Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-89/2021 28.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiаçı İddiaçı və onun vəkili X7, Cavabdeh2-nin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2-nə, Cavabdeh3nə və İİİ şəxs Şəki rayonu 1 saylı Dövlət Notariat kontoruna qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və xx.xx.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında məhkəməyə ünvanladığı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 təsisçilərindən biridir. Cavabdeh1 qanuni təmsilçisi-direktoru isə onun atası X15r. Cavabdeh1 direktoru, yəni atası X21 təsisçi kimi onun məlumatı və razılığı olmadan Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli K-095/2014 №-li və xx.xx.2014-cü il tarixli K 136/2014№-li kredit müqavilələri bağlamış, eyni Cavabdeh1 xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli i-023/2014 saylı sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını ipoteka ilə yüklü etdirmişdir. Hesab edir ki, Cavabdeh1 direktoru X21 təsisçi kimi onun məlumatı və razılığı olmadan Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli K-095/2014 №-li və xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqavilələri bağlamaqla, eyni Cavabdeh1 xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və xx.xx.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsi bağlamaqla onun hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh1 Nizamnaməsinin 23-cü bəndinin 2-ci abzasında qeyd edilir ki, müəssisənin əmlakı təsisçinin mülkiyyəti olub, təsərrüfatın tam idarə olunması üçün ona məxsusdur. Cavabdeh1 Nizamnaməsinin 23-cü bəndinin 2-ci abzası ilə birmənalı olaraq müəyyən olunur ki, Cavabdeh1 əmlakı olan ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının mülkiyyətçilərindən biri də Cavabdeh1 təsisçisi kimi odur. Yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə əsasən Cavabdeh1 əmlakı olan ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilən Cavabdeh1 Cavabdeh1 təsisçisi kimi, eyni Cavabdeh1 Cavabdeh1nə məxsus əmlakların mülkiyyətçilərindən biri kimi onun notariat qaydasında təsdiq olunmuş razılığı alınmalı idi. Çox təssüf ki, xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və xx.xx.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsi bağlanılarkən onun notariat qaydasında təsdiq olunmuş razılığı alınmamış və o həmin ipoteka müqavilələrini imzalamamışdır. Həmçinin məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında göstərmişdir ki, 2018-ci il tarixdə iddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1nə qarşı "xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh1 bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" tələbi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsində iqtisadi işin mövcudluğundan xəbəri olmuşdur. Belə ki, dəqiq xatırlamasa da Şəki İnzibati-İqtisadi Məhkəməsinin qeyd etdiyi iqtisadi işi üzrə ilk məhkəmə bildirişini təxminən 2018-ci ilin yanvar ayında aldığını xatırlayır. Sonrakı dövrlərdə də ona məhkəmə bildirişləri gəlmiş və məhkəmədə mübahisə olmasından xəbəri olmuşdur. Belə ki, məhkəmə bildirişlərinin gəlməsi barədə atası - Cavabdeh1 qanuni təmsilçisi-direktoru X1 atası ona demişdir ki, "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətindən kredit götürmüş və müəssisənin əmlakını girov qoymuşdur. Həmin vaxt səhhəti yaxşı olmadığından və narahat olduğundan heç bir məhkəmə iclaslarına getməmişdir. X27-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmuş, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 239732,50 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsindən də ona məhkəmə bildirişləri gəlmiş, lakin o yenə heç bir məhkəmə iclasında iştirak etməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsinin xx.xx.2014-cü il tarixli K- 095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən də kassasiya şikayəti verilmiş və bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarı mövcuddur. Göstərmişdir ki, bütün məhkəmə prosesləri atası X11 nəzarətində olduğundan o heç bir məhəhkəmə proseslərində iştirak etməmişdir. Bildirmişdir ki, 2014-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Hesab etmişdir ki, qeyd edilən ipoteka müqavilələri onun xəbəri olmadan ipoteka qoyulmuşdur. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı vəkili X19 məhkəmə iclasında göstərdi ki, ipoteka müqavilələri iddiaçının xəbəri olmadan atası X21 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Buna görə hesab edir ki, iddiaları əsaslıdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı X31 oqlu "Cavabdeh1"xxxx"Effektinvəsf' MMC (arasında bağlanmış xx xxxx 2014-cü il tarixli K-095/2014 №-li Kredit müqaviləsi üzrə 2014-cü il 08 iyul tarixli İ- 017/2014 saylı İpoteka müqaviləsi əsasında və xx xxxxxxxx 2014-cı il tarixli K-136/2014 №-li Kredit müqaviləsi üzrə 18 sentyabr tarixli İ-023/2014 saylı Sonrakı ipoteka müqaviləsi əsasında borc öhdəliklərinin təminat üsulu olan “Cavabdeh1" MKM-nin mülkiyyətində olan, ünvan 3 ünvanında 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edi məsi Cavabdeh1ı onun özünün iddia ərizəsində qeyd etdiyi kimi "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən notarial qaydada razılığının olmadığını əsassız iddia etmişdir. "Kredit təşkilatı" iddia tələbinin əsassızlığı üzrə məhkəməyə təqdim etdiyi sənədli sübutlarla İddiaçı və həyat yoldaşı X9 razılıq ərizəsi və ipoteka və kredit müqavilələrində imzaları İpoteka və kredit müqavilələri üzrə bütün rəsmiləşdirilmələri aparan Səki 1 saylı dövlət notariat kontorunda Dövlət notariusu X20 oqlu tərəfindən təstiqlənmişdir. Bununla yanaşı "Cavabdeh1" MKM-nin kredit alana kimi "Kredit təşkilatlana təqdim etdiyi təsisçilərin kredit alınması barədə ümumi yıgıncaqnın xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərdə İddiaçı oqlu iştirakı ilə keçirdiyi iclaslarında o, iclasın katibi olmuşdur və iclas protokollarına imza atmışdır. Protokol notarial qaydada təstiqlə kredit təşkilarına və Şəki 1 saylı notariat kontoruna təqdim edilməklə onun və digər təsisçilərin qeyd olunan sənərlərin təstiqi ilə rəsmiləşdirilmişdir. Xüsisi tədqiqat aparmadan, adi gözlə baxdıqda belə İddiaçının imzalarınin səlist və identik (oxşar) olması heç bir şübhə doğurmur. Eyni Cavabdeh1, iddiaçı "Cavabdeh1" MKM-nin kredit alana kimi "Kredit təşkilatına təqdim etdiyi təsisçilərin kredit alınması barədə ümumi yığıncağında və notarial rəsmləşdirilmələrdə iştirakının olmamasını bildirmir. Lakin yalnız imza atdığını xatırlamadağını deyir. Qeyd olunan kredit və ipoteka müqavilərinin bağlanması üçün notorial qayda razılıqlarını bildirmiş maraqlı şəxslərin ərizələrinin və protokolların surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçı belə uydurma iddianın əsassızlığını öncədən bilərəkdən məhkəmə baxışının sonrakı xx.xx.2020-ci il tarixli iclasında yeni avantyur senari ilə məhkəməyə güya 2014-cü il tarixdən Səki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olduğunu bildirməklə xəstə olduğunu sübut etməyə çalışır. İddiaçının ipoteka müqavilələrinin etibarsızlığına dair qərəzli iddiasını əsaslandırmaq üçün təqdim etdiyi tibbi arayış şübhəli olmaqla, onu verən tibb müəssisəsində iddiaçının xəstəlik tarixçəsinin (epiqrezinin) sənədli ekspertizasının və tibbi arayış üzrə xəstəlik barədə müalicə- nəzarət funksiyasını icra etmiş həkimin gəldiyi nəticəsi üzrə “məhkəmə-tibbi ekspertizasının təyin edilməsini zəruri edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında məlum oldu ki, "Cavabdeh1" MKM-yə qarşı borc tələbi və bu borc tələbinin ipoteka müqavilələri əsasında ipoteka müqaviləsinə yönəldilməsini barədə “Kredit təkilatının" iddia tələbi barədə məhkəmə mübahisələləri barədə 2018-ci ilin əvvəlində ünvanlarına gələn bildirişlərdən və məhkəmə çəkişmələrindən iddiaçı xəbərdar olmuşdur. “Kredit təşkilatının “Cavabdeh1" MKM-yə qarşı “borc və bu borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə“ iddi tələbinə məhkəmə baxışına hazırlığı yanvar 2018-ci ildən başlamaqla Səki İnzibati-iqtisad məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(84)- 2/2019 №-li qətnaməsi ilə birinci instansiya məhkəməsi basa çatmışdır və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2- 2(1021-147/2020 nömrəli yekun qərarı çıxarılmışdır. İddiaçının etirafı əsasında təstiq olunur ki, iddiaçı 2(075)-1457/2020 №-li mülki is üzrə mübahisələndirdıyi qərəzli tələbin mövcudluğunu ən azı 2018-ci ilin əvvəlində bilmişdir. Bu tarixdən etibarən iddiaçı heç bir əsasla iddia tələbi verməmişdir. Borc öhdəliyinin icrasından uzun müddət qərəzli yayınmanın davamı olaraq növbəti əsassız iddia ilə xx xxxxxxxx 2020-ci il tarixdə “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə ilkin heç bir sübut-dəlil təqdim etmədən məhkəməyə müraciət etmişdir. "Cavabdeh1" MKM borc tələbi üzrə məhkəmə baxışının predmeti olmuş demək olar ki, bütün prosessual hərəkələri dəfələrlə əsassız mülahizələrlə bütün məhkəmə instansiyalarında mübahisələndirməklə borc öhdəliyinin icrasından uzun müddətdir yayına bilmişdir. İddiaçı və onu dəstəkləyən borc tələbini ödəməkdən qərəzli yayınanlar, hətta vəkilləri MM-nin etibarsız əqdlər üzrə müddətlər barədə 354.2.-ci maddəsinin "...maraqlı səxs...əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər" tələbinə əməl edilmədən əsassız prosessual imkanlardan sui-istifadə edərək uydurma iddia tələbi verməlri ilə məhkəmə işi açaraq vaxt qazanmaqla dövlətin güzəştli (illik 7% ödənişlə) vəsaiti hesabına aldığı krediti-özgənin əmlakını qanunsuz özlərində saxlayaraq istifadə edib əsassız faydalanmalarına şərait yaratmaq məqsədi güdmüşlər. Məhkəmənin və "Kredit təşilatı"nın əsassız iddaları cavablandırılmağa sərf etdiyi vaxt və əmək sərfi itkisinin ölçülməsi xüsusi qiymətləndirmə tələb edən haldır. Hesab edir ki, MPM-nin 120-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin məsuliyyətə cəlb edilməsinə məhkəmənin əsası vardır. Belə ki, iddiaçı ilkin iddiada yalnız ipoteka müqaviləsini inzalamadığını, bu halın məqsədinə nail olmağı üçün prespektivsiz olmasını bildikdən sonra şübhəli tibbi arayışla vaxt uzatdığını, MM-nin etibarsız əqdlər üzrə müddətlər barədə 354.2-ci maddəsinin tələbinin pozulması ilə iddia verməklə əsassız faydalanmalarına vaxt qazanılmasına şərait yaratmaq məqsədlərini davam etdirir. İddiaçının 2(075)-1457/2020 №-li mülki iş üzrə mübahisələndirdiyi tələbi əsassızdır, uydurma olması qeyd olunanlarla sübutludur və təmin olunmamalıdır. Eyni Cavabdeh1, qeyd olunan kredit və ipoteka müqavilələlər üzrə kreditorun borc tələbi barədə iddiaçının qismən təmin olunması barədə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2(102)-147/2020 №-li qaununi qüvvəyə minmiş qərarı əsasında icra sənədi üzrə Şəki icra və probasiya şöbəsində icraat başa çatdırılmaqla 2(075)- 1457/2020 №-li mülki iş üzrə mübahisələndirilən ipoteka müqaviləsinin üzrə ipoteka predmeti- Səki ş., Salman Mümtaz küçəsi ünvanında yerləşən 2 mərtəbəli. 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binası inzibati bina) üzərində Bank olmayan kredit təşkilatı Cavabdeh2 artıq tam mülkiyyət hüququ əldə etmişdir və əmlak üzərində mülkiyyət hüququ DƏDRX Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq ÇİXARİŞ (reyestr № **********09-06301, gediyyat № **********, qediyyat tarixi xx.xx.2020-ci il) verilmisdir. Bütün göstərilənlərə əsaən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2-nin vəkili Vəkil da Cavabdeh2-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatı təsdiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1, maraqlı şəxs Cavabdeh3 və İİİ şəxs Şəki rayonu 1 saylı Dövlət Notariat kontorunun nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Cavabdeh2 ilə Cavabdeh1 MKM arasında bağlanmış xx xxxx 2014cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə verilən 70000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Şəki şəhəri, Salman Mümtaz küçəsi, ev 02, torpaq sahəsi 0,03 ha, mərtəbəsi 2, ümumi sahəsi 741,24 kv.m, əsas78,14 kv.m, köməkçi sahəsi 663,10 kv.m olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İşdə olan tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə verilən 70000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Şəki şəhəri Salman Mümtaz küçəsi ev 02, torpaq sahəsi 0,03 ha, mərtəbəsi 2, ümumi sahəsi 741,24 kv.m, əsas 78,14 kv.m, köməkçi sahəsi 663,10 kv.m olan qeyri-yaşayış binası (inzibati bina) təkrarən ipoteka ilə yüklü edilmişdir. İşdə olan X12 xx.xx.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X5 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Cavabdeh1 MKM-nə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan X6xx.xx.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X16 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Cavabdeh1 MKM-nə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan X10 xx.xx.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X17 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Cavabdeh1 MKMnə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan, X3, X13, X6, X14, X10 xx.xx.2014-cü il tarixli ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, onlar Cavabdeh1 MKM-dən X17 düşən payın satılmasına, bağışlanmasına, hər hansı bankda ipoteka (girov) qoyulmasına etirazları yoxdur. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 644 saylı arayışdan görünür ki, İddiaçı 2014-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. D-z: Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, xx.xx.2014cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239732,50 manat müəyyən edilməsi, iddia tələb olunan pul məbləğinin qalan 46308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə Cavabdeh1 ipoteka qoyulmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməsi, məhkəmə xərclərinin 143,93 manat hissəsi cavabdehə, qalan 31,07 manat hissəsi iddiaçıya aid edilsin. İddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətindən 1,07 manat, Cavabdeh1ndən 143,93 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsinin xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarından görünür ki, Şeki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, x xxxx 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, xx xxxxxxxx 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilməsi, qətnamənin xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69,242 manat əsas borc, 9.312,66 manat faiz borcu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 08 07.2014-cü il tarixli 1-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli 1- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edəmiş, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində deyişdirilmədən saxlanması qərara alınmışdır. İddia tələbindən göründüyü kimi iddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X23 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarının məzmununda qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Həmçinin C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında isə qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud Cavabdeh1 kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasım yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Oxşar hüquqi mövqe insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd olumuşdur ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi iddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyəti bundan əvvəl Cavabdeh1nə qarşı "xx.xx.2014-cü il tarixli K- 095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh1 bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "Cavabdeh2" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmuş, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 239732,50 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(84)-2/2019 saylı qətnaməsinin xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən də kassasiya şikayəti verilmiş və bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)- 147/2020 saylı qərarı mövcuddur.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarı ilə Şeki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, x xxxx 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, xx xxxxxxxx 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilməsi, qətnamənin xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69,242 manat əsas borc, 9.312,66 manat faiz borcu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 08 07.2014-cü il tarixli 1-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli 1- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edəmiş, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində deyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, yuxarıda sadalanan məhkəmə insatansiyalarında qeyd olunan mübahisə üzrə iqtisadi işlərdən ən azından 2018-ci ilin yanvar ayında xəbəri olmuşdur. Belə ki, göstərmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən iqtisadi işi üzrə ilk məhkəmə bildirişini təxminən 2018-ci ilin yanvar ayında almışdır. Lakin həmin vaxt səhhəti yaxşı olmadığından və narahat olduğundan heç bir məhkəmə iclaslarına getməmişdir. Digər məhkəmə instansiyalarından da ona məhkəmə bildirişləri gəlmiş, yenə də heç bir məhkəmə proseslərinə getməmişdir. Göstərmişdir ki, bütün məhkəmə prosesləri atası X11 nəzarətində olduğundan o heç bir məhəhkəmə proseslərində iştirak etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh1 payçısı, həm də Cavabdeh1 qanuni təmsilçisi-direktoru X11 övladı (oğlu) olmaqla ailənin bir üzvü olduğundan yuxarıda sadalanan bütün məhkəmə proseslərindən xəbəri olmuş və bu müddət ərzində iddiaya qarşı mübahisə etmək imkanı olmuş, lakin 2018-ci ilin yanvar ayından etibarən bir il müddətində hazırkı iddia tələbi ilə məhkəməyə nə qarşılıqlı iddia ərizəsi üzrə nə də ki, müstəqil iddia tələbi üzrə müraciət etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi görə iddiaçının hazırkı tələbi artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azalda bilər. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və xx.xx.2014- cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı Cavabdeh1 qüvvədə olan maddi hüquq normalarına və işin baxılması Cavabdeh1ı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiаçı İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və xx.xx.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-89/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-89/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver