Məhkəmə qərarları › İş №2(075)-341/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-341/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-341/2021 03.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızından oğlu azyaşlı xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq uşağın saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı, Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızı ilə xx xxxx 2003-cü il tarixində ailə qurmuşlar. Bu nikahdan xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulması, birgə nikahdan olan uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 anaları X8 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı X9 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1807/2019 saylı qətnaməsi ilə xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Lakin xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 xx xxxxxxx 2016-cı il tarixindən iddiaçının himayəsindədir. İddiaçının səyi və gücü nəticəsində oğlu təhsil alır. Tərəflərin digər övladı Aqşin isə cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızının himayəsindədir. Cavabdeh bu səbəbdən iddiaçıdan hər ay aliment alır. İddiaçı işləmir, yəni işi və qazancı hazırda yoxdur. Hesab edir ki, cavabdeh iddiaçıdan aliment istədiyi kimi iddiaçının da cavabdehdən aliment almaq ixtiyarı var. İddiaçı bu səbəbdəndə cavabdehdən aliment istəyir. Cavabdeh müəllimə işləyir, aylıq əmək haqqısı 300-500 manat arasındadır. İddiaçı bütün bunları nəzərə alaraq oğlunun təhsilini və ona əlavə qulluğu qiymətləndirərək, cavabdehində qanunla aliment öhdəliyi daşıdığını dəyərləndirərək cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü oğlu X14 hər ay 150 manat aliment tutulmasını və uşağın saxlanılmasına sərf edilməsini istəyir. Əlavə olaraq göstərdi ki, iddiaçı ümumiyyətlə Rusiya Federasiyasında yaşayır, lakin cavabdehin orada işləməsi ilə bağlı onda hər hansı məlumat yoxdur. İddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızı izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx xxxx 2003-cü il tarixində ailə qurmuşlar. Bu nikahdan xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsi ilə onlararasında bağlanmış nikah pozulması, birgə nikahdan olan uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 onun yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı ona verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-1807/2019 saylı qətnaməsi ilə xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 onun himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Göstərmişdir iddiaçının iddiasını əsassız hesab edir. Belə ki, uşaqlar ilkin olaraq onun himayəsində saxlanılmış və onun uşaqları saxlamağa ehtiyacı olması müəyyən edilərək iddiaçıdan onun xeyrinə aliment tutulması qət edilmişdir. Bildirdi ki, müəllimə işləməklə ayda 400 manat maaş alır. Lakin həmin məbləğdə himayəsində qalan Aqşinin indiki təlabatlarını ödəməyə yetmir. Belə ki, Aqşin indi repititor yanına gedir. Qeyd etmişdir ki, iddiaçının RF-da beton-asfalt şirkəti vardır. Onun uşağın saxlanması üçün alimentə ehitayacı yoxdur. Belə ki, bundan öncə məhkəmədə iddiaçı ilə aralarında çoxsaylı məhkəmə çəkişmələri olmuş və həmin mübahisələrdən aydın olur ki, iddiaçı kifayət qədər təminatlı şəxsdir. İddiaçının hazırkı iddiası prinsipal xarakterlidir, ondan qisas almaq və onu get-gələ salmaq məqsədi güdür. Həmçinin göstərdi ki, İlkin atasının yanında qalmağa razılıq verəndən sonra atası ilə Dubaya istirahətə getmişdir. Bu onu bir daha göstərir ki, iddiaçının alimentə ehtiyacı yoxdur. Bu qeyd edilənlər onun məhkəmə iclasında təqdim etdiyi fotoşəkillərdən də aydın olur. Hesab edir ki, iddiaçının iddiası əsassız olmaqla qərəzlidir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 anaları X8 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı X9 verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxx 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1807/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 onun himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 982 nömrəli arayışdan görünür ki, X2 qeydiyyatdadır. Lakin, hal-hazırda Şəki şəhərində yaşayır. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 983 nömrəli arayışdan görünür ki, Zəkəryəyev X3 qeydiyyatdadır. Lakin, atasının şifahi məlumatına əsasən hal- hazırda Rusiya Federasiyası ərazisindədir. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1104/16 nömrəli arayışdan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 4042/2019 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə hal-hazırda 1800 (bir min səkkiz yüz) manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Belə ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1807/2019 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X16 atası İddiaçı himayəsinə verilsə də həmin uşağa aid hissədə tələbkar tərəfindən alimentlə bağlı tələbindən imtina edilməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-926/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X10 7850 (yeddi min səkkiz yüz əlli) ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-4631/2017 saylı qətnaməsindən görünür ki, X5 100 000 (yüz min) rus rubulu və X6 isə 2000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-5367/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh, X11 və Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 4Ə-3/1164 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflər xx xxxx 2003-cü il tarixində ailə qurmuşlar. Bu nikahdan xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulması, birgə nikahdan olan uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 anaları X8 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı X9 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1807/2019 saylı qətnaməsi ilə xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İddiaçı cavabdeh iddiaçıdan aliment istədiyi kimi iddiaçının da cavabdehdən aliment almaq ixtiyarının olmasını bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı nikah pozularkən hər iki azyaşlı uşaq anaları olan cavabdehin himayəsində saxlanılmış və həmin uşaqların saxlanması üçün ananın yəni indiki cavabdehin aliment almağa ehtiyacının olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin sonradan uşaqlardan biri olan 16 yaşlı İlkinin atasının yanında qalmaq istəmiş və məhkəmə qətnaməsi ilə atanın yanında saxlanılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən görünür ki, İlkin iddiaçı olan atası ilə Dubayda istirahət edirlər. Məhkəmə iclasında olan İlkindən bu barədə soruşduqda o həqiqətəndə Dubayda atası ilə bərabər 10 gün müddətində istirahət etdiyini bildirmişdir. Bundan başqa işə əlavə edilmiş qətnamələrdən aydın olur ki, iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə, onun qardaşlarına və atasına qarşı məhkəmədə iddialar qaldırmışdır. Bütün bunlar məhkəməyə onu deməyə əsas verir ki, iddiaçı kifayət qədər təminatlıdır və onun himayəsində saxlanmış uşağın saxlanılması üçün alimentə ehtiyacı yoxdur. Belə ki, Ailə Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Bundan başqa iddiaçı tərəfindən cavabdehin daha təminatlı valideyin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı izahatında cavabdehin maddi durumunun yaxşı olmasını, onun işləməsini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh oğlum azyaşlı xx xxxxxxx 2004-cü il doğum təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq uşağın saxlanılması üçün ona verilməsi tələbinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı azyaşlı xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq uşağın saxlanılması üçün ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar