus Şəki rayon Aqrar İslahat Komitəsinin 1998-ci il 18 noyabr tarixli, 59 saylı qərarına əsasən JN-282 nömrəli dövlət aktı ilə verilmiş 5,50 hektar torpaq sahəsini Şəki rayonu, Qayabaşı kənd sakini İddiaçı qarşılıqlı razılaşma əsasında satmışdır. 5,50 hektar torpaq sahəsinin həmin ərazidə olan mövcud bazar qiymətlərinə uyğun olaraq bir hektarı 500 ABŞ dolları olmaqla, 5,50 hektarını 2750 ABŞ dollarına nəğd olaraq onların iştirakı ilə X16 və Cavabdeh2 təcili olduğu üçün vermişdir. Tərəflərin razılığına əsasən sənədləşmə işi lazımi sənədləri hazır olduqdan sonra həyata keçiriləcəkdir və torpaq sahəsinin 5,50 hektar torpaq sahəsinə düşən vergisi M.Əsədov qəsəbə bələdiyyəsinə İddiaçı tərəfindən ödəniləcəkdir. Eyni zamanda qeyd edilən JN-282 nömrəli saylı dövlət aktının orijinal nüsxəsi İddiaçı 5,50 hektar torpaq sahəsi ilə birlikdə müvafiq cizgiləri ilə bələdiyyənin nümayəndəsi tərəfindən təhvil verildi. İşdə olan Turan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/2 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 2002-ci ildə X11 almış olduğu 5,50 ha torpaq sahəsinin vergisini 2020-ci ildə daxil olmaqla tam ödəmişdir. İşdə olan Turan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 02/2 nömrəli arayışdan görünür ki, Şəki rayon X7 1998-ci il 18 noyabr 59 saylı qarırı ilə M.Əsədov (hazırkı Turan qəsəbə) sakini X19 və onun ailə üzvlərinə məxsus 5.50 ha torpaq sahəsinin torpaq vergisi aralarında olan qarşılıqlı alqı-satqı razılaşmasına əsasən Turan qəsəbə bələdiyyəsinə 2002-ci ildən etibarən İddiaçı tərəfindən hər il ödənilir. İşdə olan Şəki ŞİHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 198 nömrəli arayışdan görünür ki, X16 və Cavabdeh2 Anatolievna həqiqətən də hal-hazırda Şəki rayonu Turan qəsəbəsində yaşamırlar. Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-282, kod 40401027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,50 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdehlər X16 və Cavabdeh2 xx xxxxxx 2002-ci il tarixdə həmin torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 2750 ABŞ dollarına İddiaçı satmış və İddiaçı da aldığı torpaq sahəsi ilə bağlı cavabdehlər X16 və Cavabdeh2 2750 ABŞ dolları vermişdir. Həmin vaxt cavabdehlər X16 və Cavabdeh2 satdıqları torpaq sahəsi ilə bağlı dövlət aktının əslini İddiaçı təqdim etmişlər, İddiaçı aldığı torpaq sahəsinin sərhədləri yerində göstərilərək ona təqdim edilmişdir. Bununla bağlı İddiaçı və kəndin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin, cavabdehlər X16 və Cavabdeh2 xx xxxxxx 2002-ci il tarixdə yazdıqları qəbz-əqddə özlərinə məxsus 5,5 hektar torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 2750 ABŞ dollarına İddiaçı satdıqlarını, həmin 2750 ABŞ dollarını İddiaçı qəbul etdiklərini və bununla bağlı gələcəkdə heç bir narazılığının olmayacağını bildirmişlər. Lakin, həmin vaxt İddiaçı ilə cavabdehlər X16 və Cavabdeh2 arasında notarial şəkildə müqavilə bağlanmamışdır. Hazırda isə İddiaçı cavabdehlər X16 və Cavabdeh2 tapa və həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Buna görə də İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı iddiasının əsası kimi cavabdehlər X16 və Cavabdeh2 özlərinə məxsus 5,5 hektar torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 2750 ABŞ dollarına ona satmaları və pulunu alması ilə bağlı qəbz yazdığını, torpağa dair mülkiyyət sənədinin əslinin ona verildiyini, bundan başqa aralarındakı razılaşmadan sonra həmin torpaq sahəsinin ona təhvil verildiyini və bu günədək həmin torpaq sahəsinin onun istifadəsində olduğunu və torpaq sahəsi ilə bağlı torpaq vergisini də özünün ödədiyini bildirir. Beləliklə də, məhkəmə hesab edir ki, X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,5 hektar torpaq sahəsinin İddiaçı satılması ilə bağlı İddiaçı ilə cavabdehlər X16 və Cavabdeh2 arasında xx xxxxxx 2002-ci tarixli razılaşma olmuşdur. Həmin vaxt qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı İddiaçı ilə cavabdehlər X16 və Cavabdeh2 arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilməsə də, həmin torpaq sahəsi və sənədi cavabdehlər X16 və Cavabdeh2 tərəfindən İddiaçı təhvil vermişlər və qeyd olunan torpaq sahəsi həmin vaxtdan indiyədək İddiaçı faktiki istifadəsindədir. Hazırki iddianın predmetinə aid olan Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 5,5 hektar torpaq sahəsi Dövlət X17 tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, kod 40401027 nömrəli dövlət aktına əsasən cavabdehlər X16 və Cavabdeh2 adınadır. Qeyd olunan əmlakın notariat qaydasında İddiaçı adına rəsmiləşdirilməsi üçün hazırki vəziyyətdə cavabdehlər X16 və Cavabdeh2 Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etməsi tələb olunur. Lakin, İddiaçı yaşayış yeri dəqiq olaraq məlum olmadığından cavabdehlər X16 və Cavabdeh2 Notariat Kontorunda iştirakını təmin edə bilmir. Hazırda İddiaçı Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 5,5 hektar torpaq sahəsinin cavabdehlər X16 və Cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödədiyini, lakin cavabdehlər X16 və Cavabdeh2 alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Notariat Kontoruna getməkdən yayındıqlarını bildirərək həmin torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər X16 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2002-ci tarixli alqı-satqı əqdinin etibarlı sayılmasını və bununla bağlı aralarında alqı-satqı əqdinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş edir. İddiaçı ilə cavabdehlər X16 və Cavabdeh2 arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxxxx 2002-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinəəsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar və araşdırılmış faktlar belə bir qənaətə gəlməyə əsas verir ki, cavabdehlər X16 və Cavabdeh2 məxsus olan Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 5,5 hektar torpaq sahəsi cavabdehlər X16 və Cavabdeh2 tərəfindən İddiaçı satılmış, İddiaçı həmin torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Bununla da İddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdə münasibətdə öz öhdəliklərini icra etmişdir. Cavabdehlər X16 və Cavabdeh2 isə üzərlərinə düşən öhdəliyi icra etməmişlər və Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 5,5 hektar torpaq sahəsinin qanunamüvafiq qaydada İddiaçı mülkiyyətinə verilməsini təmin etməmişlər. Həmin tərəflər arasında alqısatqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi məhz cavabdehlər X16 və Cavabdeh2 Notariat Kontoruna getməkdən yayınması ilə əlaqədar baş vermiş, cavabdehlər X16 və Cavabdeh2 əqdin notariat qaydasında təsdiqlənməsini həyata keçirə bilməmişdir. İddiaçı ilə cavabdehlər X16 və Cavabdeh2 arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər X16 və Cavabdeh2 Notariat Kontoruna getməkdən yayındığına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 2,75 hektar torpaq sahəsinin barəsində İddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, İddiaçı tələbində haqlıdır və buna görə də onun iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Dövlət X17 tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, kod 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlər X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,5 hektar torpaq sahəsinin İddiaçı satılması ilə bağlı cavabdehlər X16 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2002-ci tarixli alqı-satqı əqdi etibarlı sayılması və bununla bağlı onlar arasında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Dövlət X17 tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-282, kod 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlər X16 və Cavabdeh2 Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 5,5 hektar torpaq sahəsinin İddiaçı satılması ilə bağlı cavabdehlər X16 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2002-ci tarixli alqı-satqı əqdi etibarlı sayılsın və bununla bağlı onlar arasında alqı-satqı əqdi bağlanmış hesab edilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-211/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-211/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver