Məhkəmə qərarları › İş №2(075)-579/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-579/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-579/2021 11.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşaqla ünsiyyətə yaranmış maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri xx xxx 2016-cı il təvəllüdlü X5 və xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müddətdə və qaydada ünsiyyətdə olmağına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, həmin müddət ərzində və qərarla müəyyən edilmiş qaydada Cavabdeh xx xxx 2016-cı il təvəllüdlü X5 və xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə ünsiyyətinə mane olmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 2016-cı il təvəllüdlü X5 ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə təyin edilmiş hər həftənin şənbə və bazar günləri, uşağın doğum günü, uşağın şəhid atası X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək görüşməsi və ünsiyyətdə olmasına, həmçinin onun xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə təyin edilmiş ayda iki dəfə (hər ayın 1-ci və 3-cü həftəsi) bazar günləri, uşağın doğum günü, uşağın şəhid atası X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək görüşməsi və ünsiyyətdə olmasına cavabdeh tərəfindən yaranmış maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İİ Qarabağ Müharibəsi zamanı şəhid olmuş oğlu X6 gəlini Cavabdeh ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxx 2016-cı il tarixdə X5 və xx xxxx 2020-ci il tarixdə isə İddiaçı Vasif qızı adlı övladları olmuşdur. İİ Qarabağ Müharibəsi zamanı oğlu Vasif Həmidov xx xxxxxxx 2020-ci il tarixdə şəhid olmuşdur. Gəlini Fatma ilə mərhum oğlu Vasif şəhid olanadək, yəni onların evlilikləri ərzində aralarında heç bir problem olmamış, səmimi ailə münasibətlərində olmuş, gəlini və nəvələri ilə mehriban şəkildə yaşamışlar. Lakin oğlu X12 Müharibəsində şəhid olduqdan sonra, övladının üç mərasimi günü heç bir səbəb olmadan gəlini Cavabdeh atası nəvələrini də götürərək onları öz evinə aparmış, bir daha görüşməyə qoymamışdır. Bundan sonra Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, komissiyanın xx xxxxxx 2021-ci il tarixli qərarı ilə nəvələri ilə görüş günü və qaydaları müəyyən edilmişdir. Lakin cavabdeh həmin qərarı icra etməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxxxxxx 2015-ci il tarixli, 5300 4 0353 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X6 ilə X7 arasındakı nikah xx xxxxxxxx 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 5300 1 0796 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx xxx 2016-cı il təvəllüdlü X2 atası X6, anası Cavabdehdır. xx xxxx 2020-ci il tarixli, 9111 1 0743 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızının atası X6, anası Cavabdehdır. xx xxxxxx 2020-ci il tarixli, 134956 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxxx 2020-ci il tarixdə şəhid olmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan şəhid anası İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, nəvələri xx.xx.2016cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə görüş və ünsiyyətdə olmalarına köməklik göstərilməsini xahiş etmişdir. Məsələyə Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli iclasında baxılmışdır. Komissiyanın iclasında ərizəçi İddiaçı və ərizə üzrə cavabdeh gəlini Cavabdeh atası X4 iştirak etmişlər. Ərizəçi İddiaçı çıxış edərək, İİ Qarabağ Müharibəsi zamanı şəhid olmuş övladı X1 gəlini Cavabdeh ilə rəsmi nikahla ailə həyatı qurduqlarını, həmin evlilikdən nəvələri xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızının anadan olduqlarını, şəhid övladı ilə gəlininin evlilik müddəti ərzində aralarında heç bir problemin olmadığını, səmimi ailə münasibətlərində olduqlarını, gəlini və nəvələri ilə birlikdə mehriban şəkildə yaşadıqlarını, övladı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan İİ Qarabağ Müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhid olduğunu, övladının yas mərasiminin 3-cü günündə heç bir münaqişə olmadığı halda, səbəbsiz olaraq gəlini Cavabdeh, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızını özü ilə götürərək öz atası evinə getdiyini bildirmişdir. Həmçinin, ərizəçi çıxışında gəlininin evi tərk etdiyi tarixdən nəvələri ilə görüş və ünsiyyətdə ola bilmədiyini, nəvələri ilə görüş və ünsiyyətə gəlininin atası tərəfindən süni maneəçilik yaradıldığını bildirərək, gəlini ilə münasibətlərinin yaxşı olduğunu, onu öz qızı olaraq qəbul etdiyini, aralarında heç bir problem və anlaşılmazlığın olmadığını qeyd etmişdir. Ərizəçi İddiaçı ərizəsində və komissiyanın iclasında, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızının şəhid övladından ona qalan tək təsəlli olduqlarının nəzərə alınmasını, nəvələri ilə hər həftənin şənbə və bazar günləri, nəvələrinin ad günlərində, bayram günlərində, şəhid olmuş övladının doğum və anım günlərində bir neçə saat görüş və ünsiyyətdə olmaları üçün müvafiq köməklik göstərilməsini komissiya üzvlərindən xahiş etmişdir. Komissiyanın iclasında ərizə üzrə Cavabdeh atası X4 isə çıxış edərək, qızının evi tərk etməsinə müəyyən səbəblərin olduğunu, nəvələri ilə nənələrinin və əmilərinin görüş və ünsiyyətdə olmalarına heç bir maneəçilik törətmədiklərini, həftə içi hər gün şənbə və bazar günləri də daxil olmaqla günün istənilən vaxtında uşaqların nənələrinin və əmilərinin gəlib görmələrinə etiraz etmədiklərini, lakin uşaqların nənələri və ya əmiləri tərəfindən götürülüb bir neçə saatlığına belə olsa başqa yerə aparmalarına narazı olduğunu, buna yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqdan sonra icazə verəcəyini bildirmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli iclasında tərəflər arasında soyuqluq hiss edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə əsasən “Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüquqununa malikdirlər”. Yuxarıda qeyd olunanları, tərəflər arasında bir-birilərinə qarşı yaranmış soyuq münasibət səbəbindən ərizəçi İddiaçı nəvələri ilə görüş və ünsiyyətdə olması üçün gəlini-Cavabdeh və ailəsinin yaşadıqları evə getmək istəməməsini nəzərə alaraq, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli iclası qərara almışdır:

1. ünvan 1 ünvanında yaşayan şəhid anası İddiaçı ərizəsi nəzərə alınaraq hər həftənin şənbə və bazar günləri, nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X2 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X5 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilmişdir.

2. ünvan 1 ünvanında yaşayan şəhid anası İddiaçı ərizəsi nəzərə alınaraq bazar günləri olmaqla, ayda 2 (iki) dəfə, nəvəsi xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızının doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilmişdir.

3. Ərizəçi İddiaçı izah edilmişdir ki, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə görüşmələrinə, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasına süni maneələr yaradılarsa, onun qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 7/h-27/2-075/2 saylı məktubdan görünür ki, İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli iclasının qərarının icra edilməməsi ilə bağlı müraciətinə baxılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021ci il tarixli iclasının qərarının icra olunub-olunmaması ilə bağlı məlumat almaq məqsədi ilə Cavabdeh atası X4 ilə əlaqə saxlanılmışdır. İddiaçı gəlini Cavabdeh atası X4 onunla aparılan telefon danışığı zamanı komissiyanın qərarının icra edilməsinə qızı Cavabdeh etiraz etdiyini bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, qanunla müəyyən edilmiş qaydada, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə görüş və ünsiyyətdə olmasına maneələrin aradan qaldırılması üçün bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Eyni zamanda, «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli 6 №-li qərarında qeyd olunmuşdur ki, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-61.3-cü maddələrinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlər uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi istinad edilən maddi hüquq normaları ilə nənə və babanın nəvələri ilə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı nəvələri ilə görüşün təmin edilməsi üçün himayə orqanına müraciət etsə də, cavabdeh həmin orqanın uşaqlarla görüşünün təmin olunmasına dair qərarını icra etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə bu şəkildə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında uşaqların nənələri ilə görüşməsinin onların mənafeyinə zidd olacağı ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi üzrə uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxs onların nənəsidir. Həmin şəxsin öz nəvələri ünsiyyət hüquqları qanunda nəzərdə tutulmuşdur. Uşaqlar ünsiyyət zamanı nənələrinin qayğısı ilə əhatə olunur və əksini təsdiq edən mötəbər sübutlar mövcud olmadan bu hal uşaqların mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdeh məhkəmə iclasında iştirak etməməklə iddiaçı ilə ünsiyyətin uşaqların mənafelərinə zidd olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə göstərilənlərə əsasən İddiaçı nənə kimi xx xxx 2016-cı il təvəllüdlü X5 və xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə ünsiyyətdə olmaq hüququnun olması Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulduğundan onun nəvələri ilə ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələrin cavabdehə qadağan edilməsini tələb etməkdə haqlı olmasını və iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan 000209 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsi olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı xx xxx 2016-cı il təvəllüdlü X5 ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə təyin edilmiş hər həftənin şənbə və bazar günləri, uşağın doğum günü, uşağın şəhid atası X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək görüşməsi və ünsiyyətdə olmasına cavabdeh tərəfindən yaranmış maneələr Cavabdeh qadağan edilsin. İddiaçı xx xxxx 2020-ci il təvəllüdlü İddiaçı Vasif qızı ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə təyin edilmiş ayda iki dəfə (hər ayın 1-ci və 3-cü həftəsi) bazar günləri, uşağın doğum günü, uşağın şəhid atası X1 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək görüşməsi və ünsiyyətdə olmasına cavabdeh tərəfindən yaranmış maneələr Cavabdeh qadağan edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar