Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2622/2024 18.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Ağabala qızı, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Reyestr Xidməti 12 saylı Şəki Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və mülkün qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 Ağabala qızı, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Reyestr Xidməti 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 saylı Bakı notariat ofisində Şəki rayonu Qumux kəndində ona məxsus evi həyətyanı sahə ilə birlikdə bacıları Cavabdeh1 Ağabala qızına, Cavabdeh2 və qardaşı Cavabdeh3 bağışlama haqqında xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi 4Ə/903 olan müqavilənin və bu müqavilə əsasında xx.xx.2024-cü il tarixində Daşınmaz Əmlakın **********66-10301 saylı reyestrində Cavabdeh1 Ağabala qızının adına ********** saylı qeydiyyatın ləğv edilməsi, 11 saylı Bakı notariat ofisində bacıları Cavabdeh1 Ağabala qızı, Cavabdeh2 və qardaşı Cavabdeh3 aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi 4Ə/684 və xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi 4Ə/685 olan bağışlama müqavilələrinin, həmçinin bunlara əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh1 Ağabala qızının adına olan sonuncu qeydiyyatın ləğv edilməsi, c) mülkün ilkin sahibi olaraq ona geri qaytarılaraq yenidən dövlət reyestrində qeydiyyata alınması, məhkəmə prosesi başa çatanadək bu ərizədəki iddia predmeti olan Şəki rayonu Qumux kəndindəki ev, həyətyanı və ona bitişik torpaq sahəsi üzrə hər hansı hərəkətlərin və sənədləşmə işlərinin aparılmasına qadağa qoyulması haqqında qərardad qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının cavabdehlər Cavabdeh1 Ağabala qızı, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Reyestr Xidməti 12 saylı Şəki Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və mülkün qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Bütün bunlara görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 Ağabala qızı, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Reyestr Xidməti 12 saylı Şəki Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və mülkün qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-2622/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2622/2024
18.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver