Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2156/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 Vədadi oğlu, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və torpaq sahəsinin onlara qaytarılması” tələbinə dair iddia ərizələrini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 Vədadi oğlu, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsinin ləğv edilməsi və 1.57 ha torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli Qərarına əsasən ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 Vədadi oğlu, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsinin ləğv edilməsini və 1.57 ha torpaq sahəsinin onlara qaytarılmasını xahiş etsələr də, mübahisə predmeti olan daşınmaz əmlak Samux rayonu Sərkar kəndində yerləşir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq rayon məhkəməsinə (Samux Rayon Məhkəməsi) müraciət etməsi tövsiyə olunur. Ona görə də iddia ərizəsi daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 Vədadi oğlu, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və torpaq sahəsinin onlara qaytarılması” tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2156/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2156/2021
23.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver