Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-652/2021 31.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nənədən iki nəvə üçün sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehh qızından nəvələri 22.07.2006-cı il tarixdə anadan olmuş X11 və 30.03.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər hər bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin müəyyən olunaraq, ümumilikdə 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, mərhum əri X13 ilə 2003-cü ildə Şəki rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan 22.07.2006-cı il tarixdə X11 və 30.03.2011-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Mərhum əri X13 "Zobun xərçəngi" xəstəliyindən 06.04.2018-ci il tarixdə vəfat etmişdir. Bir müddət cavabdehin ev ünvanında yaşasalar da, sonradan cavabdeh onu və azyaşlı qızlarını evdən çıxarmışdır. Hal-hazırda cavabdeh qeyd edilən evdə tək yaşayır. Buna görə də 2018-ci ilin oktyabr ayında cavabdeh qaynanasının evindən çıxmış və həmin vaxtdan indiyədək uşaqları ilə birlikdə Şəki rayonu, Cəfərabad kəndində atasının evində yaşayır. Göstərmişdir ki, əvvəllər ayrı-ayrı yerlərdə işləsə də 1.6 ildir ki, heç bir yerdə işləmir. Övladlarından birinin 10, digərinin isə 15 yaşı vardır. Cəfərabad kəndində yaşasalar da uşaqlarının hər ikisi Şəki şəhər 11 saylı məktəbində təhsil alırlar. Məktəb zamanı uşaqları şəhərə məktəbə gedib-gəlməsi üçün hər gün onlara 4 manat pul verir. Uşaqlar üçün yeməyi isə evdən qoyur. Ata evində atası, anası, qardaşı və qardaşının 4 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşayır. Onların dolanışıqlarına atası və qardaşı köməklik edir. Uşaqların maddi, mənəvi, sosial vəziyyətinin yaxşılaşdırılması üçün verilən atasızlıq pulu kifayət etmir. Uşaqlara müəllim tutmuş, onların geyimi, yol pulu, məktəb ləvazimatı xərcləri və s, xərclərə bu pul kifayət etmir. Özü heç bir yerdə işləmir. Hazırda atası və ardaşları ona kömək edir. İddianı müdafiə edir. Hər uşağa görə 150 manat aliment müəyyən edilməsinə etiraz etmir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ 062555 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X8 arasında 24 avqust 2003-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 203 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. İşdə olan AZ-İ 826187 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 iyul 2006-cı il təvəllüdlü X5 anası İddiaçı Bəhman qızı, atası isə X10r. İşdə olan AZ-İİ 657877 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 30 mart 2011-ci il təvəllüdlü X2 anası İddiaçı Bəhman qızı, atası isə X10r. İşdə olan 13 aprel 2018-ci il tarixdə verilmiş AZ-İ 932024 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 səbəbindən 13 aprel 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şəki RMX X22 tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 422 nömrəli məktubdan görünür ki, Cavabdeh 1997-ci il tarixdən “Şəki RMX” X19 Maliyyə şöbəsinin mühasibatlıq bölməsində mühasib vəzifəsində işləyir və hazırda ələ çatan əmək haqqı 494,30 manatdır. İşdə olan ƏƏSMN tabeliyində DSMF PHŞ 15 saylı RƏF tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Cavabdeh filialdan 990841 saylı pesiya işi üzrə yaşa görə 281,93 manat məbləğində əmək pensiyası alır. Heç bir növ sosial müavinət almır. İşdə olan 06.12.1978-ci il tarixli,1045 saylı Doğum akt qeydindən görünür ki, X9 atası X12, anası isə X4r. Məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı, mərhum əri X13 ilə 2003-cü ildə Şəki rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan 22.07.2006-cı il tarixdə X11 və 30.03.2011-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Mərhum əri X13 "Zobun xərçəngi" xəstəliyindən 06.04.2018-ci il tarixdə vəfat etmişdir. Bir müddət cavabdehin ev ünvanında yaşasalar da, 2018-ci ilin oktyabr ayında qaynanasının evindən çıxnış və həmin vaxtdan indiyədək uşaqları ilə birlikdə Şəki rayonu, Cəfərabad kəndində atasının evində yaşayır. Övladları artıq məktəblidir. İddiaçı uşaqlara müəllim tutmuş, onların geyimi, yol pulu, məktəb ləvazimatı xərcləri və s xərclərə bu pul kifayət etmir. Özü heç bir yerdə işləmir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, iddia qarşı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi azyaşlı uşaqların atası F.Rzayev 2018-ci ildə vəfat etmiş, anaları isə hal-hazırda heç bir yerdə işləmir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh azyaşlı uşaqların atası X9 anasıdır. Deməli Cavabdeh X5 və X2 nənəsidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu madəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Şərh edilən hüquq nörmasının məzmununa görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanılmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Nəvə övladın uşağıdır. Nəvələr ata və yaxud ana xətti üzrə ola bilər. Qanunun mənasına görə baba və nənənin nəvələrini saxlamaq vəzifəsi əlavə təminat xarakteri daşıyır. Belə ki, baba və nənə öz nəvələrini o hallarda saxlamaq vəzifəsi daşıyırlar ki, nəvə öz valideynlərindən (ata və yaxud anasından) maddi yardım ala bilməsin. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr öz valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların öz baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Çünki baba və nənənin öz nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlər) öhdəliklərindən sonra tətbiq edilə bilər. Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə baba və nənələrin öz nəvələrinə münasibətdə aliment öhdəlikləri onların (baba və nənənin) əmək qabiliyyətli olubolmamalarından asılı olmayaraq tətbiq olunur. Baba və nənə öz nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Onların belə vəsaitinin olubolmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şəki RMX X22 tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 422 nömrəli məktubdan görünür ki, Cavabdeh 1997-ci il tarixdən “Şəki RMX” X19 Maliyyə şöbəsinin mühasibatlıq bölməsində mühasib vəzifəsində işləyir və hazırda ələ çatan əmək haqqı 494,30 manat, həmçinin ƏƏSMN tabeliyində DSMF PHŞ 15 saylı RƏF tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Cavabdeh filialdan 990841 saylı pesiya işi üzrə yaşa görə 281,93 manat məbləğində əmək pensiyası alır. Göründüyü kimi Cavabdeh işləməkl, həm də əmək pensiyası almaqla aylıq qazancı 776.23 manat təşkil edir. Göründüyü kimi Cavabdeh nəvələrinə aliment ödəmək üçün zəruri vəsaitə malikdir. Lakin məhkəmə hesab edir ki, cavabdehin 63 yaşda olmasını, tək yaşamasını nəzərə alaraq ondan nəvələrinə tutulan aliment məbləği iddia tələbində göstərildiyi həddə deyil daha az miqdarda tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 22 iyul 2006cı il təvəllüdlü X11 və 30 mart 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, 22 iyul 2006-cı il təvəllüdlü X11 və 30 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 10 mart 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 22 iyul 2006-cı il təvəllüdlü X11 və 30 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-652/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-652/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver