Məhkəmə qərarları › İş №2(075)-8/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-8/2022

17.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-8/2022 17.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı2, Cavabdeh Sabirli (Hüseynova) Dilşad Nizami qızının iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı qeyri-qanuni inşa edilmiş tikililərin sökülməsi və zəbt olunmuş ərazinin qaytarılması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, Şəki şəhəri M.S.ünvan 3rləşən, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi onun yaşadığı, İddiaçı1 mülkiyyətində olan ünvan 2nda yerləşən fərdi yaşayış evi ilə çəpər qonşuluğu təşkil edir. Onların yaşadığı ünvan 2nda yerləşən fərdi yaşayış evinin 254 yaşı vardır. Cavabdehlərin yaşadıqları Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evi isə 1938-ci ildə inşa edilmişdir. Cavabdehlərdən Cavabdeh1 1970-ci illərdən, digər cavabdeh X8 isə 1980-cı illərdən Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşamaqdadırlar. ünvan 2nda yerləşən fərdi yaşayış evinin həyətini Şəki şəhəri M.S.ünvan 3rləşən evin həyətindən əvvəllər ağacdan düzəldilmiş hasar ayırsa da sonradan 1970-ci illərdə ağac hasarın yerində dəmir hasar quraşdırılmışdır. Həmçinin tarixini dəqiq bilmədiyi vaxtda hasara dəmir lövhə əlavə edilmişdir. Onların olmadıqları dövrdə, yəni 1993-2006-cı illər ərzində cavabdehlərin yaşadıqları ünvandan, həyətyanı sahədən sərhədd hasarına bitişik şəkildə tikili inşa edilmişdir. Cavabdehlərin həyətindəki hamam tikilisi də onların evdə olmadıqları dövrdə, yəni 1993-2006-cı illər aralığında cavabdehlər sərhədd hasarına bitişik şəkildə inşa edilmişdir. Həmçinin 2018-ci ildə cavabdehlər tərəfindən hazırda mübahisələndirdiyi cavabdehlərin evinin 2-ci mərtəbəsində olan hamamı inşa etməyə başlamışlar və yol istiqamətində inşa edilmiş daş hasarın üzərinə mişar daşından artırmalar etmişlər. Onlar cavabdehlərdən Cavabdeh1 2018-ci ildə inşa edilən hamamın onların həyətində olduğunu bildirsələr də bunun nəticəsi olmamış və bu səbəbdən də “Şəki "Yuxarı Baş" X16 qoruğu”na, Şəki Səhər-Rayon Polis Şöbəsinə və Şəki Şəhər İcra Hakimiyyətinin Başçısına müraciətlər ünvanlamışlar. Həmin təşkilatların əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, iş üzrə cavabdehlərlə söhbətlər aparılmış, lakin bu da müsbət nəticəsini verməmişdir. Həmçinin cavabdehlərdən Cavabdeh1 ona söz vermişdir ki, həyətdəki sərhədd hasarının onların tərəfinə əyilən hissəsini düzəldəcəkdir. Yəni sərhədd hasarını onların ünvanının zəbt edilmiş hissəsindən kənarlaşdırılacağına söz versə də cavabdeh bu vədinə əməl etməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses tərəflərinin fikirlərini dinləyərək İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sabirli (Hüseynova) Dilşad Nizami qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 onun anasıdır. O, anadan olduğu 1987-ci ildən Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşasa da anası Xuraman 53 ildir ki, həmin evdə yaşamaqdadır. Onun yaşadığı Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evi 1930-cu illərdən daha əvvəlki dövrdə inşa edilmişdir. İş üzrə iddiaçıların yaşadıqları ünvan 2nda yerləşən fərdi yaşayış evinin həyəti ilə onların yaşadıqları Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evinin həyətini ayıran dəmir hasar bundan təxminən 70 il əvvəl çəkilmişdir. Dəmir hasarın altında beton bünövrə də vardır. Həyətdə yerləşən sərhədd hasarına yaxın şəkildə quraşdırılmış hamam bundan təxminən 40 il əvvəl inşa edilmişdir. İddiaçıların mübahisələndirdikləri evin ikinci mərtəbəsində yerləşən hamam tikilisi isə 2017-ci ildə köhnə mətbəxin üzərində inşa edilmişdir. Belə ki, 2017-ci ildə hamam tiklisi inşa edilməmişdən əvvəl iddiaçılarla həyətlərini ayıran sərhədd hasarından 10-15 sm aralı şəkildə tumbalar quraşdırılmış və onların üzərində hamam inşa edilmişdir. 2017-ci ildə onlar hamam inşa etdirdikdə İddiaçı2 şikayəti ilə əraziyə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Səhər-Rayon Polis Şöbəsinin nümayəndələri gəlib baxış keçirtmişlər. Həmin vaxt İddiaçı2 tikinti işlərinin davam etdirilməsinə etiraz etməmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Səhər-Rayon Polis Şöbəsinin nümayəndələrinin də etirazları olmadığından onlar hamam tikilisinin inşasını başa çatdırmışlar. Yol tərəfə baxan sərhədd hasarın üzərindəki mişar daşından olan artırmanı isə onlar 2020-ci ilin əvvəllərində inşa etdirmişlər. Bir sözlə onların apardıqları tikinti işləri öz həyətlərinin daxilində yerləşməklə iddiaçıların heç bir hüquqlarını pozmur. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1, üçüncü şəxslər Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki “Yuxarı Baş” X16 qoruğunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxslərdən Şəki Şəhər İcra Hakimiyyəti 29 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etsə də Cavabdeh1, üçüncü şəxs Şəki “Yuxarı Baş” X16 qoruğu məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Cavabdeh1, üçüncü şəxslər Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki “Yuxarı Baş” X16 qoruğunun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 10 fevral 2012-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,1156 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 216,8 kvadrat metr olan fərdi yaşayış evi və 74,2 kvadrat metr həyətdəki tikililərin sahəsi olan daşınmaz əmlak İddiaçı1 mülkiyyətindədir. Mülki işdə olan 13 iyun 1978-ci il tarixdə verilmiş torpaq qeydindən görünür ki, Şəki şəhəri ünvan 3rləşən daşınmaz əmlakın 1/3 hissəsi X9, 1/3 hissəsi X4, 1/3 hissəsi isə X5 mülkiyyətindədir. Mülki işdə olan Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli, 413 nömrəli rəyindən görünür ki, ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhədd hasarının yanında cavabdehlər Cavabdeh1 və X8 tərəfindən inşa edilən 0,8 m hündürlüyündə, 5,8 m uzunluğunda olan hasar tikilisi Şəhərsalma Məcəlləsinin 73.1-ci və 73.2-ci maddəsinə əsasən tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir. Mübahisəıləndirilən tikililərin saxlanılması iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarını həyata keçirtməsinə texniki cəhətdən heç bir maneçilik törətmir. ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi qonşu torpaq sahəsini ayıran ortaq hasarın çəkilməsi nəticəsində iddiaçıların torpaq sahələrinin hər hansı bir hissəsi zəbt edilməmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Mülki işdə olan X2 17 may 2021-ci il tarixli, 166 nömrəli rəyindən görünür ki, ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhədd hasarının yanında cavabdehlər Cavabdeh1 və X8 tərəfindən inşa edilmiş tikinti-quraşdırma işlərinin, yəni Cavabdeh1 və X1 həmin ünvanda yaşadıqları evə bitişik hamam tikilisinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın və Şəhərsalma Məcəlləsinin 71-ci və 72-ci maddələrinin tələblərinə uyğun deyildir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/3726 nömrəli rəyindən görünür ki, ünvan 2nda sərhədd hasarının yanında cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (saxlanc yeri) inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin müvafiq bəndlərinə əsasən ara məsafəsinin saxlanılması zəruri deyildir. Lakin cavabeh tərəfindən inşa olunmuş hamam tikilisi Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyildir. Qərardadın 2-ci sualının cavablandırılması ekspertin səllahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Şəki şəhəri M.S.ünvan 7 ünvanında yerləşən hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət edildiyi müəyyən olunur. 02 avqust 2021-ci il tarixli ekspert vəsatətində qeyd olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər qonşu olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2nda, cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızı isə Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşayırlar. Onların həyətlərini dəmirdən olan sərhədd hasarı ayırır. İddiaçılar həyətyanı sahələri ayıran hasarın onların həyətinin bir hissəsinin zəbti ilə çəkildiyini, cavabdehlər tərəfindən özlərinin yaşadıqları həyətyanı sahədə sərhədd hasarına yaxın məsafədə tikilinin inşa edildiyini, cavabdehlərin yaşadıqları evin həyətinin yol tərəfə baxan hissəsində daş hasarın üzərində mişar daşından artırmaların aparıldığını, eyni zamanda onların həyətinə müdaxilə edilməklə cavabdehlər tərəfindən hamam tikilisinin inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini tələb edirlər. Cavabdeh tərəf isə iddiaçıların sökülməsini tələb etdiyi tikililərin öz həyətlərində inşa edildiyini, iddiaçılara məxsus heç bir torpaq sahəsinin zəbt edilmədiyini, yaşadıqları həyətdə inşa edilmiş tikililərin saxlanılmasının iddiaçılara heç bir maneçilik törətmədiyini əsas gətirərək iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ekspertiza tədqiqatı zamanı cavabeh tərəfindən inşa olunmuş hamam tikilisinin Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də iddiaçıların sökülməsini tələb etdiyi digər tikililərin inşasında ekspert tərəfindən qanunvericiliyin tələblərinin pozulması, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində, həmçinin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında digər tikililərlə yanaşı hamam tikilisinin də sökülməsini tələb etmələrinə baxmayaraq hamamın saxlanılmasının iddiaçılara yaşadıqları ünvanda öz hüquqlarını həyata keçirmələrinə maneçilik törətməsi halı da müəyyən edilməmişdir. Bundan başqa cavabdehlərin inşa etdiyi hamam tikilisi və yaxud da onun hər hansı bir hissəsi iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsində deyil, məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqları evin həyətində inşa etdirdikləri tikililər iddiaçların hüquqlarını hər hansı bir şəkildə pozmur. Buna görə də iddiaçılar cavabdehlər tərəfindən inşa edilmiş tikililərin özlərinin hesabına sökülməsini, zəbt edilən ərazinin qaytarılmasını tələb etməkdə haqlı deyildirlər. İddiaçılar tikililərin sökülməsini, zəbt edilən ərazinin qaytarılmasını tələb etməkdə haqlı olmadıqlarından dövlət rüsumunun geri ödənilməsi tələbi özü-özlüyündə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutularaq müvafiq hesablara ödənilməlidir. X10 tərəfindən iki dəfə rəy verilməsinə baxmayaraq ikinci dəfə verilən rəyin birinci rəyə əlavə olması nəzərə alınmalı və iddiaçılardan X2 hesabına cəmi 300 manat pul vəsaiti tutulmalıdır. Qeyd edilənlərə əsasən 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb X7-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb X7-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar