Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-47/2022 04.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünərək onun və azyaşlı övladının payının ayrılması, azyaşlı övladı X5 ilə birlikdə həmin evin onlara aid hissəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İlkin Daşdəmirovla rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin nikahdan X5 adlı övladları vardır. İlkin Daşdəmirovla ailə qurduğu gündən ünvan 2 ünvanına gəlin köçmüşdür. Həmin evdən 1/4 hissədə paya malikdir. X15 vəfat etdikdən sonra hazırkı iş üzrə cavabdeh onu mülkiyyəti olan həmin evdən istifadə etməyə və yaşamağa imkan vermir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 28.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 151 A ünvanında yerləşən fərdi yaşayış evi 1/4 hissə üzrə Daşdəmirli İlknur İlkin qızının və 1/4 hissə üzrə onun mülkiyyətindədir. Hazırda cavabdeh sözügedən evin naturada bölünməsinə və azyaşlı övladı ilə həmin evə köçürülməsinə maneələr yaradır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı ona qarşı «payın naturada ayrılması» tələbinə dair iddiasını qəbul etmir. Belə ki, evin naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Həmçinin, iddiaçı Cavabdeh həmin evdə yaşamasına maneə yaratmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151 A ünvanında 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evi İddiaçı, Cavabdeh, X9 və X2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 10/5525 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan Şəki şəhəri, M.Ə.Resulzadə prospekti 151A ünvanında yerləşən, reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh, X9 və X2 paylı mülkiyyətində olan, 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə yalnız bir giriş-çıxış yolu olduğundan, fərdi yaşayış evinin faktiki vəziyyətinə və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun hər bir payçıya ayrı-ayrılıqda ¼ hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 və Daşdəmirova Kəmalə baba qızının arasında bağlanmış nikah, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 aprel 2016-cı il tarixdə, 60 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 30 dekabr 2017-ci il təvəllüdlü X2 atası X7, anası isə İddiaçıdır. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 22 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151 A ünvanında 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evi İddiaçı, Cavabdeh, X9 və X2 paylı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan əmlakdan öz payının naturada ayrılaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi İddiaçı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsini xahiş etsə də, aparılmış ekspertiza tədqiqatı nəticəsində həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə yalnız bir giriş-çıxış yolu olduğuna, fərdi yaşayış evinin faktiki vəziyyətinə və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun hər bir payçıya ayrı-ayrılıqda ¼ hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza rəyində iddiaçıya məxsus payın naturada ayrılmasının mümkünsüzlüyü nəzərdə tutulmasına baxmayaraq iddiaçının özü tərəfindən ona məxsus payın naturada ayrılmasının mümkünlüyünü təsdiq edə biləcək digər hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 10 (on) manat rüsumu İddiaçı özünə aid edilməlidir. 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-47/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-47/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver