Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-916/2020 26.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay X6 maddi vəziyyəti dəyişənə qədər 180 manat məbləğində onun xeyrinə alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X7 ilə ailə qurmuşdur. Lakin münasibətləri baş tutmamış, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1475/2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X6 himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay sabit pul məbləğində 110 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilsə də, borclu X2 Federasiyasına getdiyi və onun barəsində ŞRPŞ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 821332 saylı axtarış işi açıldığı üçün, uşağın saxlanılması üçün aliment ödənilməmişdir. Hazırda övladı ilə qohum himayəsində yaşayır. Cavabdeh təqaüdçü olmaqla təqaüd alır və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsində işləyir. Cavabdeh bir nənə kimi nəvəsinin saxlanılmasında köməklik göstərməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X12 izahat verərək göstərdi ki, Cavabdeh oğlu X2 Federasiyasına getdikdən sonra onu görməmişdir. Cavabdeh pensiyaçıdır və pensiyası dərmanlarına çətinliklə yetir. Maddi imkanı çox zəifdir. Bundan başqa cavabdehin banklara və digər kredit təşkilarlarına da borcu vardır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2 (075)-1475/2018 saylı qətnaməsindən görünür ki, sözügedən qətnaməyə əsasən Çələbiyeva (Daşdəmirova) Rəvanə Telman qızı ilə X4 arasında xx xxxxxxxx 2011-ci il tarixdə bağlanmış 292 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxxx 2011-ci il təvəllüdlü X6 anası Çələbiyeva (Daşdəmirova) Rəvanə Telman qızının himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün X3 hər ay sabit pul məbləğində 110 manat alimentin tutularaq Çələbiyeva (Daşdəmirova) Rəvanə Telman qızına verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X15 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2118 nömrəli məktubdan görünür ki, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh Təmraz qızı xx.xx.2014 xx.xx.2014-cü il tarixlərdə RMX-nın Travmatologiya şöbəsində “Sağ bazu sümüyünün oynaq başının yerdəyişən sınığı, oynağın hemoartrozu hissəvi gərilməsi” diaqnozu ilə stasionar, xx.xx.2014-cü il tarixdə Poliklinika şöbəsində “Sağ bazu sümüyünün oynaq başının yerdəyişən sınığı, oynağın hemoartrozu, bağ aparatının gərilməsi”, xx.xx.2019-cü il tarixdə “Arterial hipertenziya”, xx.xx.2020-ci il tarixdə “Hər iki diz oynağının deformasiya edici artrozu”, xx.xx.2020-ci il tarixdə “Kombinə olunmuş qanaxan babasil, papıloma”, xx.xx.2019-cu il tarixdə “OU zəif dərəcə hipermetropiya, OU prespiopiya, xroniki dakrosistit”, xx.xx.2020-ci il tarixdə “Arterial hipertoniya İİ0, artroz”, diaqnozları ilə ambulator və stasionar müalicələrdə olmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh Təmraz qızı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən götürdüyü 5600 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsinə əsasən X3 xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Lakin borclunun olduğu yer müəyyən olunmadığından qətnamə aliment hissəsində icra olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə hesab edir ki, iddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehdən alimentin tutulmasını tələb etmək hüququna malikdir. Lakin qeyd olunan normada baba və nənənin zəruri vəsaitə malik olması xüsusi olaraq göstərilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin kifayət qədər vəsaitə malik olmasını bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir. Eyni zamanda cavabdehin 59 yaşı olmaqla təqaüdçü olmasını nəzərə alınır. Həmçinin məhkəmə qeyd edir ki, X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment təyin olunmuşdur və qətnamənin icra olunması üçün müvafiq icra hərəkətləri aparılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay X6 maddi vəziyyəti dəyişənə qədər 180 manat məbləğində onun xeyrinə alimentin tutulması iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-916/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-916/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver