Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-484/2021 03.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh qarşı “aliment qalıqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Biləsuvaqr məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 02(022)-28/2017 saylı qətnaməsi üzrə 2017-ci ildən 2020-ci ilə qədər olan aliment qalıqlarını ona ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi Biləsuvaqr məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 02(022)- 28/2017 saylı qətnaməsi Cavabdeh aliment məbləğinin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Həmçinin Cavabdeh bununla mağlı müəyyən ödənişlər də etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin qalıq hissəsi təkrar olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunaraq cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Məhkəmə İddiaçı tövsiyyə edir ki, o, “aliment qalıqlarının ödənilməsi” tələbi ilə məhkəməyə yox, icra tədbirlərinin aparılması ilə bağlı müvafiq ərazi üzrə İcra və Probasiya şöbəsinə müraciət etməlidir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “aliment qalıqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-484/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-484/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver