Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-388/2021 14.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürmə” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həyat yoldaşı X1 və oğlu xx xxxxx 2019-cu il təvəllüdlü Xəlilzadə Onurbəy Rövşən oğlu ilə birlikdə Şəki şəhəri, C.Hüseynov küçəsi 35 saylı evə istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdə olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Şəki Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində imza aşkar olunmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həyat yoldaşı X1 və oğlu xx xxxxx 2019-cu il təvəllüdlü Xəlilzadə Onurbəy Rövşən oğlu ilə birlikdə Şəki şəhəri, C.Hüseynov küçəsi 35 saylı evə istifadə hüquqlarının tanınması və evə köçürülmələrini xahiş etsə də, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Bundan başqa iddia ərizəsinin “xahiş edirəm” hissəsindən göründüyü kimi X1 da cavabdehə qarşı tələb irəli sürmüşdür. Odur ki, X1 da iddiaçı qismində çıxış etməlidir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-388/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-388/2021
14.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver