Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-778/2021 20.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “uşaq tələbinə” dair qarşılıqlı iddiası üzrə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 avqust 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 02 aprel 2021-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək 09.08.2010-cu il tarixdə anadan olmuş X3 atası, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayan İddiaçı himayəsindən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, 07 iyun 2010-cu ildə X7 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 09.08.2010-cu ildə X11, 20.10.2013-cü ildə isə X13 anadan olmuşdur. Şəki rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 2 (075)- 145/2020 saylı qətnaməsinə əsasən onların nikahı pozulmuş, uşaqlardan 20 oktyabr 2013-cü ildə doğlumuş X13 anası Cavabdeh yanında saxlanılması, faktiki himayəsində olan X3 onun himayəsindən alınıb anasının himayəsinə verilməsi, hər iki uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi barədə məhkəmə qətnamə çıxarmışdır. Lakin nikahın pozulmasının əsas səbəbkarı cavabdeh olmuşdur. Uşaqların hər ikisi Biləcik kəndində dərsə getmişdir. Aytəkin Mirzəveva kənddə yaşamaq istəmədiyini bildirərək uşaqlardan kiçiyi olan Ayxanı da götürüb evdən getmiş, uşaqların təhsil alması və böyüməsi üçün hər bir şəraiti olmuşdur. Şəki rayon İcra Hakimiyyəti yanında azyaşlılarla əlaqədar olan komissiyanın müvafiq qərarından da aydın görünür ki, uşaqlar onun yanında daha rahat böyüyə bilərlər. Cababdehin uşaqları böyütmək üçün imkan və şəraiti qətiyyən yoxdur. Ona görə də onun Apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16.02.2021-ci il tarixli, 2 (107)-66/2021 saylı qətnaməsi ilə Şəki rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2 (075)-145/2020 saylı qətnaməsi qismən, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 onun himayəsindən alınaraq, anası Cavabdeh himayəsinə verilməsi və həmin uşağın saxlanılması ilə bağlı alimentin müəyyən edilərək tutulması hissəsində ləğv edilmişdir. Buna görə də o, uşağının yetkinlik yaşına çatanadək alimentin müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. Niymət hal-hazırda onun yanında və himayəsinədir, onun yanında özünü rahat hiss edir. Onun artıq 12 yaşı olduğundan hər şeyi dərk edir və fikirlərini sərbəst ifadə edə bilir. Niymət onun yanında qalmaq istəyir. Bütün bunlara baxmayaraq Niymətin anası və qardaşı ilə görüşərək ünsiyyətdə olmasına etiraz etmir və buna hər hansı maneçilik törətmir. Bütün bunlara görə iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkləmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, onunla İddiaçı arasında nikahları Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd icra nümayəndəliyində 07 iyun 2010-cu il tarixdə qeydə alınmış və akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 09.08.2010-ci il tarixdə X11, 20.10.2013-cü il tarixdə X13 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan Natiqin ailəsinə olan biganəliyi səbəbli münasibətləri pisləşmiş və aralarında olan nikah əlaqələri faktiki olaraq mövcud olmamışdır. Bütün olanlardan sonra cavabdehlə barışmaq və ailəni qoruyub saxlamaq mümkün olmadığından, o, Natiqlə aralarında bağlanmış nikahın pozulmasında israrlı olduğu üçün nəhkəməyə müraciət etmək məcburuyyətində qalmışdı. Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(075)-145/2020 saylı qətnaməsi ilə onunla İddiaçı arasında 07 iyun 2010-cu il tarixdə Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İcra Nümayəndəliyində bağlanmış 20 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları - 20 oktyabr 2013cü il təvəllüdlü X4 onun yanında saxlanılması, 09 avqust 2010-cu il təvəllüdlü X3 isə atası İddiaçı himayəsindən alınaraq, onun himayəsinə verilməsi, 09 avqust 2010-cu il təvəllüdlü X11 və 20 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellysiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16.02.2021-ci il tarixli, 2 (107)-66/2021 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(075)-145/2020 saylı qətnaməsi qismən, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı himayəsindən alınaraq, onun himayəsinə verilməsi və həmin uşağın saxlanılması ilə bağlı aliment müəyyən edilərək tutulması hissəssində ləğv edilməsi qət edilmişdir. Bu müddət ərzində dəfələrlə 09 avqust 2010-cu il təvəllüdlü oğlu Niymət Mirzəyevlə görüşüb telefonla əlaqə saxlasa da, son vaxtlar oğlu ilə əlaqə saxlaya bilmədiyindən kəndə gəldikdə qayınanasının rəhmətə getdiyini, oğlunun isə baxımsız qalmasının şahidi olaraq Natiqdən niyə belə etdiyini soruşduqda, Natiq yenidən qeyri-rəsmi ailə qurduğunu, anası sağ olarakən oğluna baxdığını, işi ilə əlaqədar gün ərzində evdə olmadığı səbəbli oğluna baxa bilmədiyini və bu səbəbdən oğlunun baxımsız qaldığını bildirmişdir. Bundan sonra oğlunun oxuduğu məktəbə gələrək onun təhsili, məktəbə davamiyyəti ilə maraqlansa da, oğlu Niymət Mirzəyevin məktəbə gəlmədiyi bildirilmişdir. Həmçinin qayınanası rəhmətə gedəndən sonra ata tərəfdən baxımsız qalmış Mirzəyev Niymətin ləyaqətini alçaldan məzlum video görüntülərinin ona məlum olmayan şəxslər tərəfindən “tik tok”a qoyularaq ələ salınması barədə Natiqə bildirsə də, Natiq məlumatının olmadığını bildirmişdir. X20 nənəsi rəhmətə gedəndən sonra Natiqin qeyri-rəsmi ailə rduğu qadının yanında baxımsız vəziyyətdə yaşamağa məcbur olduğu üçün, oğlu Niymət anası və qardaşı ilə birgə yaşamaqla onun himayəmdə olmaq istəyir. Buna görə də, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X12 da ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş valideyinləri olan iddiaçı və cavabdehin iştirakı ilə dindirilmiş 09.08.2010-cu il təvəllüdlü X11 göstərmişdir ki, Şəki rayonunun Birinci Biləcik kəndində atası ilə bərabər yaşayır. Göstərmişdir ki, həmin kənddə məktəbə gedir, dərslərindən 4, 5 alır. Böyüyəndə polis olmaq istəyir. Verilən suallara cavabında anasını istəmədiyini, atası ilə qalmaq istədiyini bildirmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(075)-145/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 iyun 2010-cu il tarixdə Şəki Şəhər İHB-nın Böyük Dəhnə kənd İcra Nümayəndəliyində bağlanmış 20 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 20 oktyabr 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsindən alınaraq, anası Cavabdeh himayəsinə verilməsi, 09 avqust 2010-cu il təvəllüdlü X11 və 20 oktyabr 2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin 20 oktyabr 2013-cü il təvəllüdlü X8 münasibətdə iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu 05 noyabr 2019-cu il tarixdən, 09 avqust 2010-cu il təvəllüdlü X5 münasibətdə isə onun faktiki olaraq alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(107)-66/2021 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tаrixli, 2(075)-145/2020 saylı qətnaməsinin qismən, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı himayəsindən alınaraq, anası Cavabdeh himayəsinə verilməsi və həmin uşağın saxlanılması ilə bağlı alimentin müəyyən edilərək tutulması hissəssində ləğv edilməsi qət edilmişdir. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 26 iyul 2021-ci il tarixli, 7/930 nömrəli rəyindən görünür ki, məsələyə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 08.07.2021-ci il tarixli iclasında baxılmışdır. Komissiyanın iclasında İddiaçı, Cavabdeh, iddiaçının qardaşı X9 və bacısı X10 iştirak etmişdir. Komissiyanın iclasında çıxış edən İddiaçı cavabdehlə 7 iyun 2010-cu il tarixdə ailə həyatı qurduqlarını, onların birgə nikahlarından 09.08.2010-cu il təvəllüdlü X3 və 20.10.2013-cü il təvəllüdlü X4 anadan olduqlarını qeyd etmişdir, İddiaçı çıxışında cavabdehlə bir müddət mehriban yaşadıqlarını, sonradan münasibətlərinin pozulması səbəbilə Şəki Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2020-ci il tarixində nikahlarının pozulduğunu, məhkəmə qərarına əsasən övladları X11 və X4 analarının himayəsində saxlanıldıqlarını, lakin övladı X3 ananın yanına qayıtmadığını, hal-hazırda da onun himayəsində olduğunu və övladının lazımi ehtiyaclarını özünün təmin etdiyini demiş və övladı 09.08.2010-cu il təvəllüdlü X3 rəsmi olaraq onun himayəsində saxlanılması üçün müvafiq köməklik göstərilməsini komissiya üzvlərindən xahiş etmişdir. Cavabdeh komissiya iclasında çıxış edərək bildirmişdir ki, övladı 20.10.2013-cü il təvəllüdlü X13 hal-hazırda öz himayəsindədir və onun lazımi bütün ehtiyaclarını özü təmin edir, ancaq məhkəmənin hər iki övladının onun himayəsində saxlanılması ilə bağlı verdiyi qərara baxmayaraq, İddiaçı övladları X6 zorla aparıb. Cavabdeh hər iki övladının onun himayəsində qalması üçün komissiya üzvlərindən ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş övladları 09.08.2010-cu il təvəllüdlü X11 ilə komissiyanın üzv psixoloqu tərəfindən hansı valideyninin himayəsində qalması ilə bağlı fikrinin öyrənilməsi üçün ətraflı söhbət aparılmışdır. Söhbət zamanı X11 atasının himayəsində qalmaq istədiyini komissiya üzvlərinə bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərini, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, atanın uşağa bağlılığını, uşağın fikirlərini, ananın və atanın övladlarından imtina etmədiyini və real şəraiti nəzərə alaraq 20.10.2013-cü il təvəllüdlü X4 anası-Cavabdeh himayəsində və 09.08.2010-cu il təvəllüdlü X3 isə atası-İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(075)- 145/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 iyun 2010-cu il tarixdə Şəki Şəhər İHB-nın Böyük Dəhnə kənd İcra Nümayəndəliyində bağlanmış 20 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 20 oktyabr 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsindən alınaraq, anası Cavabdeh himayəsinə verilməsi, 09 avqust 2010-cu il təvəllüdlü X11 və 20 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin 20 oktyabr 2013-cü il təvəllüdlü X8 münasibətdə iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu 05 noyabr 2019-cu il tarixdən, 09 avqust 2010-cu il təvəllüdlü X5 münasibətdə isə onun faktiki olaraq alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(107)-66/2021 saylı qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 05 may 2020-ci il tаrixli, 2(075)-145/2020 saylı qətnaməsinin qismən, tərəflərin birgə nikahdan olan uşaqları - 09 avqust 2010-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı himayəsindən alınaraq, anası Cavabdeh himayəsinə verilməsi və həmin uşağın saxlanılması ilə bağlı alimentin müəyyən edilərək tutulması hissəssində ləğv edilməsi qət edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, qarşılıqlı iddianın rədd edilməsini, cavabdeh isə iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 09 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, cavabdehin himayəsində də digər övladının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun Həmin Qanunun 3cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Uşaq hüquqları bəyannaməsi”nin (BMT-in Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) nömrəli qətnaməsi ilə elan edilmişdir) 2 nömrəli prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli, 1386 (XİV) nömrəli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları bəyannaməsi”nin Preambulasının 9-cu Prinsipində göstərilmişdir ki, uşaq laqeyd münasibətdən, qəddarlıq və istismarın bütün formalarından müdafiə edilməlidir. Uşaq hər hansı bir formada alver obyekti olmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəllənin 73.2-ci maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Plenum qərarına əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Plenum qərarına əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəki rayon məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, hər iki uşağın ananın himayəsində saxlanılması və həmin uşaqların saxlanması üçün atadan anaya alimentin müəyyən edilərək tutlması qət edilmişdir. Lakin ata İddiaçı apellyasiya şikayətinə baxan zaman Cavabdeh azyaşlı Niymətin atasına verilməsinə razı olduğunu bildirmişdir. Bundan başqa azyaşlı Niymət bundan əvvəlki məhkəmə iclasında dindirilən zaman da anasının yanında deyil, atasının yanında qalmasını bildirmişdir. Hazırkı məhkəmə iclası zamanı da atasının yanında qalmaq istəməsini göstərmişdir. Məhkəmə Niymətin atası ilə anasının faktiki ayrıldıqları vaxtdan atasının yanında qalmasını və 12 yaşında olmaqla sərbəst fikir bildirməsinə həssaslıqla yanaşır. Hal-hazırda isə ana Niymətin atasının himayəsindən alınaraq yenidən onun himayəsinə verilməsini xahiş edir. BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli, 1386 (XİV) nömrəli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları bəyannaməsi”nin Preambulasının 9-cu Prinsipində göstərilmişdir ki, uşaq laqeyd münasibətdən, qəddarlıq və istismarın bütün formalarından müdafiə edilməlidir. Uşaq hər hansı bir formada alver obyekti olmamalıdır. Məhkəmə həm daxili qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab edir ki, uşağın bir valideyindən alınaraq digər valideyinə verilməsi zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların artıq uyğunlaşdığı mühitdən qoparılaraq yeni mühitə verilməsinin neqativ hallarını ətraflı araşdırılmalıdır. Bu zaman uşaq valideyinlərin şəxsi istəklərinin qurbanına çevrilməməli və uşaq hər hansı bir formada alver obyekti olmamalıdır. Bundan başqa qarşılıqlı iddiaçı artıq məhkəmə qətnaməsi ilə atanın himayəsində saxlanılmış uşaqlarının ondan alınaraq ananın öz himayəsinə verilməsinin səbəbləri barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni atanın uşaqlarına baxa bilməməsi, onlarla kobud rəftar etməsi, onların qayğısına qalmaması və s. ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək, 09 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 02 aprel 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, ilk iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. İddiaçı himayəsində olan 09 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 aprel 2021-ci il tarixdən hesablansın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-778/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-778/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver