Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-383/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı dövlət notariat kontorunda bağlanılmış xx xxxxxx 2006-cı il tarixli 4ə-1/135 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 göstərdi ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə 3.57 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onların adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən xx xxxxxx 2003-cü il tarixli JN: 2xx xxx 40402058 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi onlara veriləndən halhazıradək onların istifadəsində olmuş və hal-hazıradək həmin torpaq sahəsini onlar əkirlər. Torpağa dair verilən subsidiyanı da hal-hazıradək onlar almışlar. 2019-cu ilin avqust ayında həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 müraciət etdikdə onlara bildirmişlər ki, onlara məxsus torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixli 4ə1/135 saylı müqavilə ilə Qəbələ rayonu, Mamaylı kənd sakini Cavabdeh satılmışdır. Həmin şəxsi tanımırlar və onların mülkiyyətində olan həmin torpaq sahəsinin satılmasından və hər hansı bir müqaviləinin bağlanmasından xəbərləri yoxdur və heç bir müqaviləni imzalamamışlar. Bundan başqa sözügedən müqaviləinin güya o və həyat yoldaşı İddiaçı4 imzalamışdır. Halbuki, onların belə bir müqavilədən xəbərləri yoxdur. Bundan başqa övladları - həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları olan İddiaçı3, İddiaçı1 və İddiaçı5 müqavilə bağlandığı günə yetkinlik yaşlarına çatsalarda onların həmin müqavilədə imzaları yoxdur, yəni onlar həmin müqaviləni imzalamamışlar. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5 və iddiaçıların vəkilləri X2 da İddiaçı2 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3və İddiaçı5 və iddiaçıların vəkili X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş JN-02xx xxx 40402058 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 cizgidə göstərilən sərhəd daxilində 3,57 hektar torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2006-cı il tarixli, 4ə-İ/135 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 və İddiaçı4 onlara məxsus Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 3,57 ha torpaq sahəsini Cavabdeh satmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/421 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 4ə-1/135 reyestr nömrəli müqavilənin ön tərəfinin aşağı hissəsində “İMZALAR:, 1.” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Муса" yazısı - İddiaçı2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 4ə-1/135 reyestr nömrəli müqavilənin ön tərəfinin aşağı hissəsində “İMZALAR:, 2.“ qrafasındakı imza və həmin imzanın qarşısındakı “hə...ч..." yazısı - İddiaçı4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Məhkəmə iclasında iddiaçıların, iddiaçıların vəkilinin izahatları ilə müəyyən olunmuşdur ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən İddiaçı2 və ailə üzvlərinə 3.57 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onların adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən xx xxxxxx 2003-cü il tarixli JN: 258 (KOD 40402058) saylı Dövlət Aktı verilmişdir. İddiaçılar 2019-cu ilin avqust ayında həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 müraciət etdikdə onlara bildirmişlər ki, onlara məxsus torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixli 4ə1/135 saylı müqavilə ilə Qəbələ rayonu, Mamaylı kənd sakini Cavabdeh satılmışdır. Lakin iddiaçılar sözügedən müqavilədən xəbərlərinin olmadığını, həmçinin hər hansı alqı-satqı müqaviləsinə imza etmədiklərini bildirmişlər. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/421 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 4ə-1/135 reyestr nömrəli müqavilənin ön tərəfinin aşağı hissəsində “İMZALAR:, 1.” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Муса" yazısı - İddiaçı2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 4ə-1/135 reyestr nömrəli müqavilənin ön tərəfinin aşağı hissəsində “İMZALAR:, 2.“ qrafasındakı imza və həmin imzanın qarşısındakı “hə...ч..." yazısı - İddiaçı4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İddiaçılar iddialarını müdafiə edir. Cavabdeh və Şəki Asan Xidmətin Notariusu isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya qarşı hər hansı münasibət bildirməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci madəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi İddiaçı2, İddiaçı4 Cavabdeh arasında bağlanmış tarixdə xx xxxxxx 2006-cı il tarixli 4ə-İ/135 nömrəli alqı-satqı müqaviləsi iddiaçılardan xəbəsiz olaraq tərtib edilmiş, həmçinin ekspert rəyinə əsasən həmin müqavilədə İddiaçı2 və İddiaçı4 adları qarşısındakı imzalar onlar tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmçininİddiaçı3, İddiaçı1 və İddiaçı5 həmin torpaq üzrə payçı olsalar da alqı-satqı müqaviləsi bağlanılarkən onların razılığı alınmamışdır. Buna görə də həmin müqavilə əsasında aparılan bütün sənədləşmələrin hüquqi əsası yoxdur. Odur ki, Şəki rayonu 2 saylı dövlət Notariat Kontorunda bağlanılmış xx xxxxxx 2006-cı il tarixli 4ə-İ/135 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 124 manat ekspertiza xərci Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisindən müştərək qaydada alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə -Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddiaçıların iddianın qaldırılması ilə bağlı dövlətə ödədikləri 10 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli 4ə-İ/135 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 124 manat ekspertiza xərci Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisindən müştərək qaydada alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İddiaçıların dövlət büdcəsinə ödədikləri 10 manat rüsum onların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-383/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-383/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver