Məhkəmə qərarları › İş №2(075)-663/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-663/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-663/2021 22.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər birinə 200 manat olmaqla cəmi 400 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə və aliment tutulmasının xx.xx.2020-ci il tarixdən başlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il tarixində X6 və xx.xx.2009-cu il tarixində X4 dünyaya gəlmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011ci il tarixli 2(075)-28/2011 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx xxxxxx 2007-ci təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh həmin qətnamədən narazı qalamış və apellyasiya şikayəti vermişdir. Lakin o, Şəki Apellyasiya Məhkəməsində aliment tələbindən imtina etdiyindən, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Nikahları pozulanda hər iki azyaşlı uşaq onun himayəsində saxlanılmışdır. Xəyalənin uşaqlarla ünsiyyət saxlamasına heç bir etirazının olmamasına baxmayaraq o, Şəki Rayon Məhkəməsinə "Uşaqla ünsiyyətdə olma və görüş müddətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işə xx.xx.2017-ci il tarixində Şəki rayon Məhkəməsində baxılmış və hər həftənin şənbə və bazar günləri saat 10:00 dan, 18:00-dək görüşərək ünsiyyətdə olmasına dair xx.xx.2017-ci il tarixli iş № 2(075)-727/2017 saylı qətnamə çıxarılmışdır. Qətnamə çıxarıldıqdan sonra təxminən həftədə 2 gün olmaqla, 6 həftə Xəyalə uşaqlarla ünsiyyətdə olmuş, amma 6 saat deyil, 2-3 saat, sonra uşaqları ac-susuz gətirib ona vermişdir. Sonradan ümumiyyətlə ya onunla əlaqə saxlamamış, ya da uşaqlarla ünsiyyətdə olmamışdır. Nə qədər cavabdehlə əlaqə saxlamaq istəsə də o telefon zənglərinə cavab verməmişdir. O, Cavabdeh bir kişi olaraq aliment tələb etməyi özünə sığışdırmamışdır. Amma indi görür ki, uşaqlar böyüyür, tələbləri artır. O, tək öz qazancı ilə uşaqların hazırkı və artmaqda olan tələblərini ödəyə bilmir, onları ehtiyac içərisində böyüdür. Uşaqların normal şəraitində yaşamalarına, təlim-tərbiyəsinə, sağlamlığına, təhsil almalarına onun qədər borclu olan anaları Cavabdeh isə işləyir, qazanır, amma uşaqlarla maraqlanmır. O, “xxxx” MMC-də sosial işçi işləyir və 236 manat əmək haqqı alır. Cavabdehin bu əməllərinə görə ondan aliment almaq üçün məhkəməyə müraciət etmək zərurətində qalmışdır. İddianı müdafiə edir. Alimmentin məhkəmənin uyğun bildiyi miqdarda təyin edilməsinə etiraz etmir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx.xx.2006-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il tarixində X6 və xx.xx.2009-cu il tarixində X4 dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(075)-28/2011 saylı qətnaməsi ilə İddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx xxxxxx 2007-ci təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsində saxlanılmışlar, onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra o, həmin qətnamədən narazı qalamış və apellyasiya şikayəti vermişdir. Lakin İddiaçı, Şəki Apellyasiya Məhkəməsində aliment tələbindən imtina etdiyindən, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. O, Şəki Rayon Məhkəməsinə "Uşaqla ünsiyyətdə olma və görüş müddətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işə xx.xx.2017-ci il tarixində Şəki rayon Məhkəməsində baxılmış və hər həftənin şənbə və bazar günləri saat 10:00 dan, 18:00-dək görüşərək ünsiyyətdə olmasına dair xx.xx.2017ci il tarixli iş № 2(075)-727/2017 saylı qətnamə çıxarılmışdır. Hazırda onun özünün də maddi imkanı yaxşı deyil, “xxxx” MMC-də xidmətçi işləyir və əmək haqqısı 362 manat təşkil edir. Bundan başqa o, 2-ci dəfə nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan da 1 azyaşlı uşağı vardır. Bakı şəhərində kirayədə yaşayır. Həmçinin iddiaçı uşaqlara baxa bilmirsə onun himayəsinə verilmələrinə etiraz etmir. İddia tələbində göstərilən miqdarda aliment ödəmək onun imkanı xaricindədir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-727/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən göründüyü kimi həmin qətnamənin məzmunuda göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(075)- 202/2011 saylı qərardadının surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(075)-28/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx xxxxxx 2007-ci təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsində saxlanılmışlar, onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment tələbindən imtinası nəzərə alınaraq həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-727/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüşərək ünsiyyətdə olması təmin edilmişdir. İşdə olan AZ-İİ 334042 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 1495 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İV 420428 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X7 atası X9, anası isə Cavabdehdır. Vahid məhkəmə portalından əldə edilərək iş materialına əlavə edilmiş Cavabdeh barədə məlumatdan görünür ki, o, “xxxx” MMC-də xidmətçi işləyir və əmək haqqısı 500.56 manat təşkil edir. Vahid məhkəmə portalından sorğu edilərək iş materialına əlavə edilmiş İddiaçı barədə məlumatdan görünür ki, “xxxx” MMC-də sosial işçi işləyir və əmək haqqısı 250 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflər xx.xx.2006-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il tarixində X6 və xx.xx.2009-cu il tarixində X4 dünyaya gəlmişdir. Bundan sonra 2011-ci ildə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(075)- 28/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx xxxxxx 2007-ci təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 Anar Akif oğlunun himayəsində saxlanılmışlar, onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh həmin qətnamədən narazı qalamış və apellyasiya şikayəti vermişdir. Lakin İddiaçı, Şəki Apellyasiya Məhkəməsində aliment tələbindən imtina etdiyindən, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmçinin tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, cavabdeh İİ dəfə nikaha daxil olmuş və həmin nikahdan bir azyaşlı uşağı vardır. Bundan başqa cavabdehin rəsmi iş yeri olması və aylıq 500.56 manat əmək haqqı almasına baxmayaraq iddiaçı alimenti sabit pul məbləğində tələb etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin cavabdeh 2-ci dəfə nikah girdiyindən, həmin nikahdan da 1 uşağı olduğundan, iddiaçı tərəfindən aliment sabit pul məbləğində tələb edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 100 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar