Məhkəmə qərarları › İş №2(075)-262/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-262/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-262/2022 28.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı5 iştirakı ilə İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ailə üzvlərinin adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı, 0.33 ha hissəsi ilə bağlı bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ailə üzvlərinin adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X18 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş xx.xx.2006cı il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin 0.33 ha hissəsi ilə bağlı X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X18 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar islahat Komissıyasmın 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X19, X6, İddiaçı5, X7, X9, İddiaçı4 İsrail oğlunun və X8 ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,43 ha torpaq sahəsi aynimış və bununla bağlı kod: 40409028, JN-190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X3 2003-cü il tarixdə, ataları X16 isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər. 2021-ci ilin sentyabr ayında tərəflərindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 0,43 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2,10 ha torpaq sahəsini Şəki rayon 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı müqaviləsinə əsasən, 033 ha torpaq sahəsini Şəki rayonu 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar. Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə xəbərləri və razılıqları olmadan satılmışdır. Axı onlara məsus torpaq sahəsi onların razılıqları olmadan satıla bilməz. Həmin müqavilələrdən də onların xəbərləri olmamışdır. Bununla da onların hüquqları pozulmuş və onlar qanunsuz olaraq öz mülkiyyətlərindən məhrum olmuşlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi ümumi birgə mülkiyyətlərində olan 2,43 ha torpaq sahəsinin onların xəbərləri və razılıqları olmadan başqa bir şəxsə satılması onların hüquq və mənafelərinə toxunmuşdur. Bunula da onlar qanunsuz olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Bundan başqa qanunvericiliyin tələbinə uyğun olaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərək paylar müəyyən edildikdən sonra hər bir paylı mülkiyyətçi öz payını sata bilər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4, həmçinin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 izahat verərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ona, X21, X10, X11, X14, İddiaçı4 və X12 Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı verilmişdir. 2020-ci ildə onlara məlum olmuşdur ki, torpaq sahələri başqa şəxslərə satılıb. Onların heç nədən xəbəri olmayıb. Torpaq sahəsi ilə həmişə həyat yoldaşı məşqul olub. Torpaq sahəsi yaşadıqları yerdən uzaqda yerləşir. Həyat yoldaşı 08 avqust 2020-ci ildə dünyasını dəyişib. Torpaqla bağlı vergiləri onlar ödəyir. Cavabdeh İdrisi tanıyır, həmkəndliləridir. Digər Cavabdeh4 Nürəddin oğlunu tanımır, kim olduğundan, harada faktiki yaşadığından məlumatı yoxdur. Hal-hazırda sahəyə gediş-gəliş yoxdur. Lakin alqısatqı müqavilələrində ya özü, ya da ailə üzvləri iştirak etməyib, belə bir müqavilə imzalamayıblar. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki iclaslarda iştirak edən digər iddiaçılar Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı İddiaçı5 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Əvvəlki iclasda iştirak edən Cavabdeh3 nümayəndəsi (oğlu) X29 iddiaçılarla onun atasının arasında bağlanan alqı-satqı müqavilsini iddiaçılar tərəfindən imzalanmasını, halhazırda həmin torpaq sahəsinin onların istifadəsində olmasını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin digər Cavabdeh4 tanımadığını bildirdi. Əvvəlki iclasda iştirak edən cavbdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli torpaq sahəsinin 2,10 hektarına 07 iyun 2006-cı il tarixli, 4Ə-2/317 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh4, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh3 müvafiq olaraq xx.xx.2006-cı il tarixli, **********77 reyestr nömrəli və Cavabdeh3 adına xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışlar verilmişdir. Hüquqların qeydiyyata alınması zamanı qanunvericiliyin tələbinə əməl olunmuşdur. Qanuni qərar verilməsini xahiş edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktının surətindən görünür ki, X26, X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X12 Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 08 avqust 2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Şəki Ərazi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən X21 və ailə üzvlərinə verilmiş 2.43 hektar əkin torpaq sahəsinin 0,33 hektarı Cavabdeh3, 2,10 hektarı isə Cavabdeh4 satılmışdır. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında götürülmüş 4Ə-2/317 nömrəli notariat işinin surətindən görünür ki, X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X4 rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı ilə onlara verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsini 07 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışlar. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında götürülmüş 4Ə-2/356 nömrəli notariat işinin surətindən görünür ki, X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X4 rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı ilə onlara verilmiş 2,43 hektar torpaq sahəsinin 0,33 hektar hissəsini 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışlar. İş materiallarına əlavə edilmiş DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 17 avqust 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 2,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarına əlavə edilmiş DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 29 may 2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 4/548 nömrəli rəyindən görünür ki, 4Ə-2/317 nömrəli notariat işində olan 07 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsidə olan və 4Ə-2/356 nömrəli notariat işində olan 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsində olan imzalar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən imzalanmışdır. Həmçinin həmin müqavilələrdə olan imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X26, X16, İddiaçı5, X17, X20, İddiaçı4 və X12 Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 2,10 hektarı 07 iyun 2006-cı il tarixli, 4Ə-2/317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsi satılarkən hazırkı iş üzrə iddiaçılar tərəfindən alqı-satqı müqavilələri imzalanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə, bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olubolmamağından asılıdır. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa, məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün isə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər - yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır; əqdin məzmununa aid olan şərtlər - yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər - yəni tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər; əqdin formasına aid edilən şərtlər - yəni bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir. Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmənin qənaətinə görə tərəflərin bağlamış olduğu müqavilə yuxarıda qeyd edilən şərtə cavab vermir, yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur. “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərini müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” Göründüyü kimi əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan bir əqd olduğuna görə əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, yuxarıda qeyd edilən ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, alqısatqı müqavilələri etibarsız hesab edilməli və çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh4 arasında bağlanmış Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh3 və X1 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. 132 (bir yüz otuz iki) manat ekspertiza xərci Cavabdeh3 və X2 tutularaq Dövlət büdcəsinə - Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar